Ötən il 71, bu il 77...
13.09.2022 [10:11]
Yeni dərs ilinə yeni məktəblərlə
İlham Əliyev:
Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik
Bu günlərdə Azərbaycan cəmiyyətində xüsusi bir coşqu, həyəcan yaşanır. Bu da sentyabrın 15-nə - yeni dərs ilinin başlamasına saylı günlərin qalması ilə bağlıdır. Respublikamızda yeni dərs ilinin başlaması ənənəvi olaraq əlamətdar hadisə kimi qeyd olunur. Bu il də ölkəmizdə Bilik gününə böyük hazırlıq işləri həyata keçirilir.
Yüksək səviyyəli insan kapitalının formalaşdırılması
Haqlı olaraq təhsil bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirilib. Dünya tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olublar. Müasir dövrdə isə təhsillə bağlı çağırışların aktuallığı daha da artıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib.
Müasir dövlət kimi inkişaf edən müstəqil Azərbaycanda da təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan ölkəyə böyük həcmlərdə maliyyə gəlirlərinin daxil olmasını təmin edən zəngin karbohidrogen ehtiyatlarına malik bir dövlətdir. Biz dünya təcrübəsinə baxsaq, görərik ki, neft və qaz heç də bütün hallarda zəngin sərvət sahibi olan ölkələrə xoşbəxtlik, iqtisadi inkişaf və rifah gətirməyib. Əsas məsələ həmin sərvətlərdən düzgün istifadə edilməsidir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizdə dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər davamlı olaraq artırılır. Təhsilə yönəldilən investisiyalar doğru olaraq respublikamızın, xalqımızın gələcəyinə yönəldilən sərmayələr kimi dəyərləndirilir. İndiyədək respublikamızda təhsilin müxtəlif pillələrində yüksək keyfiyyətin, müasir qlobal çağırışlara adekvatlığın təmin olunması məqsədilə bir neçə Dövlət Proqramı qəbul edilərək həyata keçirilib. Bu Dövlət proqramlarının davamı olaraq ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Hazırda bu proqram da uğurla icra edilir. Eləcə də, böyük maliyyə tutumuna malik “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqram çərçivəsində hər il 400, ümumilikdə isə 2000 nəfərədək vətəndaşımızın nüfuzlu xarici ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Prezident İlham Əliyev sentyabrın əvvəlində dost İtaliyaya baş tutan uğurlu səfəri çərçivəsində Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimindəki çıxışında ölkəmizin təhsil siyasətinə bir daha diqqət çəkərək bildirib: “Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur”.
Azərbaycanda möhkəm zəmin üzərində qurulan təhsil siyasətinin ardıcıllığı perspektivdə də təmin olunacaq. Ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələ üçün müəyyənləşdirilən beş milli prioritetdən biri məhz rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanın formalaşdırıılması ilə bağlıdır. Bu prioritetin uğurla reallaşdırılması üçün isə XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində oxuyuruq: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır”.
Müasir təhsil infrastrukturunun qurulması
Təhsildə uğurlar qazanılması zəruri infrastrukturla bilavasitə bağlıdır. Zəruri infrastruktur yaradılmadan təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması əsla mümkün deyil. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində ardıcıl şəkildə bərpa və yenidənqurma işlərinin görülməsi ölkədə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsini təşkil edir. Deyə bilərik ki, respublikamız yeni tikilən və yaxud əsaslı şəkildə bərpa olunan məktəblərin sayına görə bütün dünya üzrə öncül mövqelərdən birini bölüşür. Son 20 ildə Azərbaycanda 3 600 məktəb tikilib və yaxud əsaslı təmir olunub.
Ölkədə məktəb tikintisinin də davamlı prosesə çevrilməsi sevindirici haldır. 2021-2022-ci tədris ilində respublika üzrə tikinti və təmir işləri aparılmış 40 məktəb istifadəyə verilib. Həmçinin 31 modul tipli məktəb quraşdırılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, 2022-2023-cü tədris ilində bu siyahıya daha 77 təhsil müəssisəsi əlavə edilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez yeni istifadəyə verilən məktəb binalarının açılış mərasimlərinə qatılırlar. Sentyabrın əvvəlindən bəri dövlət başçısı Bakının ayrı-ayrı rayonlarında Bilik günündə ilk dəfə qapılarını müəllim və şagirdlərin üzünə açacaq bir neçə məktəbdə görülən işlərlə tanış olub və dəyərli tövsiyələrini verib. Yeni tikilən və yaxud əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilən məktəblər, bir qayda olaraq, ən müasir avadanlıqlarla təmin olunurlar. Eyni zamanda, bütün məktəblərdə fənn kabinetləri yaradılır.
