Sülhə doğru daha bir addım
02.09.2022 [10:00]
MÜBARİZ
Avropanın siyasi mərkəzi sayılan Brüsseldə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının növbəti raundu başa çatıb. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Təxminən 4 saat davam edən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib. Bəyanatda Avropa İttifaqı Şurasının rəsmisi görüşün bir sıra vacib detallarına diqqət çəkib. Sənəddə yer alan fikirlərə istinadən deyə bilərik ki, danışıqların növbəti raundunda aparılan müzakirələrdə gündəlikdəki əsas məsələlərin hamısı əhatə olunub. “Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi”, - deyə sənəddə vurğulanıb.
Azərbaycan istəyinə nail olur
Azərbaycan danışıqların növbəti raunduna da sülh prosesinə sadiq dövlət kimi gəlmişdi. Üç onillik ərzində apardığı işğalçılıq siyasəti ilə regionda sülhə və təhlükəsizliyə böyük təhdidlər yaradan və 44 günlük müharibədə kapitulyasiyaya məruz qalan Ermənistanın postmüharibə dövründə sərgilədiyi revanşist mövqeyin əksinə olaraq, Azərbaycan daim sülh təşəbbüsləri irəli sürür. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında dəfələrlə bəyan edib ki, nəhayət, region müharibə təhlükəsindən yaxa qurtarmalı və qonşu dövlətlər arasında etimad mühiti bərqərar olmalıdır. Buna isə birgə səylərlə və müsbət nəticələrə hesablanan konkret addımların atılması ilə nail olmaq mümkündür. Azərbaycan vaxtın uzadılmasının əsla tərəfdarı deyil. Həllini gözləyən aktual məsələlərin sayı isə çoxdur.
Sülh müqaviləsinin imzalanması regionda etimad mühitinin formalaşması və davamlı təhlükəsizliyin təmin olunması üçün ən vacib şərtdir. Yenə də Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez hazırlanaraq imzalanmasının tərəfdarıdır. Yeri gəlmişkən, ölkəmiz sülh müqaviləsinin imzalanması üçün İrəvana 5 bənddən ibarət təkliflər paketi ünvanlayıb. Bu təkliflərdə müharibənin qalib tərəfi olan Azərbaycan hansısa imtiyazlar istəmir və şərtlər irəli sürmür. Təkliflər sırf beynəlxalq prinsiplərə istinad olunmaqla hazırlanıb. Təəssüf doğuran haldır ki, Ermənistan sənədə razılığını bildirsə də, mücərrəd və absurd, beynəlxalq prinsiplərə tamam zidd olan iddialar da səsləndirir. Həmçinin məğlub dövlət Azərbaycanın Rusiyanın hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərində vaxtaşırı təxribatlar törədir və bununla da etimad mühitinin möhkəmlənməsinə, bütövlükdə sülh prosesinə əngəllər yaradır. Nə qədər qəribə görünsə də, bu ölkə hələ də Azərbaycan ərazilərindən hərbi qüvvələrini tam şəkildə çəkməyib. Halbuki bu tələb üçtərəfli Bəyanatda təsbit olunub. İndiyədək Ermənistan sülhə gedən yolu müxtəlif vasitələrlə uzatmağa çalışırdı. Məğlub ölkənin bütün cəhdləri ona yönəlib ki, sülh müqaviləsinin hazırlanması və imzalanması bütün proseslərdən kənarda qalsın və ən sonrakı mərhələyə saxlanılsın. Belə yanaşma isə sülh prosesini sonsuzluğa qədər uzada bilər. Ancaq Brüsseldə danışıqların növbəti raundu bir daha təsdiqlədi ki, məğlub Ermənistanın manipulyasiyaları heç bir nəticə verməyəcək. Ermənistanın baş nazirinin Brüsseldəki danışıqlarda ölkəsinin qeyri-müəyyən və ardıcıl olmayan, sülh proseslərini ləngitməyi hədəfləyən mövqeyini əsaslandırmaq cəhdləri növbəti dəfə iflasa uğradı. Belə ki, erməni tərəfinin müqavimət göstərməsi və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Brüsseldə İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Müzakirələrdə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacağı barədə ümumi fikir ifadə olunub. Həmçinin bir ay müddətində ölkələrin Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Bütün bunlar isə Ermənistanın sağlam məntiqdən uzaq olan iddialarının alt-üst olması anlamına gəlir. Görüşün substantiv nəticələrinə Avropa İttifaqı Şurasının Prezidentinin adından yayılan Bəyanatda da xüusi diqqət çəkilib. “Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik”, - deyə sənəddə vurğulanır.
Nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupu
44 günlük müharibədə şanlı Qələbə qazanan Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yeni reallıqlar formalaşdırdı. Bu reallığın ən mühüm elementi isə, heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik aradan qaldırılmasıdır. Prezident İlham Əliyev artıq belə bir münaqişənin olmadığını dəfələrlə bəyan edib. Ermənistan üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsindən manipulyasiya vasitəsi kimi istifadə edirdi və əzəli Azərbaycan torpaqlarını ölkəmizdən qopartmağa və yaxud bəlli ərazinin “müstəqilliyinə” nail olmağa çalışırdı. Azərbaycan hərbi-siyasi yolla sübut etdi ki, bu, baş verməyəcək. Torpaqların işğaldan azad edilməsi ilə ermənilərin iddialarına birdəfəlik son qoyulub. Azərbaycan çoxmillətli bir ölkədir. Burada bütün xalqların nümayəndələri birlikdə yaşayırlar və bərabər hüquqlara malikdirlər. Belə olan halda nə üçün Azərbaycanda yaşayan ermənilərə xüsusi status və yaxud imtiyazlar verilməlidir? Ermənistan bu reallığı dərk etməli və “status” iddialarını unutmalıdır. Azərbaycan ərazisində ermənilər də digər xalqların nümayəndələri kimi ölkəmizin qanunları ilə yaşayacaqlar.
Və yaxud götürək ATƏT-in Minsk qrupunu. Açıq deyək, Qarabağ münaqişəsinin üç onillik ərzində uzanmasının məsuliyyəti çox dərəcədə məhz bu qurumun üzərinə düşür. Ötən 30 il ərzində bu qurumun təmsilçilərinin fəaliyyəti bölgəyə turist səfərlərindən uzağa getmədi. Qurumun illər ərzində qeyri-prinsipial mövqe tutması, işğalçını öz adı ilə çağırmaması, təcavüzkarla işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyması suallar doğurur. Azərbaycan münaqişəni bu qurumun köməyi, dəstəyi olmadan özü həll etdi. Belə olan halda bəzi qüvvələrin, o cümlədən də Ermənistanın ATƏT-in Minsk qrupuna istinad etmələri ölü cana nəfəs vermək cəhdinə bənzəyir.
Yaxşı haldır ki, Avropa İttifaqı Şurası iki ölkə arasında münasibətlərin tənzimlənməsinə və sülhə nail olunmasında vasitəçilik missiyasını həyata keçirərkən qətiyyən ATƏT-in Minsk qrupuna istinad etmir. Elə Şarl Mişelin Bəyanatında da nə Dağlıq Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupu qeyd olunur. Minsk qrupunun formatı məhv olub, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nin vasitəçilik formatı var və Azərbaycanın daxili işi olan Qarabağ mövzusu müzakirə edilmir.
Şarl Mişelin təqdir olunan rolu
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə tərəflər arasında ötən ilin dekabrında və cari ilin aprel və may aylarında olmaqla üç görüş baş tutub. Azərbaycan cəmiyyəti əvvəlki və son görüşdə Avropa İttifaqı Şurasının Prezideni Şarl Mişelin sülh prosesinin irəliləməsinə töhfə vermək səylərini müşahidə edib. “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabındakı paylaşımında qeyd edib. “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - deyə Prezidentin köməkçisi paylaşımında bildirib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20

