Avropadan Azərbaycan Prezidentinə xüsusi dəvət
11.10.2022 [10:00]
Bu, İlham Əliyevin şəxsiyyətinə, fəaliyyətinə və liderlik keyfiyyətlərinə böyük hörmətin ifadəsidir
Mübariz FEYİZLİ
Dünya tarixindən ölkələrin və xalqların taleyüklü anlarında liderlərin müstəsna rollarına aid çoxlu misallar sadalaya bilərik. Kritik, perspektivi çətin görünən məqamlarda nəzərlər liderlərə dikilir. Onlar isə qətiyyətli və müdrik qərarları ilə insanların ümidlərini doğruldurlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin timsalında da dəfələrlə izləmişik. Dünyada İlham Əliyev kimi az sayda dövlət başçısı tapmaq mümkündür ki, o həm ölkə daxilində xalq tərəfindən yüksək səviyyədə dəstəklənsin, həm də xaricdə böyük populyarlıq qazansın.
Aİ üzvü olmayan Azərbaycan Avropanın Zirvə Toplantısında
Bu günlərdə Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına qatılıb. Əvvəlcə Zirvə Toplantısı barədə qısa arayış verək. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.
Rəsmi məlumatdan da göründüyü kimi, Avropa İttifaqı miqyasında keçirilən mühüm tədbirin gündəliyi də çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edib. Dövlət başçımız tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılıb. Bəs Aİ-nin üzvü olmayan Azərbaycanın Prezidentinə belə mötəbər tədbirdə iştirak üçün xüsusi dəvətlər göndərilməsi nə ilə bağlıdır? Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayıb. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur. İndiyədək Prezident İlham Əliyevin təşəbbüsü və gərgin səyləri ilə həyata vəsiqə alan nəqliyyat və enerji layihələrini xatırlayaq. Buna ən son nümunələr kimi, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrini göstərə bilərik. Başlanğıcda hər iki layihəyə beynəlxalq səviyyədə inam az idi. İnvestorlar, beynəlxalq maliyyə qurumları əsaslandırmağa çalışırdılar ki, bu layihələr rentabelli olmayacaq. Ancaq güclü dövlətin Lideri olan İlham Əliyev qətiyyət göstərdi və hər iki layihənin ətrafında tərəfdaşlar toplamağa nail oldu. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu təntənəli şəkildə istifadəyə verildi. Uzunluğu təxminən 850 kilometr olan bu yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu günün geosiyasi reallıqları Prezident İlham Əliyevin uzaqgörənliyini daha qabarıq şəkildə nəzərə çarpdırır. Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda alternativ marşrutlara böyük tələbat yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, uzaq perspektivdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Prezident İlham Əliyevin səyləri ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilib. Ölkəmizin enerji siyasəti ədalət, qarşılıqlı maraqların qorunması prinsipi üzərində qurulub. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində həyata vəsiqə alan və tikintisi 2020-ci ilin dekabrında tamamlanan Cənub Qaz Dəhlizi Azərbaycanın zəngin “Şahdəniz” yatağından hasil edilən “mavi yanacağın” Avropa məkanına çatdırılmasına hesablanıb. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində Avropa üçün diversifikasiya edilmiş marşruta malik yeni mənbə qismində çxış edir. Çox haqlı olaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi “qoca qitə”nin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Təxminən 3500 kilometr uzunluğa malik olan kəmər öz ətrafında 7 ölkəni birləşdirir.
Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətləri dünyanın üzləşdiyi yeni növ koronavirus pandemiyasının pik mərhələsində özünü bir daha bütün cəhətləri ilə göstərdi. Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı. Respublikamız, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərdi.
Azərbaycan Prezidentinin qlobal əməkdaşlığın və həmrəyliyin gücləndirlməsinə yönələn fəaliyyəti Ona beynəlxalq miqyasda böyük hörmət qazandırıb. Dünyada qəbul olunur ki, Azərbaycanın dövlət başçısı sözü və əməli bir-birini tamamlayan Liderdir.
Azərbaycanın böyük Qələbəsinin memarı
Prezident İlham Əliyevi xalq tərəfindən qəbul olunan və dəstəklənən Lider kimi fərqləndirən əsas cəhətlərdən biri Onun ardıcıl səciyyə daşıyan fəaliyyətində daim milli maraqlardan çıxış etməsidir. Onun məqsədyönlü siyasəti sayəsində Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Ölkəmizdə davamlı iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Eyni zamanda, iqtisadi güc respublikamızın siyasi müstəqilliyi üçün etibarlı baza formalaşdırıb. Bu gün dünya miqyasında heç bir güc mərkəzi Azərbaycanla diktat dili ilə danışa bilməz və danışmır. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması bunun əyani sübutudur. 44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, məmləkətimizə yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə sonuclanıb. Sərhədlərimiz daralıb, torpaqlarımız yad əllərə keçib. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla, əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir. Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər yenə də Azərbaycandan ərazilər qoparmaq istəyirdilər.
Deyə bilərik ki, bu dəfə Azərbaycanın qarşısında daha təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən daha əmin-arxayın edilmiş məkrli düşmən dayanmışdı. Elə bir düşmən ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymur, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirirdi.
Bu kimi faktlar Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanofob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə tarixdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

