Prezident İlham Əliyev Özbəkistanda rəsmi səfərdədir
28.09.2010 [10:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən özbəkistana rəsmi səfərə yola düşüb. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş “Daşkənd-2” hava limanında Prezident İlham Əliyevi özbəkistanın Baş naziri Şavkat Mirziyayev və yüksək vəzifəli digər dövlət və hökumət rəsmiləri qarşılayıblar.
özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olub.
özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan dövlətinin başçısını salamlayaraq deyib: “İlham Heydər oğlu, mən Sizi özbəkistan torpağında salamlamağa və ortaq dilimizdə “Xoş gəlmisiniz özbəkistana” deməyə ürəkdən şadam. Sizin bu gəlişinizi, Sizin özbəkistana rəsmi səfərinizi biz əlamətdar hadisə, özbəkistan ilə Azərbaycan arasında mövcud olan, dinamik inkişaf edən münasibətlərin qanunauyğun və məntiqi davamı hesab edirik. Mənim fikrimcə, Sizin səfərinizin əhəmiyyətini həm də onda görmək olar ki, bu gün yaşadığımız mürəkkəb dövrdə - təkcə dünya miqyasında deyil, ilk növbədə Qafqaz regionunda və Mərkəzi Asiya regionunda yaranmış mürəkkəb şəraitdə Sizinlə görüşlərimiz, fikir mübadiləsi aparmağımız, dövlətlərimizi maraqlandıran aktual, son dərəcə vacib və kəskin məsələləri müzakirə etməyimiz, düşünürəm ki, çox böyük və mühüm əhəmiyyətə malikdir. Fikir mübadiləsi özlüyündə artıq böyük sərvət, böyük hadisədir. Bunun nəticəsində biz nəinki əməkdaşlığımızın ötən dövründə görülmüş işlərə yekun vura bilərik, həm də deyərdim ki, bu gün müəyyən düzəlişlər etməyin, Azərbaycan və özbəkistan üçün birmənalı şəkildə əhəmiyyət kəsb edən bütün problemlərin həllinin yeni yollarını, prioritet istiqamətlərini müəyyən edə bilərik. Hesab edirəm ki, son zamanlar xüsusən Mərkəzi Asiya regionunda baş vermiş hadisələr bizim regionda insanları narahat edir, onların rahatlığı, sülh və sabitlik üçün problemlər yaradır. Eynilə Sizin regionda da daimi münaqişə ocaqları vardır və bu münaqişələrin həll edilməsi vaxtı çoxdan çatmışdır. Bizim bu məsələlər barəsində - həm Azərbaycanın Mərkəzi Asiya problemlərinə, həm də özbəkistanın Dağlıq Qarabağ məsələsinə dair mövqelərimiz və baxışlarımız eynidir. Fürsətdən istifadə edib jurnalistlərin qarşısında bir daha demək istərdim ki, özbəkistanın Dağlıq Qarabağ barədə mövqeyi dəyişmir, dəyişməzdir və daimidir. Bu mövqenin mahiyyəti bundan ibarətdir ki, Dağlıq Qarabağ problemi dinc, siyasi yolla həll edilməlidir. Lakin bir prinsipə dönmədən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir. Mən eynilə əminəm ki, Əfqanıstan probleminin, eləcə də lap yaxın vaxtlarda bizim sərhəddə yaranmış kəskin problemlərin, - bu il iyun ayında Qırğızıstanda baş vermiş faciəli hadisələri nəzərdə tuturam, - həlli məsələlərində ümumi qərara gələ biləcəyik. Bu problemlərin yalnız sadalanması onu göstərir ki, bizim danışmağa sözümüz, ölkələrimiz üçün bu qədər vacib, çox böyük əhəmiyyət kəsb edən ümumi məsələlərə dair fikir mübadiləsi aparmağımız və qərara gəlməyimiz üçün mövzu vardır. İqtisadi məsələlərə gəldikdə isə, əlbəttə, ümumi fikir belədir ki, Azərbaycanın və özbəkistanın potensialından tam həcmdə istifadə edilmir və bunun səbəbi, ilk növbədə transkommunikasiya problemləri ilə bağlı məsələlərdir. Güman edirəm ki, əgər bu məsələ həll edilsə, biz hələ tələbat olmayan imkanlardan istifadə edəcəyik. Bu gün həmin imkanlardan Azərbaycanın və özbəkistanın mənafeyi üçün istifadə edilməsi çox vacibdir. Aydındır ki, biz bu məsələlər barəsində də fikir mübadiləsi etməyə imkan tapacağıq. Mədəni-humanitar məsələlərə gəldikdə isə, hesab edirəm ki, bu, bizim üçün çox mühüm sahədir. Ona görə ki, bizim tariximizdə, azərbaycanlıların və özbəklərin milli maraqlarında, onların yaşadığı həyat tərzində ümumi cəhətlər çoxdur. Söhbət təkcə dinimizin deyil, həm də dilimizin, mədəniyyətimizin, Azərbaycanın və özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyindən gedir. Bu mövzuda da danışmağa sözümüz vardır. Sizə bir daha “özbəkistana xoş gəlmisiniz” demək və Azərbaycanın bütün nümayəndə heyətinə burada vaxtı səmərəli keçirməyi arzulayıram”.