Heydər Əliyev Fondu Yeni il ərəfəsində daha bir töhfəsini Binə qəsəbəsinə ərməğan edib
29.12.2010 [09:34]
Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma və kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak edib.
Xəzər rayonundakı 12 iri qəsəbədən biri olan Binə əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsidir. Son illər dövlətimizin başçısının diqqəti sayəsində görülən irimiqyaslı işlər, həyata keçirilən mühüm layihələr nəticəsində Xəzər rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilir. Binə qəsəbəsində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, sosial obyektlər tikilir, yollar çəkilir, yeni iş yerləri açılır. Qəsəbədə salınan yeni yaşayış massivlərinin sayəsində sakinlərin sayı 70 mini ötüb. Bu isə həm də qəsəbədəki mövcud məktəb, uşaq bağçası, səhiyyə ocaqları və digər sosial obyektlərin sayının artırılması zərurətini yaradıb.
Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın Binə sakinlərinə göstərdiyi diqqət və qayğı sayəsində qəsəbə həm simasını dəyişir, həm də yeni inşa olunan sosial-mədəni obyektlər, istirahət parkları ilə xeyli zənginləşir. Heydər Əliyev Fondunun prezidenti mütəmadi surətdə qəsəbədə olur, sakinlərin arzu və istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır. Başlıcası isə fəaliyyətində təhsili prioritet sahələrdən seçən Fondun təşəbbüsü ilə inşa olunan yeni müəssisələr sayəsində Xəzər rayonundakı məktəb və uşaq bağçalarının sayı artır. Mövcud məktəb və bağçalarda aparılan yenidənqurma və təmir işləri, əlavə korpusların inşası, həmin müəssisələrin yeni avadanlıqla təchiz edilməsi Fondun ölkənin hər bir qəsəbə və kəndində olduğu kimi, Binədə də uşaqların keyfiyyətli və mükəmməl təhsil almasına hesablanmış addımlarındandır. Bu missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondu Yeni il ərəfəsində daha bir töhfəsini Binə qəsəbəsinə ərməğan edib.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunacaq müasir tipli yeni məktəbin layihəsi ilə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verilib ki, 660 şagird yerlik müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 17 sinif otağı, bundan əlavə 15 fənn kabineti və laboratoriya, kompyuter otağı, kitabxana, örtülü idman zalı, yeməkxana, akt zalı inşa olunacaq. Binada inzibati otaqlar, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulub.
Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılacaq, eləcə də futbol, voleybol, basketbol meydançaları tikiləcək.
Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı üçün qazanxana, su nasosu stansiyası tikiləcək, transformator, su çəni quraşdırılacaq.
Məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin edəcək.
Yeni inşa olunacaq məktəbin sxemi ilə tanış olduqdan sonra qəsəbə sakinləri ilə görüşən və bu əlamətdar hadisə münasibətilə onları təbrik edən Mehriban xanım Əliyeva deyib: “İlk növbədə mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Parlament seçkilərində mənə səs verdiyinizə, dəstək olduğunuza görə, sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, biz qarşımıza qoyulan bütün məqsədlərə birgə nail olacağıq. Bu gün də çox gözəl bir səbəblə görüşürük. Binədə yeni məktəbin təməli qoyulur. çox müasir məktəbdir. 600 şagirdlik bu məktəb ən müasir tələblərə cavab verəcəkdir. Biz nəzərə alırıq ki, Binə qəsəbəsinin əhalisi artır və bu da çox gözəl bir haldır. Ona görə də, əlbəttə 5 məktəb vardır. Amma daha bir yeni məktəbin olması çox gözəl haldır. Bu gün onun təməlini qoyuruq. ümidvaram ki, yaxın gələcəkdə bu məktəb də o biri məktəblər kimi vaxtında tikilib istifadəyə veriləcəkdir. Mən Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Sizə dərin minnətdarlığımı bildirirəm”.
Binə sakini Baladadaş Qurbanov mütəmadi olaraq onlara göstərdiyi diqqət və qayğıya görə qəsəbə əhalisi adından Mehriban xanıma təşəkkürünü bildirib. Qeyd edib ki, bu məktəbin tikintisi sakinlərə ən gözəl Yeni il hədiyyəsi olacaq. O, Mehriban xanım Əliyevanın xeyirxahlığı, qayğısı ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını deyib.
Qəsəbə sakinləri Heydər Əliyev Fondunun prezidentini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, Ona bundan sonra da uğurlu fəaliyyət arzulayıblar.
Sonra Mehriban xanım Əliyeva məktəbin təməlini qoyub.
Heydər Əliyev Fondunun prezidenti kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Daha sonra Xəzər İnkişaf Fondunun sosialyönümlü layihələrini həyata keçirmək üçün alınmış texnikanın təqdimatı olub. Rayon ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədi ilə alınmış 3 su maşını, 2 yükünü özüboşaldan və 4 məişət tullantıları daşıyan “KamAZ” markalı maşın, eləcə də, qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

