Hədəfimiz də, sözümüz də birdir
12.08.2022 [10:01]
Türkiyə - Azərbaycan Dostluğu, Birliyi dünyaya nümunədir
Pərviz SADAYOĞLU
Azərbaycan-Türkiyə münasibətləri hər zaman qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsi sayılır. İki ölkə arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələri də məhz dostluq və qardaşlıq kimi dəyərlər üzərində tənzimlənir. Tarixi əsasını hələ minilliklər öncədən başladan, müasir tarixdə isə ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışının ardından iki ölkə arasındakı münasibətlər qardaşlıq, strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də öz xarici siyasətində hər zaman dost, qardaş ölkə olaraq Türkiyənin mənafeyini və maraqlarını qoruyur, dəstəkləyir. Qardaş Türkiyə də qəbul etdiyi qərarlarda, apardığı siyasi xətdə Azərbaycanın milli maraqlarını nəzərə alır. Tarixən eyni soy-kökə malik olan Azərbaycanın və Türkiyənin qarşılıqlı olaraq bir-birlərinin nailiyyətlərindən qürur duymaları, o cümlədən bu nailiyyətlərin davamının, inkişafının olması istiqamətində fəaliyyət göstərməsi hər zaman qeyd olunub. Azərbaycan və Türkiyə dünyada bir-birinə mənəvi-siyasi cəhətdən ən yaxın iki dövlətdir.
Strateji tərəfdaşlığımız bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bütün bunlar isə ölkələrarası strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini gücləndirməklə regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasları sıxlaşdıran və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafını təmin edib, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.
Digər tərəfdən, ölkələrarası mövcud strateji tərəfdaşlıq münasibətləri regionda perspektiv əməkdaşlıq platformalarının gerçəkləşdirilməsini də mümkün edir. Siyasi-diplomatik münasibətlərin sabit inkişaf tempi ilə davam etməsi, iqtisadi əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verməsi, eyni zamanda, müxtəlif sahələrdə dərin əməkdaşlıq münasibətlərinin davam etdirilməsi deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətləri permanent xarakter daşıyır. Bu isə nəinki regional təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə, hətta beynəlxalq təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr bəxş edir.
Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb etməklə yanaşı, həm də regional təhlükəsizliyin qarantı qismində çıxış edir.
Müharibə və post müharibə dövrü - birliyimizin sarsılmazlığının növbəti təsdiqi
Ölkələrimizi birləşdirən amillər çoxdur. Bu amillər sırasında ən əsası ortaq tarixi keçmişimiz və milli-mənəvi dəyərlərimiz, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. Birliyimiz, həmrəyliyimiz isə dünyaya nümunədir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. İki ölkənin çiyin-çiyinə duruşu, Türkiyənin siyasi dəstəyi qələbəmizdə böyük əhəmiyyət daşıdı. Təsadüfi deyildi ki, qələbə bəyanatının imzalanmasının səhərisi, noyabrın 10-da Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bildirdi ki, 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.
Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyin davamlı hal aldığını təsdiqləyir. Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir. Bölgədə qlobal əhəmiyyətli yeni geosiyasi konfiqurasiyanın formalaşmasında Bakı-Ankara müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir - dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Mövcud reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.
Bakıdan və Konyadan dünyaya mesaj
İki ölkə arasındakı birlik, həmrəylik anlayışı və fəlsəfəsi isə həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib. Qardaş ölkənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində müşahidə olunan reallıqlar, dünyaya verilən mesajlar da bu gerçəkliyi ifadə edir. Hələ 5 il əvvəl Azərbaycanın paytaxtı Bakı IV İslam Həmrəyliyi Oyunlarına uğurla və nümunəvi şəkildə ev sahibliyi etməklə dünyaya barış, mehriban birgəyaşayış çağırışı etdi, sivilizasiyalararası dialoqun təşviqini həyata keçirdi. İdman bayramı, sözün əsl mənasında, həmrəylik amilinə çevrildi. Azərbaycan İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərdi. Bu gün isə qardaş ölkədə həm İslam həmrəyliyinə təşviq və çağırış, həm də Azərbaycan-Türkiyə birliyinin təntənəsi müşahidə edilir. Heç şübhəsiz, iki ölkənin bir təşəbbüsü - müsəlman həmrəyliyinə töhfəsi ümumbəşəri xarakter daşıyır, dünya siyasi və mədəni irsinin qorunmasına, zənginləşməsinə, mədəniyyətlər arasında dialoq və inteqrasiyaya xidmət edir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

