Azərbaycanla YUNESKO arasında əlaqələr yüksələn xətlə inkişaf edir
17.12.2010 [10:07]
Azərbaycanla BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO arasında əlaqələr bu gün olduqca yüksək səviyyədədir. Heç kəsə sirr deyil ki, Azərbaycan-YUNESKO tərəfdaşlığının möhkəmlənməsi və inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük əməyi var. YUNESKO-nun keçirdiyi tədbirlərdə, görüşlərdə hər zaman aktiv iştirak edən Mehriban xanım Əliyeva bu günlərdə təşkilatın yaradılmasının 65 illiyi münasibətilə Parisdə təşkil olunan yubiley mərasiminə qatılıb.
Əminliklə söyləmək olar ki, Azərbaycan YUNESKO-nun ən fəal üzvlərindəndir. YUNESKO ilə respublikamız arasında qarşılıqlı etimadın formalaşmasında dövlətin gördüyü işlər danılmazdır. ümummilli lider Heydər Əliyev Azərbaycan-YUNESKO münasibətlərinin inkişafına böyük önəm verib. Ulu öndərin təşəbbüsü ilə Azərbaycandan olan nümayəndə heyəti ilk dəfə olaraq YUNESKO Baş Konfransının 1993-cü ilin oktyabrında keçirilən 27-ci sessiyasında ölkəmizi təmsil edib. Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən YUNESKO-nun o zamankı Baş Direktoru Federiko Mayorla görüşüb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim maddi-mədəniyyət abidələrindən biri olan İçərişəhərin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə abidə YUNESKO-nun Dünya İrsi Siyahısına salınıb.
YUNESKO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyev görülən tədbirləri daha da genişləndirdi. Dövlət başçısı YUNESKO ilə ölkəmiz arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci ildə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirildi. Hazırda komissiyanın sədri xarici işlər naziri Elmar Məmmədyarovdur. Azərbaycanın YUNESKO ilə əməkdaşlığına dair operativ iş Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Azərbaycanla YUNESKO arasında çoxşaxəli əlaqələrin olmasını sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-maddi-mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar.
Dünya mədəniyyətinə töhfələr bəxş etmiş zəngin və qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın da bu yöndəki fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.
Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Bildiyimiz kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə YUNESKO hərtərəfli dəstək verir. Məhz bu dəstəyin, o cümlədən, dövlət başçısı İlham Əliyevin və YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. ötən il Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə ilə yadda qaldı. Belə ki, təşkilatın Qeyri-maddi, mədəni irsin qorunması üzrə Komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi, mədəni irs siyahısına daxil edildi. Bununla da adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Qeyd edək ki, Novruz bayramının da beynəlmiləl qeyri-maddi, mədəni irs kimi siyahıya daxil olmasında Azərbaycanın rolu böyükdür. Eyni zamanda, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq bu ilin noyabrında Keniyada keçirilən YUNESKO-nun V iclasında Azərbaycan xalçası Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Sonda qeyd edək ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatın yubileyində iştirak etməsi və tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşməsi Azərbaycan-YUNESKO əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. Tam əminliklə demək olar ki, Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətini davam etdirməsi ölkəmizlə təşkilat arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə, bu əlaqələrin dünya mədəniyyətinə daha böyük töhfələr verməsinə gətirib çıxaracaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

