Beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti addımlar atmalıdır
01.12.2010 [09:41]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün göstərilən səylər təəssüf ki, hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfinin istəyi odur ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunsun. Azərbaycandan fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər konfliktə münasibətdə sərgilədiyi mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinin gözündə sülhə tərəfdar ölkə kimi də görünməyə çalışır. Buna görə də, işğalçı ölkə rəhbərliyi istəməsə belə, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etməli olur.
Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya prezidentinin təşəbbüsü və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət başçıları, həmçinin, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Atəşkəsin imzalanmasından indiyədək danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin aradan qalxması üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasını tələb edilib. Lakin göründüyü kimi, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.
Yeri gəlmişkən, 4-cü çağırış Milli Məclisin ilk iclasında iştirak edən Prezident İlham Əliyev bildirib ki, uzun illərdir danışıqlar aparılmasına, Minsk qrupunun 18 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın istəyi odur ki, beynəlxalq təşkilatların qərarları icra olunsun: “Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər”.
Bir sözlə görünən odur, əsas problem qərarların icra mexanizmi ilə bağlıdır. çünki beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, işğalçı ölkə irəliyə doğru heç bir addım atmaq istəmir. Buna görə də, işğalçı ölkə beynəlxalq birlikdən layiq olduğu münasibəti görməli, qoşunlarını zəbt etdiyi Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana qarşı ciddi siyasi, iqtisadi, hərbi sanksiyalar tətbiq olunmalıdır. çünki XXI əsrdə bir ölkənin başqa bir dövlətin ərazisini illərlə işğalda saxlaması dünyada münaqişələrin aradan qaldırılması, ədalətin, dövlətlərin suveren hüquqlarının bərpası funksiyasını üzərinə götürən qlobal miqyaslı təşkilatların və həmin qurumların aparıcı qüvvəsi olan güclü dövlətlərin nüfuzuna xələl gətirir. Bu səbəbdən, beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha qətiyyətli mövqe nümayiş etdirməli, Azərbaycanın pozulan hüquqlarının bərpası üçün ciddi səy göstərməlidir. Dövlət başçısının sözlərindən də məlum olur ki, Azərbaycan bu məsələdə dünya ictimaiyyətindən daha adekvat münasibət gözləyir: “ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır”.
Bu baxımdan, Qazaxıstanda keçirilən ATƏT-in növbəti sammiti bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına əngəl törədən Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əlverişli imkandır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50

