Avropanın təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur
18.02.2022 [10:56]
Polşa Prezidenti Andjey Dudanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı mühüm məsələlər müzakirə olunub. Digər məqamlarla yanaşı, Polşa Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunması vurğulaması, Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparılması diqqəti xüsusilə cəlb edir. Bu, ilk növbədə, Avropanın təhlükəsizliyi məsələsində Cənubi Qafqazın lider dövlətinin Liderinin – Azərbaycan Prezidentinin fikir, rəy və mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir.
Ümumiyyətlə, son zamanlar “qoca qitə”nin təhlükəsizliyinə, o cümlədən Ukrayna böhranının aradan qaldırılmasına yönəlmiş intensiv diplomatik trafikdə Azərbaycanla təmaslar və Bakının fəal rolu xüsusi olaraq nəzərə çarpır. Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi olan Prezident İlham Əliyev proseslərin sülh, qarşılıqlı anlaşma, əməkdaşlıq və inteqrasiya xəttində cərəyan etməsi üçün mühüm təşəbbüslərlə çıxış edir, vacib addımlar atır. Elə müxtəlif ölkələrin, təşkilatların rəhbərlərinin İlham Əliyevlə bu məsələlər ətrafında müzakirələr aparması da Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdırdığını deməyə əsas verir.
Diqqət yetirək: bir müddət öncə Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri zamanı bu məsələlər diqqət mərkəzində oldu. Daha sonra İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna probleminin müzakirə olunması Bakının mövqeyinin güc mərkəzləri üçün çox vacib olduğunu təsdiqləyir. NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəngi zamanı Ukrayna ətrafında cərəyan edən proseslərə dair fikir mübadiləsinin aparılması da bu reallığın tərkib hissəsidir. Ötən ilin sonunda Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində səsləndirilən fikirlər isə Azərbaycanın Liderinin nüfuzunu, ölkəmizin aparıcı yerini və rolunu əks etdirən mühüm məqamları ifadə edir.
Bu və digər faktlar göstərir ki, Azərbaycan perspektivli, faydalı tərəfdaşdır, Bakı ilə sıx təmaslar təhlükəsizlik və əməkdaşlıq baxımından önəmlidir. Xüsusilə də nəzərə alınır ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Yeni geostrateji reallıqların müəllifi Bakıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə regionda yeni düzən - nizam formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət Cənubi Qafqazla məhdudlaşmır, bir çox dövlətlərin, o cümlədən güc mərkəzlərinin strateji maraqlarının olduğu regionları əhatə edir. İkincisi, Azərbaycan bu gün Avropanın təhlükəsizliyi, həmçinin Ukrayna məsələsində bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Üstəlik, ölkəmiz bundan öncə dəfələlərlə dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərli - keçərlidir. Belə olan halda, tərəflər Azərbaycanın strateji diplomatiya siyasətinə inam ifadə edərək – yanaşmasına və mövqeyinə güvənərək Bakı ilə təmaslara xüsusi önəm verirlər.
Ən əsası, Azərbaycan beynəlxalq hüquqa hörmət olunmasının tərəfdarıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət olunmasını vacib prinsip kimi əsas götürüb. Ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsində isə qələbə qazanaraq BMT-nin uzun müddət kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olub, tarixi ədaləti bərpa və beynəlxalq hüququn təntənəsini təmin edib. Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Bu səbəbdən olduqca mürəkkəb şəraitdə və kritik dönəmdə Avropanın təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

