Azərbaycan güclü büdcə və maliyyə resurslarına malikdir
23.10.2010 [11:07]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən əsrin əvvəllərində fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafın dərin təməllərini qoymağa müvəffəq olub. Respublikamız ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb. Dahi şəxsiyyət həmin dövrdəki ağır vəziyyətdə siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətinin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin missiyanın öhdəsindən ustalıqla gəldi. Heydər Əliyev həmin dövrdəki ağır şəraitdə kompleks sosial islahatların həyata keçirilməsinə start verdi. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımlar atıldı, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatının tələbləri reallaşdırıldı və ölkəyə investisiya qoymaq istəyən əcnəbilərin hökumətə təklifləri artmağa başladı. Beləliklə, siyasi və iqtisadi sabitlik bərqərar oldu, Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdı.
Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb
Prezident İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi iqtisadi strategiyanın yeni inkişaf erasının tələblərinə uyğun olaraq keyfiyyət və kəmiyyət baxımından zənginləşməsinə nail olub. Cənab İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Onun inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür.
Dövlət başçısının həyata keçirdiyi inkişaf strategiyası bütün iqtisadi və sosial bölmələrdə dinamikliyi təmin edib və kompleks, sistemli islahatlar geniş miqyas alıb. Bu islahatların əsas istiqamətlərindən biri büdcə siyasəti ilə bağlıdır. Məlum olduğu kimi, büdcə sistemi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının icra olunmasının əsas maliyyə təminatı rolunu oynayır. ölkənin ali maliyyə sənədi olan büdcə layihəsi dövlətin iqtisadi, siyasi və sosial mənafelərini özündə əks etdirən mükəmməl strateji konsepsiya hesab olunur. Büdcənin rezervləri ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında da başlıca yer tutur. Büdcənin maliyyə resursları hesabına dövlətin strateji inkişaf planı həyata keçirilir, bu mərkəzləşdirilmiş resurslar ölkədəki bütün sferalar üzrə quruculuq işlərinin əsasını təşkil edir. Eyni zamanda, uzunmüddətli və davamlı layihələrin icrası üçün əsaslı zəmin yaratmış olur.
Azərbaycan region dövlətləri içərisində mükəmməl büdcə tərtibatına malik dövlət kimi xüsusi yer tutur. Respublikamız sosial-iqtisadi inkişaf indikatorlarının proqnozlaşdırılması və büdcə tərtibatı ilə bağlı mükəmməl təcrübəyə malikdir. Makroiqtisadi proseslərə uyğun maliyyə sisteminin vəziyyəti, ticarət və investisiya bazarının perspektivləri və sosial islahatların qiymətləndirilməsi sahəsində uğurlu siyasət həyata keçirən hökumət iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm nailiyyətlər əldə edib.
Bunun ən əyani sübutu 2008-2009-cu illərdə qlobal maliyyə böhranı zamanı tərtib olunmuş tədbirli büdcə zərfi hesab oluna bilər. Azərbaycan hökuməti qlobal maliyyə böhranı şəraitində, eləcə də, dünya bazarında neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin sürətlə dəyişdiyi bir vaxtda inkişafı təmin edən ali maliyyə sənədi tərtib etməklə pozitivliyi qoruyub saxlaya bilib. Hökumətin iqtisadi strukturlarının birgə təklifləri və ümumi rəyi sayəsində maliyyə sənədinin parametrləri dolğun və əhatəli şəkildə müəyyən edilib. Azərbaycan hökuməti hələ qlobal böhranın şiddətləndiyi bir dövrdə təmkinli hərəkət edib, büdcə proqnozları ilə bağlı ssenarilərdə həmin meyilləri nəzərə alaraq, təkmil konsepsiya hazırlayıb və bir çox ölkələrin üzləşdiyi tendensiyalardan uzaq olub. Büdcənin formalaşmasında mövcud reallıqların və dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınması hökumətin büdcə siyasətinə praqmatik yanaşmasının əyani təzahürüdür. ümumiyyətlə, 2009-cu və 2010-cu illərdə hazırlanmış büdcə paketləri Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi olduğunu təsdiqləyib. Büdcənin real maliyyə imkanları hesabına ölkəmizdə iqtisadi, sosial və investisiya sektorlarında ən mühüm layihələrin həyata keçirilməsi təmin edilib.
Azərbaycan region dövlətləri içərisində mükəmməl büdcə tərtibatına malik ölkədir...
