Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti

24.12.2010 [09:04]

Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib
Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması işinin operativ və effektiv şəkildə yerinə yetirilməsi, eyni zamanda, bu kimi digər strateji tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən fundamental faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, milli dövlətimizin sürətli və ardıcıl inkişafına fundamental təkan verən bütün bu tədbirlər rasional və praqmatik inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir...
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyə, bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. ötən 7 ilin nəticələri və yekunları bir daha sübut edir ki, Onun rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Prezident İlham Əliyevin yeni strateji fonda müəyyənləşdirdiyi və reallaşdırdığı kursun iqtisadi, siyasi, sosial, hüquqi, humanitar və mədəni sahələrdə verdiyi effektiv nəticələri diqqətə çatqırmaq üçün bir neçə strateji istiqamətə nəzər yetirmək lazımdır...
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası ilk növbədə sosial-iqtisadi sahənin inkişafını təmin edib. ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi  kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin bazis komponenti olan iqtisadi inkişafın təmin ediməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib...
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə  davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub...
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz ölkəmiz çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiq edir.
Məsələn, “Bakı-Tbilisi-Qars” dəmiryolu (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. Təsadüfi deyil ki, “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma, Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Sadalanan bu proseslərin qanunauyğun nəticəsi kimi dünyanın, demək olar ki, bütün analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir İpək yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”.
Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.
Gürcüstan prezidenti Mixail Saakaşvili də öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, “Bakı-Tbilisi-Qars” layihəsi reallaşmazdı”.
ölkəmizin dayanıqlı inkişaf səviyyəsinin başlıca göstəricilərindən birini də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik enerji siyasəti təşkil edir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvektorlu nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.
“İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlenin “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirən təməl faktor bu ölkənin müstəqil və tarazlı enerji siyasəti yeritməsi ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur”.
Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasət yeritməsinin digər bir göstəricisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ölkəmizin tutduğu prinsipial mövqe və sərgilədiyi praqmatik xarici siyasətdir. ölkəmiz münaqişənin həlli yönündə bütün resurslarını işə salıb. Məhz bunun nəticəsidir ki, danışıqlar prosesi olduqca intensivləşib və işğalçı Ermənistanın barışmaz mövqeyi fiaskoya uğramaqdadır. Buna paralel olaraq dünyanın, demək olar ki, bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar birmənalı olaraq qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi qaçılmaz və zəruri bir prosesdir...
Bir sözlə, bütün bunlar onun göstəricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq leksikonda “milli inkişafın Azərbaycan modeli” anlayışı meydana çıxıb. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30