/ / Bakının Zabrat və Pirallahı qəsəbələrində, Yeni Yasamal massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilib
Bakının Zabrat və Pirallahı qəsəbələrində, Yeni Yasamal massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilib
25.12.2010 [11:01]
Dünən Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan hər biri doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zabrat qəsəbəsindəki binanın açılış mərasimində iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib ki, son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Zabrat qəsəbəsində inşa olunan doqquzmərtəbəli, 81 mənzilli yeni aşayış binası da bu sırada mühüm yer tutur.
Qeyd edilib ki, əlil və şəhid ailələrinə 2008-ci ildə 2007-ci illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil verilib. 2009-cu ildə bu təbəqədən olan insanlar üçün bundan təxminən 2 dəfə çox, yəni 707 mənzilin inşası başa çatdırılıb. ümumilikdə, indiyədək 3 min 500-dən çox əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Bu ilin tikinti planına əsasən əlil və şəhid ailələri üçün 715 mənzil, o cümlədən 200 fərdi ev tikilib. Xəzər rayonunun Pirallahı qəsəbəsində inşa olunan, ümumi sahəsi 11 min 814 kvadratmetr olan doqquzmərtəbəli binanın 81 mənzilindən 72-si ikiotaqlı, qalan 9 mənzil isə üçotaqlıdır.
Vurğulanıb ki, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş binada da eyni şərait yaradılıb. ümumi sahəsi 11 min 440 kvadratmetr olan binadakı mənzillərdən 63-ü ikiotaqlı, 18-i isə üçotaqlıdır. Əlil və şəhid ailələri üçün mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması, nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər uğurla davam etdirilir. ötən il Hövsanda və Xırdalanda, bu ilin əvvəlində isə Lökbatan qəsəbəsində doqquzmərtəbəli binalar istifadəyə verilib.
Bununla yanaşı, Qarabağ və Böyük Vətən Müharibəsi veteranlarının avtomobillərlə təmin olunması da diqqətdə saxlanılıb. 1998-2009-cu illərdə 2 min 114 “Oka” markalı avtomobil sahiblərinə təqdim olunub. ötən il müharibə veteranlarına 500, bu il isə 350 minik avtomaşını verilib.
Bildirilib ki, əlillərin rifah halının, tibbi sosial reabilitasiyasının, pensiya təminatının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Son illərdə Naftalan, Yevlax və Xaçmazda əlillərin regional bərpa mərkəzləri istifadəyə verilib. Hazırda nazirliyin əlillər üçün 14 regional bərpa mərkəzi fəaliyyət göstərir ki, onlarda da bu ilin ötən dövründə 7 mindən çox insan müalicə olunub.
Binanın texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilərkən qeyd olunub ki, inşasına 2008-ci ilin dekabrında başlanmış binanın ümumi sahəsi 11 min 814 kvadratmetrdir. Binada 81 mənzil var ki, onlardan 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Burada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait vardır. Sakinlərin internetdən rahat istifadə etmələri, həmçinin kommunal ödəmələrini həyata keçirmələri üçün xüsusi terminallar quraşdırılıb. Mənzillərin tərtibatında yeni müasir dizayn elementlərindən istifadə olunub və onlar müasir mebel dəstləri ilə təmin ediliblər.
Bildirilib ki, bu gün yeni mənzillərlə yanaşı, “Slavutiç” markalı 240 avtomobil də müharibə veteranlarına təqdim ediləcək. İndiyədək isə veteranlara 2 min 940 minik avtomobili verilib.
Məlumat verilib ki, yaradılan videobağlantı vasitəsilə Xəzər rayonunun Pirallahı qəsəbəsində və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş binaların sakinləri də mərasimi izləmək və dövlətimizin başçısına müraciət etmək imkanı qazanıblar.
Sonra Prezident İlham Əliyev yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
Qarabağ müharibəsi əlili Elxan Mirzəyev onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Videobağlantı vasitəsilə Xəzər rayonunun Pirallahı qəsəbəsindən mərasimə qatılan Zadiq Mustafayev Azərbaycan hərbçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Yasamal rayonundan mərasimə videobağlantı vasitəsilə qoşulan Zahid Niftəliyev isə ordunun və gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırıb.
Prezident İlham Əliyev yeni mənzil alan sakinləri təbrik edib.
Prezident İlham Əliyev Sabunçu rayonunda əlil və şəhid ailələri üçün inşa olunacaq 9 mərtəbəli, 243 mənzilli yaşayış kompleksinin maketi ilə tanış olub. Sonra dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoyub.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