Keçid iqtisadiyyatı mərhələsini arxada qoyan Azərbaycan ötən illər ərzində büdcə tərtibatı ilə bağlı heç bir problemlə üzləşməyib. Məlum olduğu kimi, keçid iqtisadiyyatının xarakterik əlamətlərindən biri maliyyə-büdcə-fiskal sahəsində, eləcə də, bank və investisiya bölmələrində vəsait qıtlığının və pul resursları ilə təminatda xarici kreditlərdən asılılığın olmasıdır. Bu sistemdən xilas ola bilməyən ölkələr həm büdcə tərtibatında, həm də investisiya layihələrində maliyyə çatışmazlığı ilə üzləşirlər. Büdcə tərtibatı zamanı yaranmış kəsirin xarici borc hesabına örtülməsi, xarici sərmayələr olmadan iqtisadiyyatı inkişaf etdirməyin çətinliyi həmin ölkələr üçün səciyyəvi əlamətlərdir. Azərbaycan isə qeyd olunan tendensiyalarla ötən əsrdə vidalaşıb. Respublikamız faktiki olaraq 1998-ci ildən başlayaraq büdcə vəsaitlərinin formalaşmasında xarici maliyyə resurslarının cəlb edilməsi amilindən imtina edib. Yəni, respublikamızın yerli maliyyə resurslarının həcmi tam imkan verib ki, büdcənin gəlirlər və xərclər strukturu tam kəsirsiz formalaşmasın və xaricdən vəsait cəlb olunmasın. 10 ilə yaxındır ki, büdcə kəsiri üDM-in 1 faizindən də az olub və defisit əlavə mənbələr hesabına örtülüb. Bu müddətdə ölkəmizin valyuta ehtiyatlarının 20 dəfəyə yaxın artması və hökumətin mükəmməl büdcə siyasəti həyata keçirməsi həm iqtisadi, həm sosial, həm də investisiyayönümlü olan ali maliyyə sənədinin tərtib edilməsinə səbəb olub. ötən illərdə büdcədə profisit yaranıb ki, bu da maliyyə-fiskal siyasətinin ən mühüm uğurları kimi dəyərləndirilə bilər.
Respublikamız, eyni zamanda, büdcə siyasəti ilə paralel həyata keçirilən fiskal siyasət nəticəsində vergi dərəcələrinin təkmilləşdirilməsi, kommunal sistemin və infrastruktur təminatının yaxşılaşdırılması, biznes mühitinin və milli sahibkarlığın inkişafının stimullaşdırılması, gömrük sistemində təkmilləşdirmələrin aparılması, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verən mexanizmlərin tətbiqi, rəqabət mühitinin və ixrac siyasətinin genişləndirilməsi, sosial müdafiə və əhalinin maddi təminatının gücləndirilməsi ilə bağlı islahatları davam etdirib. Azərbaycan dövləti qeyd olunan bütün istiqamətlər üzrə mühüm irəliləyişlər əldə edib.
Azərbaycan daxili maliyyə mənbələri hesabına bütün sosial, iqtisadi, infrastruktur layihələrini maliyyələşdirməklə yanaşı, bir sıra dövlətlərin iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə də diqqəti cəlb edir.
Son 15 ildə büdcə vəsaitlərinin həcmi 30 dəfədən çox artıb...
Büdcə vəsaitlərinin həcminin yüksək olması təbii ki, həmin ölkənin ümumi inkişaf meyillərindən asılıdır. Əsas inkişaf indikatoru olan ümumi daxili məhsulun (üDM) dinamik artımı büdcə resurslarının formalaşmasında başlıca rol oynayır. Bu mənada Azərbaycanın son 15 ildə keçdiyi yüksək inkişaf yolu büdcənin ilbəil artım dinamikasına səbəb olub. Məsələn, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artıb. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirilib. Yəni, bu makroiqtisadi amillər ümumilikdə büdcənin həcminin artımı üçün təkanverici rol oynayıb. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manatı, xərcləri isə 1,7 milyard manatı ötüb.
2004-2009-cu illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Qeyd olunan illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. 2004-2009-cu illər ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə çoxalıb. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə düşüb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 26 milyard dolları ötüb. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılıb. Əlverişli biznes mühitinin təmin edilməsi nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan artıqdır. Qeyd etdiyimiz kimi, yeni inkişaf mərhələsində büdcə vəsaitlərinin artımı daha intensiv xarakter alıb və büdcə gəlirləri yüksək faizlə artmağa başlayıb. 2004-cü ildə büdcə gəlirləri 2 milyard manata yaxınlaşıb, 2005-ci ildə isə 2,2 milyard manat təşkil edib. 2006-cı ildə büdcə gəlirləri 3,9 milyard manata çatıb, 2007-ci ildə isə 6 milyard manatı ötüb. Göründüyü kimi, həmin illərdə büdcənin artım tempi 15-20 faizlə deyil, 50-60, bəzən isə 80-90 faizlə qeydə alınıb. ümumiyyətlə, son 15 ildə ölkəmizin büdcə vəsaitlərinin həcmi 30 dəfədən çox artıb.
