İslamofobiyaya qarşı tolerantlıq...
20.04.2022 [09:54]
Azərbaycan yol və nümunə göstərir - islamofoblara, irqçi və mürtəce qüvvələrə
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın mənzərəsi gərgin, gündəmi isə zəngindir. Nəzərlər daha çox Şərqi Avropada davam edən savaşa - Rusiya-Ukrayna müharibəsinə yönəlsə də, narahatlıq, narazılıq, hətta ikrah və nifrətlə qarşılanan digər hadisələr də diqqət mərkəzindədir. Xüsusilə də, Avropada dini zəmində süni gərginliyin yaradılması - ictimai ziddiyyətlərin dərinləşdirilməsi cəhdləri. Söhbət Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının rəhbəri Rasmus Paludanın İsveçin Linköpinq şəhərində polisin mühafizəsi ilə Quranı yandıraraq videoçəkiliş təşkil etməsindən və sosial şəbəkələrdə paylaşmasından gedir. Təbii ki, bu, islamofobiya nümunəsidir.
Ümumiyyətlə, Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Son hadisə zamanı polisin Quranı yandıranlara deyil, ona etiraz edənlərə müdaxilə etməsi, İsveçin baş nazirinin “Ölkədə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik” deməyi bu reallığı təsdiqləyir. Maraqlıdır, Avropanın mərkəzində insanlar sosial-iqtisadi məsələlərlə əlaqədar öz tələblərini, fikirlərini ifadə edəndə zorakılığa məruz qalırlar. O zaman ifadə azadlığı, demokratiya yada düşmür.
Əlbəttə, belə ssenarilərin tətbiqində məqsəd beynəlxalq ictimaiyyətin nəzərində müsəlmanlara qarşı “barbar” obrazı formalaşdırmaq və İslam coğrafiyasına geosiyasi müdaxilələr üçün şərait formalaşdırmaqdır. Bu, həm də onu göstərir ki, “qoca qitə”də təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. “Avropa dəyərləri” dedikləri nəsnə yenə də geosiyasi ambisiyaların əsarətindədir.
Arzuolunandır ki, Qərb belə qarşıdurma ssenarilərinə son qoysun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlığı, multikulturalizmi seçsin, bəşəri dəyərləri təbliğ və təşviq etsin. Eynilə Azərbaycan kimi. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Ölkədə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələri, məscidlər, ziyarətgahlar, müqəddəs dini sitayiş, inanc yerləri təmir və bərpa olunur, dövlət tərəfindən dini qurumlara maliyyə yardımı edilir. Bütün xalqlara və dinlərə hörmətlə yanaşılması multikulturalizmin, dinlərə və mədəniyyətlərə tolerant münasibətin cəmiyyətin həyat tərzi olduğunu təsdiqləyir.
Bir sözlə, tolerant Azərbaycan yol və nümunə göstərir - islamofoblara, irqçi və mürtəce qüvvələrə. Daha yaxşı dünya - sağlam bəşəriyyət naminə!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56

