Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Prezident İlham Əliyev Türkiyədə səfərdədir

16.09.2010 [09:47]

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulanıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə söhbət açılıb. ölkələrimiz arasında enerji sahəsində, həmçinin Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” layihəsinin inkişaf etdirilməsinə dair Türkiyə ilə əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında yaradılacaq yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
***
Dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mərasimi olub. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Sonra mətbuata açıqlama verilib və jurnalistlərin sualları cavablandırılıb.
***
Dünən İstanbulda, “çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olub. Görüşdə Qırğızıstanın keçid dövrü Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladıb, Azərbaycanın Bişkekdə öz səfirliyini açmasını yüksək dəyərləndirib. Prezident İlham Əliyev deyib ki, ölkəmizin Qırğızıstan ilə əlaqələri, xüsusilə də investisiya qoyuluşlarını inkişaf etdirmək imkanları var. Azərbaycan da Qırğızıstanda sabitliyin bərqərar olmasında maraqlıdır. Görüşdə dövlət başçıları qarşılıqlı əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.
***
Dünən İstanbulda, “Dolmabaxça” sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət başçılarının şərəfinə rəsmi şam yeməyi verilib. Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Paylaş:
Baxılıb: 1030 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30