Heydər Əliyev Fondunun böyük dəstəyi
Respublikamızda dövlət tərəfindən reallaşdırılan təhsil siyasətinə, o cümlədən də müasir infrastrukturun qurulmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bunun əyani təsdiqidir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində 2005-ci ildən bəri ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Son illərdə isə proqramın icrasının növbəti mərhələsinə başlanıb. Hazırda ölkəmizdə Fondun dəstəyi ilə yeni məktəblərin inşası, habelə mövcud təhsil müəssisələrinin əsaslı təmiri prosesi uğurla davam etdirilir.
Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. Fond 2014-cü il fevralın 24-də Heydər Əliyev Mərkəzində təhsillə bağlı yeni layihəsini -”Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını təqdim etdi. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Layihənin icrası çərçivəsində indiyədək onlarla məktəbəqədər təhsil müəssisəsi əsaslı şəkildə yenidən qurulub. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilib. Daha belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib. “Məzun evi” kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.
Heydər Əliyev Fondu cari dərs ilinə də, necə deyərlər, əliboş gəlməyib. Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib. Açılış mərasimində bildirilib ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun uşaqlara və təhsilə dəstək layihələri yalnız ölkəmizlə məhdudlaşmır. Fondun “Təhsilə dəstək” layihəsi də ölkə hüdudlarını aşıb. Proqram çərçivəsində Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. ?ayihəyə uyğun olaraq Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib.
STEAM layihəsi
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Bilik günü ərəfəsində istifadəyə verilən məktəblərdə Prezident İlham Əliyevə yeni tədris ocaqlarında yaradılan STEAM otaqları da təqdim olunur. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, STEAM layihəsi 2021-2022-ci tədris ilində 302 ümumtəhsil məktəbini və 13 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
STEAM layihəsi təhsildə bir yenilikdir. Layihə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Rəqəmsal bacarıqlar
Müasir dövr informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə səciyyələnir. Azərbaycan da öz inkişafını yeni çağırışlar əsasında qurur. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyir. Bu sahədə uğur qazanmağın ən vacib şərtlərindən biri isə kadr potensialının yetişdirİlməsi ilə bağlıdır. Yaxşı haldır ki, ölkəmizin məktəblərində şagirdlərə rəqəmsal bacarıqların aşılanmasına diqqət artırılıb. Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbi ilə birgə reallaşdırılan “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi (48 şəhər və rayon), həm də müəllim-şagird sayı baxımından əhatəsi genişləndirilir. Belə ki, yeni tədris ilindən etibarən layihə respublika üzrə bütün şagirdlərin təxminən 20 faizini, yəni 418 ümumi təhsil müəssisəsinin yuxarı siniflərində təhsil alan 300 000 şagirdi əhatə edəcək. Ölkə üzrə təhsilverənlərin 2000-dən çoxunun layihə üzrə tədris etməsi nəzərdə tutulub ki, bu rəqəm ötən illərlə müqayisədə təxminən 50 faiz çoxdur.
Layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranla yanaşı Astara, Ağsu, Bərdə, Cəlilabad, Hacıqabul, Quba, Kürdəmir, Masallı, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Siyəzən, Tərtər, Ucar, İmişli, İsmayıllı, Ağcabədi, Ağ?tafa, Balakən, Beyləqan, Daşkəsən, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Qobustan, Zərdab və Gədəbəyi əhatə edəcək. Hazırda layihəyə yeni qoşulan şəhər və rayonların informatika müəllimləri üçün istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üzrə ixtisasartırma təlimləri keçirilir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2021-2022-ci tədris ilində layihə 16 şəhər və rayonun 250 məktəbini və ümumilikdə 190 min şagirdi əhatə edib. 2017-2018-ci tədris ilindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin məqsədi təhsilalanlara alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını tədris etməkdir.
Son illərdə məktəblərin kompüterlərlə təchizatı da diqqət mərkəzində saxlanılır. Ötən tədris ilində ümumi təhsil müəssisələrinə 20 min kompüter paylanılıb. Növbəti tədris ilində bu say artırılaraq 40 minə çatdırılacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