Respublikamızın valyuta ehtiyatları qarşıdakı 5 ildə 100 milyard dollara çatacaq
Güclü büdcə-maliyyə resurslarına malik olan ölkənin genişmiqyaslı islahatlar, davamlı layihələr həyata keçirmək imkanları da böyük olur. Hökumət həmin ehtiyatlar hesabına inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının möhkəmləndirilməsini nəzərdə tutan kompleks tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, 25 milyard dollardan artıq güclü strateji valyuta ehtiyatlarına malik respublikamız potensial sərmayədar kimi çıxış etməkdədir. Son iki ildə Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya və digər dövlətlərin ən nəhəng sənaye müəssisələrinə böyük həcmdə kapital resurslarının yönəldilməsi Azərbaycanın potensial sərmayəçiyə çevrildiyini şərtləndirir.
Azərbaycanın ümumi büdcə vəsaitlərinin həcmi 12,7 milyard manat təşkil etsə də, icmal büdcə ilə birlikdə bu rəqəm 15 milyard manatdan artıqdır. Qeyd edək ki, ölkəmizdə icmal büdcə 2003-cü ildən formalaşdırılır. İcmal büdcəyə dövlət büdcəsi və ölkədə fəaliyyət göstərən büdcədənkənar fondlar - Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və habelə Naxçıvan Muxtar Respublikasının büdcəsi və müvafiq il üçün nəzərdə tutulan xarici kreditin məcmusu həcmi daxildir. İcmal büdcənin komponenti olan Neft Fondu və Sosial Müdafiə Fondunun da gəlirləri hər il artmağa doğru meyil edir. Bu isə investisiya qoyuluşlarının, infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm baza rolunu oynayır, eyni zamanda, əhalinin sosial vəziyyətinin yaxşılaşması, pensiya və təqaüdlərin, maaşların artması üçün təkanverici funksiya daşıyır.
Azərbaycanın qarşıdakı illər üzrə sıçrayışlı inkişafı maliyyə rezervlərinin və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. ölkəmizin uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək.
2011-2015-ci illərdə ölkəmizin valyuta rezervlərinin möhkəmlənməsi üçün etibarlı zəmin yaranacaq. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. Bu faktor respublikamızda milli məhsul istehsalının bir neçə dəfə artmasına impuls verəcək və adambaşına düşən gəlirlərin həcmi çoxalacaq. Qarşıdakı illərdə də üDM-in artım tempi yenidən ikirəqəmli göstəricilərlə müşayiət oluna bilər. Həmin dövrdə adambaşına düşən gəlirlər 250 faizdən də çox artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin, Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək.
Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq
Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək. Digər maliyyə institutları da ölkəmizdə inkişaf meyillərinin yüksələcəyini və ümumi daxili məhsulun artım dinamikasının sürətlənəcəyini bəyan edir. Neft gəlirləri ilə bərabər, qeyri-neft bölməsindən əldə olunan gəlirlərin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsi davamlı inkişafı daha da stimullaşdıracaq. Məsələn, dövlət xarici sərmayələrlə bərabər, daxili investisiyaların axınını sürətləndirməklə qeyri-neft sektorunun inkişafına dəstəyi gücləndirəcək. Nəqliyyat, tikinti, rabitə və informasiya texnologiyaları, xidmət, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir və bu sahələr innovativ iqtisadiyyata keçidin təmin olunmasında başlıca vasitə olacaq. Bu mərhələdə investisiyaların həcmi 15-16 milyard manat səviyyəsində nəzərdə tutulur və həmin məbləğin 12,5 milyard manatını daxili investisiyalar təşkil edəcək. İnvestisiya portfelinin 80 faizinin yerli sərmayələrin payına düşməsi bir daha hökumətin yerli resurslar hesabına regionların simasını dəyişmək niyyətlərini şərtləndirir.
Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Bununla yanaşı, biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcək.
Milli iqtisadiyyatın rəqabət qabiliyyətini təmin etmək üçün liberallaşdırma tədbirlərinin, struktur islahatlarının davam etdirilməsi ölkəmizin uzunmüddətli perspektiv inkişafına böyük yol açmış olacaq. Respublikamızın milli və iqtisadi təhlükəsizliyinə təminat verən strateji layihələrin həyata keçirilməsi isə Azərbaycanın bölgədə ən güclü dövlət olmasını təmin edəcək.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

