/ / Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
04.03.2011 [18:47]
Məlumat verilib ki, 1942-ci ildə Bakı alət zavodu adı ilə “Azneftmaş” Trestinin tərkibində fəaliyyətə başlamış müəssisə 1949-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin balansına keçirilib və Bakı cihazqayırma zavodu adlandırılıb. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib.
Azərbaycan Prezidenti zavodun rəmzi açılışını bildirən lenti kəsib.
İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısı müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxıb. Qeyd olunub ki, 2006-cı ildən zavod Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin tərkibində fəaliyyətini davam etdirir. Son illər müəssisədə əsaslı yenidənqurma və bərpa işləri aparılıb. İkimərtəbəli inzibati bina ən yüksək standartlar səviyyəsində təmir olunub. Zavodun ərazisində təhlükəsizlik kameraları quraşdırılıb, buradakı bütün inzibati otaqlar müasir avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyev ikinci mərtəbədə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Bildirilib ki, muzeydə nümayiş olunan fotolarda Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ayrı-ayrı anları əksini tapıb. Dahi rəhbərin Milli Ordunun inkişafı sahəsindəki əvəzsiz xidmətlərini əks etdirən fotolar xüsusi maraq doğurur.
Məlumat verilib ki, müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı 100 nəfər üçün nəzərdə tutulub, 90 nəfərlik yeməkxanada isə işçilərin keyfiyyətli qidalanması ilə əlaqədar hər cür şərait yaradılıb. Burada işçilərin istirahəti üçün xüsusi otaq da var.
Zavodun ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Bütün kommunikasiya xətləri, o cümlədən, su, havalandırma sistemləri təzələnib, transformatorlar yeniləri ilə əvəz edilib.
Prezident İlham Əliyev istehsal sahələrini gəzib. Mexaniki yığma sexi ilə tanışlıq zamanı bildirilib ki, son illər müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılıb. Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə neftçıxarma sahəsində istifadə olunan cihazların və ehtiyat hissələrinin istehsalına başlanıb. Metaltökmə sexində həm müdafiə, həm də mülki təyinatlı cihazların, paylayıcı və ötürücü qutuların pəstahları hazırlanacaq.
Dövlətimizin başçısı istehsal prosesini izləyib. Qeyd olunub ki, dəmirçi sexində də əsaslı təmir işləri aparılıb. Bu işlərdən sonra sex indi tam gücü ilə işləyir. Qalvanikləşdirmə sexi də müasir avadanlıqla təchiz olunub. Bu sexdə bütün cihazların və hissələrin üzəri müxtəlif növ kimyəvi maddələrlə örtüləcək. Burada sinkləmə, xromlama, nikelləmə, anodlaşma, oksidləşmə və qalaylama prosesləri aparılacaq.
Prezident İlham Əliyev xüsusi təyinatlı yığma sexinə gəldi. Burada lazer həkketmə avadanlığı quraşdırılıb. Xüsusi kompyuter proqramı ilə işləyən bu avadanlıqda cihazlar və hissələr üçün lövhəciklər hazırlanacaq. Yay hazırlayan dəzgah da xüsusi proqramla təmin olunan kompyuterə qoşulub.
Dövlətimizin başçısı Bakı cihazqayırma zavodunda istehsal və emal olunan hazır məhsullara baxıb. Prezident İlham Əliyevə istehsal olunan müdafiə təyinatlı məmulat və ehtiyat hissələri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, zavodda həm də Dövlət Neft Şirkətinin müəssisələri üçün 18 adda yeni növ məhsulların istehsalı qaydaya salınıb və nəticədə mülki məhsulların çeşidi 29-dan 47-yə çatdırılıb.
Prezident İlham Əliyev mexaniki emal sexini gəzib. Bildirilib ki, sexin avadanlıq parkı əsaslı şəkildə təzələnib. Yaradılan yeni istehsal sahəsində iki texnoloji axın xətti işə salınıb, ən müasir proqram təminatlı 57 dəzgah və avadanlıq quraşdırılıb. Buradakı universal torna, bir neçə koordinatlı və şaquli frez, pardaqlama dəzgahları, şaquli emal mərkəzi, təbəqəəyən maşın, kompressorlar və digər dəzgahlar sifarişlərin vaxtında və keyfiyyətlə hazırlanmasına imkan verəcək. Bütün bunların nəticəsində Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan 7 adda müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilib. Yaxın gələcəkdə bu qəbildən məhsulların çeşidi 12-yə çatdırılacaq.
Dövlətimizin başçısı xüsusi təyinatlı təmir, bərpa və mexaniki yığma sexləri ilə də yaxından tanış olub. Qeyd olunub ki, müəssisədə 2009-2010-cu illərdə T-72 tankının, BTR və BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi üzrə işlər uğurla davam etdirilir. Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq, cari ildə BTR-70 və BRDM-2M tipli zirehli maşınların təmir və təkmilləşdirilməsi nəzərdə tutulub. Ali Baş Komandan İlham Əliyevə bu texnikanın təkmilləşdirilməsi haqqında geniş məlumat verildi. Hər iki zirehli texnika təkmilləşdirilib, idarəetmə sistemi asanlaşıb. Ən əsası bu maşınlarda yanğının başvermə təhlükəsi tamamilə aradan qaldırılıb.
Prezident İlham Əliyevə “Şimşək” qabaqcıl texnologiyası və asan idarəetmə layihəsi barədə də məlumat verilib. Bakı cihazqayırma zavodu və Cənubi Afrika Respublikasının “EWT” şirkəti ilə birgə hazırlanan layihənin üstün cəhəti gecə və gündüz görmə kamerasının olmasıdır. Bundan başqa, “Şimşək” texnologiyası lazer hədəf nişanlayıcısı, ballistik kompyuter və silah sistemlərinin idarə edilməsinə malikdir. Atəşə mükəmməl nəzarət sisteminin olması “Şimşək”in əsas xüsusiyyətlərindən biridir.
Qeyd olunub ki, hazırda zavodda 170 nəfər işləyir. Yeni istehsal sahəsinin yaradılması hesabına əlavə 100 iş yerinin açılması və işçilərin sayının 280 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı mina təsirinə dayanıqlı “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitəsilə də yaxından tanış olub.
Bildirilib ki, zirehli maşınlar Cənubi Afrika Respublikasının “Paramount Group” şirkətinin lisenziyası əsasında yığılaraq istismara hazır vəziyyətə gətirilib. Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan bu zirehli texnika “V” formalı şassiyə malikdir. Bu maşınlar şəxsi heyətin mina təsirindən, güllə qəlpəsindən və ballistik hücumdan müdafiə olunaraq daşınması üçün nəzərdə tutulub.
Sonra Prezident İlham Əliyev zavodda hazırlanıb istismara verilən zirehli texnikaların sınaqdan keçirilməsi prosesini izləyib. Bildirilib ki, burada texnikaların 25 dərəcə maili bucaq altında sol və sağ tərəfi üstdə dayanıqlılığı yoxlanılır. Sonra zirehli texnikanın 30 dərəcə maililikdə eniş və yoxuş zamanı gücünün və əyləc sisteminin davamlılığına və möhkəmliliyinə diqqət yetirilir. Maşınlar dərinliyi 1,5 metr olan su maneələrindən də keçirilir. Bu zaman maşınların hermetikliyi və idarəetmənin möhkəmliyi yoxlanılır. Sonda isə zirehli texnikalar yüksək amplitudalı maneələrdən keçirilir. Bu proses zamanı isə maşınların yırğalanması müşahidə edilir.
Dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

