Bakı inam - etimad ünvanı, dialoq və əməkdaşlıq məkanıdır
16.02.2022 [09:59]
NATO-nun Baş katibinin Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparması bu reallığın daha bir təsdiqidir
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin milli maraqlara və müasir çağırışlara uyğun xarici siyasət kursu, dərin strateji diplomatiya siyasəti Azərbaycanın beynəlxalq münasibətlərin nüfuz və güc iyerarxiyasında yüksəlişini təmin edir. Həm ötən, həm də cari ilin siyasi-diplomatik mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəngi, söhbət zamanı toxunulan məqamlar da bu reallığı ifadə edir. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla həm də bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində həlledici addım atdı. Dövlət başçısının qeyd etdiyi kimi, Vətən müharibəsindən sonra yeni reallıqlar yaranıb. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə strateji fəallıq nümayiş etdirməklə regionda yeni düzən - nizam formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət Cənubi Qafqazla məhdudlaşmır, bir çox dövlətlərin, o cümlədən güc mərkəzlərinin strateji maraqlarının olduğu regionları əhatə edir.
Son zamanlar Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafikin fonunda Azərbaycanın barışdırıcı missiyası və fəal rolu diqqəti cəlb edir. Xüsusilə də, ABŞ ilə Rusiya arasında Ukrayna gərginliyinin artması, hərbi qarşıdurma ehtimalının güclənməsi şəraitində Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv strateji diplomatiyası ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir. Bu səpkidə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri tarixinə, geosiyasi əhəmiyyətinə görə bu baxımdan xüsusi önəm daşıdı. Ekspertlərin də vurğuladıqları kimi, səfər Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biri oldu. Daha sonra İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna probleminin müzakirə olunması göstərir ki, Azərbaycan Prezidenti regional təhlükəsizlik məsələlərində geosiyasi dialoqun təmin olunmasında müstəsna rol oynayır. Paralel olaraq Bakı ilə Ankaranın birgə təşəbbüsləri - geostrateji fəallığı bölgədə gərginliyin öz yerini anlaşma və uzlaşmaya verməsinə əlverişli şərait - dayanıqlı zəmin yaratdı. Ukrayna böhranı fonunda Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasətinin Xəzər-Qara dəniz bölgəsində təhlükəsizliyin təmin olunmasını - sülhyaratma prosesini də əhatə etməsi ölkəmizin geosiyasi missiyasının regional miqyaslı, qlobal xarakterli olduğunu təsdiqlədi.
Prezident İlham Əliyevin siyasəti Azərbaycanın etibarlı - güvənli tərəfdaş, inam və etimad ünvanı olduğunu təsdiqləyir. Dövlət başçısı hər zaman deyir ki, Azərbaycan toqquşma deyil, əməkdaşlıq məkanıdır. Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər - Rusiya, Amerika Birləşmiş Ştatları və digər güc mərkəzləri eləcə də Aİ, NATO, İƏT və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir. Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi isə ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərən faktlardandır. Elə son olaraq NATO-nun Baş katibinin Prezident İlham Əliyev ilə regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparması Azərbaycanın aparıcı yerini və rolunu göstərir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

