Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan regionda ən cəlbedici sərmayə mühitinə malik ölkəyə çevrilib

Azərbaycan regionda ən cəlbedici sərmayə mühitinə malik ölkəyə çevrilib

23.12.2010 [10:21]

Respublikamızda biznes mühitinin daha da yaxşılaşdırılması və investorların hüquqlarının etibarlı şəkildə qorunması ilə bağlı həyata keçirilən strategiya öz mühüm nəticələrini göstərməkdədir
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca komponentlərindən biri yerli və xarici investorların fəaliyyətinə geniş şəraitin yaradılmasından ibarətdir. Bu məqsədlə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquqlarının etibarlı şəkildə qorunmasının təmin edilməsi ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər öz mühüm nəticələrini göstərir və bunun bariz nümunəsi kimi Azərbaycana yatırılan xarici sərmayələrin həcminin ilbəil artmasını qeyd etmək olar. Bu tendensiya başa vurmaqda olduğumuz 2010-cu ildə də müşahidə olunub və respublikamızın iqtisadiyyatına yönəldilən xarici sərmayələrin həcmində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
2010-cu ilin ötən 11 ayında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 2 milyard manata yaxınlaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Yəni, 2009-cu illə nisbətdə ölkəmizin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 600 milyon dollardan çox yüksəlib. Xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş sərmayələrin təxminən 1 milyard 800 milyon manatı (95 faiz) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorlarına məxsus olub. Yanvar-noyabr ayları ərzində Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyalar üzrə ölkələrin siyahısına isə Böyük Britaniya başçılıq edir. Hesabat dövründə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 964 337,1 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya investisiyalarının həcminin 50,4 faiz artması deməkdir.
ölkəmizə ən çox sərmayə qoyan dövlətlərin siyahısında ikinci yerdə ABŞ qərarlaşıb. ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,4 faiz artaraq 335 963,2 min manata çatıb. Siyahıda üçüncü yerdə qərar tutan Yaponiya investorları tərəfindən Azərbaycanın əsas kapitalına 169,5 milyon manat (66 faiz artım) sərmayə qoyulub. Sonrakı yerlərdə isə Norveç və Türkiyə qərarlaşıb. Norveç investorları tərəfindən ölkəmizin iqtisadiyyatına 105 milyon manat (65,2 faiz müsbət saldo), Türkiyə investorları tərəfindən isə 87 milyon manat həcmində (78 faiz artım) sərmayə yatırılıb. Bundan başqa, 2010-cu ilin ötən 11 ayında Cənubi Koreya Azərbaycana 40 milyon manat, Fransa 30 milyon manat, çexiya 9 milyon manat, Səudiyyə Ərəbistanı 4 milyon manat sərmayə yatırıb.
Göründüyü kimi, Azərbaycan hökumətinin biznes mühitinin daha da yaxşılaşdırılması və investorların hüquqlarının etibarlı şəkildə qorunması ilə bağlı həyata keçirdiyi mükəmməl strategiya öz mühüm nəticələrini göstərməkdədir. Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən  “açıq qapı” siyasəti respublikamızın dünya dövlətlərinin sərmayə qoyuluşlarına dair renkinqində mövqeyinin möhkəmlənməsinə səbəb olub. ötən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” qanunların icrası, eləcə də, Azərbaycanla bir sıra xarici dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin qüvvəyə minməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağının daha da artmasına əsaslı zəmin yaradıb.
Respublikamıza olan dərin inam əcnəbi iş adamlarının neft sektoru ilə yanaşı, qeyri-neft bölmələrinə milyardlarla dollar sərmayə qoymasına səbəb olub. Son 17 ildə isə ölkəmizə qoyulmuş investisiyaların ümumi həcmi 80 milyard dolları keçib. Bölgədə yerləşən digər heç bir ölkəyə bu həcmdə sərmayə yönəldilməsi mümkün olmayıb. Təbii ki, respublikamıza olan inam və etibar sərmayəçilərin iri layihələrdə iştirak etməsinə marağını artırmış olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bunun başlıca səbəbi Azərbaycanda çox müsbət sərmayə mühitinin təmin edilməsidir. ümumiyyətlə, ölkədə bütün investorlar üçün azad və şəffaf rəqabət şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin başlıca prioritetlərindən biridir. Son illərdə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər ölkədə həyata keçirilən iqtisadi islahatların və davamlı siyasətin əsas istiqamətlərindən birinə çevrilib.
Bu gün Azərbaycan investisiya mühitinin şəffaflığına görə, regionda xüsusi üstünlüyə malikdir. Hər bir əcnəbi iş adamına yaradılan əlverişli şərait, sərmayələrin qorunmasına dövlət təminatı və iş adamlarının yeni layihələrə cəlb olunması üçün təşviqedici siyasətin yürüdülməsi, onlara müxtəlif sahələr üzrə güzəştlərin edilməsi investisiyaların ilbəil artmasına təkan verib. Dünyanın ən iri maliyyə institutları və tanınmış şirkətləri respublikamızda iqtisadiyyatın bütün sahələrində investisiya layihələri həyata keçirir.
Onu da qeyd etmək lazımdır ki, həmin investorların ölkəmizə marağının artmasına davamlı sabitlik və dinamik inkişaf amili də mühüm təsir göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın uğurlu iqtisadi inkişafı, əlbəttə ki, potensial investorlara da çox böyük siqnaldır və əgər belə olmasaydı, investorlar başqa yerlərdə işlər görərdilər. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, vətəndaş birliyi də bütün bu işlərə təkan verir. Bax, bizim ölkəmiz bu cür inkişaf edir. Həm siyasi islahatların, həm iqtisadi islahatların, investisiyaların qoyuluşu üçün Azərbaycan öz sözünü deyir, davam etdirilməsi bizi daha da böyük nəticələrə gətirib çıxaracaqdır”.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30