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Prezident İslam Kərimova təşəkkürünü bildirərək deyib: “Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlər üçün çox sağ olun. İlk növbədə, qardaş özbəkistana dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Qardaş özbəkistan torpağında bir daha olmaq, münasibətlərimizin geniş gündəliyinə dair Sizinlə fikir mübadiləsi aparmaq, habelə münasibətlərimizin dostluq, qardaşlıq və əməkdaşlıq ruhunda gələcək inkişaf yollarını birgə müəyyənləşdirmək mənə çox xoşdur. Gündəliyimiz yetərincə genişdir. Biz bir çox istiqamətlərdə fəal əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi əlaqələrimizin, fikrimcə, zirvədə olan siyasi münasibətlərimiz səviyyəsinə yaxınlaşmasını istərdik. ölkələrimiz arasında həm regional problemlərlə, həm də Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya regionlarında nizama salınmamış münaqişələrə və potensial təhlükələrlə əlaqədar məsələlərə dair tam qarşılıqlı anlaşma mövcuddur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyə görə özbəkistana və şəxsən Sizə çox minnətdarıq. Siz bu mövqeni indi bir daha ifadə etdiniz. Həm ötən illərdəki çıxışlarda, həm də beynəlxalq təşkilatlarda səsvermə zamanı özbəkistan həmişə məhz prinsipiallığı, ardıcıllığı və Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərinə, habelə beynəlxalq normalara sadiqliyi ilə fərqlənmişdir. Biz qonşu dövlətlərin bütün sərhədlərinə hörmət edirik və əlbəttə ki, qonşularımızın, ilk növbədə, uzun illər boyu beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini kobud surətdə pozan Ermənistanın bu cür münasibətinə ümid bəsləyirik. Ona görə də Sizə bir daha təşəkkür etmək istəyirəm. Biz özbəkistanın iki il əvvəl BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı ifadə olunmuş mövqeyini yüksək qiymətləndiririk və bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Bu dəstək diplomatik vasitələrlə, beynəlxalq təşkilatların iştirakı ilə bu məsələni həll edəcəyimizə və Azərbaycanın ərazi bütövlüyünü bərpa edə biləcəyimizə inamımızı daha da artırır. Sizi bir daha əmin etmək istərdim ki, Azərbaycan, əvvəllər olduğu kimi, gələcəkdə də bütün beynəlxalq arenalarda həmişə özbəkistanın istənilən təşəbbüsünü dəstəkləyəcəkdir. Biz bunu əvvəllər artıq nümayiş etdirmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz gələcəkdə də birmənalı olacaqdır. Biz münasibətlərimizi çox yüksək qiymətləndiririk. Bu münasibətlər möhkəm bazaya, dostluğa, xalqlarımız arasında qardaşlığa əsaslanır. Xalqlarımız həqiqətən qardaş xalqlar, yaxın xalqlardır. Biz öz dilimizdə danışanda tərcüməyə ehtiyac olmur. Biz bir-birimizi başa düşür, xalqlarımızın mədəniyyətini, incəsənətini sevirik. Bizi ümumi tarix birləşdirir. Bu gün də iki müstəqil və dinamik inkişaf edən dövlət kimi biz, əlbəttə, birgə səylərlə regionumuzda sabitliyin möhkəmləndirilməsi və vəziyyətin proqnozlaşdırılması işinə böyük töhfə verə bilərik və veririk. Sərhədləriniz ətrafında yaranan vəziyyət bizi narahat edir. Bu vəziyyət fəal həllini tələb edir və demək istəyirəm ki, biz Azərbaycanda Sizin regionda baş verən hadisələri çox diqqətlə izləyirik və Sizin bu yaxınlarda nümayiş etdirdiyiniz və hazırda vəziyyətin xeyli sabitləşməsini şərtləndirən çox müdrik, ölçülüb-biçilmiş, ağıllı siyasəti yüksək qiymətləndiririk. Bu halda məhz Sizin siyasətiniz və atdığınız addımlar həlledici rol oynamış, həm regiona, həm də dünyaya ölkənizin təkcə regional əhəmiyyətli deyil, eyni zamanda, qlobal miqyaslı məsələlərdə mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir. özbəkistanın uğurlu inkişafını, sosial, iqtisadi məsələlərin necə həll olunduğunu, dünyada mövqeyinin necə möhkəmləndiyini görmək çox xoşdur və bu, bizim də mövqeyimizi möhkəmləndirir. Buna görə də mən Sizin gözəl ölkənizə yenidən böyük sevinclə gəlmişəm. Əminəm ki, bu gün apardığımız fikir mübadiləsi və imzaladığımız sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm”.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
özbəkistan Prezidenti İslam Kərimov bu cür qarşılıqlı səfərlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirib. ölkələrimizin zəngin və qədim tarixi köklərə malik olduğunu deyən özbəkistan dövlətinin başçısı 2008-ci ildə Azərbaycana səfərini xatırlayaraq, Prezident İlham Əliyev ilə görüşlərindən məmnun qaldığını söyləyib.
Müasir Azərbaycan dövlətinin yaradılmasında və özbəkistan ilə respublikamız arasında əlaqələrin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən İslam Kərimov deyib ki, Daşkənd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daim Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.
Daşkəndə səfərinə böyük önəm verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İslam Kərimovun ölkələrimiz arasında əlaqələrin inkişafında yaratdıqları ənənənin bu gün də uğurla davam etdiyini vurğulayıb.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda özbəkistanın ölkəmizin haqq işini dəstəkləməsini yüksək qiymətləndirir.
Görüşdə regional və iqtisadi münasibətlərə, mədəniyyət, təhsil və bir sıra digər sahələrə dair geniş müzakirələr aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşu başa çatdıqdan sonra Azərbaycan-özbəkistan sənədlərinin imzalanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistan Prezidenti İslam Kərimov Birgə Bəyannamə imzalayıblar.
“özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş”i özbəkistan Respublikası Uçuşların təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “özbəkistan Milli Teleradio Şirkəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i özbəkistan Milli Teleradio Şirkətinin sədri Alişer Xocayev və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, “özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə”ni özbəkistan Rəssamlıq Akademiyasınn sədri Tursunali Kuziyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, “özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş”i özbəkistanın baş prokuroru Raşitjan Kodirov və Azərbaycanın baş prokuroru Zakir Qaralov, “özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol”u özbəkistanın daxili işlər naziri Baxodır Matlyubov və Azərbaycanın daxili işlər naziri Ramil Usubov, “özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Proqramı”nı özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, “18 iyun 1997-ci ildə imzalanmış “özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol”u özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, “2011-2015-ci illər üzrə özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i özbəkistanın Baş nazirinin birinci müavini, maliyyə naziri Rüstəm Azimov və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıblar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə rəsmi səfərinin uğurla keçdiyini vurğulayan və ölkəmizə rəsmi səfərini həmişə məmnunluqla xatırladığını söyləyən Prezident İslam Kərimov özbəkistanın dost Azərbaycanı regionda əsas tərəfdaş hesab etdiyini bildirib, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu deyib.
Azərbaycan və özbəkistanın iqtisadi sahədə qazandıqları uğurlara toxunan Prezident İslam Kərimov bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
özbəkistanın dövlət başçısı Azərbaycanın ümummilli lideri ilə bağlı xatirələrini bölüşüb, Ulu öndərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib.
Azərbaycanda özbəkistanın qardaş və dost ölkə kimi qəbul edildiyini, hər iki ölkəni sıx tarixi və mədəni əlaqələrin birləşdirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev özbəkistanın nəinki regionda, həmçinin dünya miqyasındakı rolundan danışıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev 2008-ci ildə BMT Baş Məclisində bu məsələyə dair qətnamənin qəbulu ilə bağlı səsvermə zamanı özbəkistanın ölkəmizin mövqeyini dəstəklədiyini xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim qardaş ölkənin yanında olacaq.
Sonda özbəkistan Prezidenti ölkəsi, xalqı və Azərbaycan-özbəkistan dostluğunun şərəfinə dediyi xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevin özbəkistana rəsmi səfəri davam edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

