Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

11.03.2011 [00:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Armando Xuan Xose Maffeinin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Armando Xuan Xose Maffei etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Bundan əvvəl Azərbaycana Argentina nümayəndə heyətinin tərkibində ilk dəfə səfər etdiyini və səfər çərçivəsində özəl sektorla bağlı məhsuldar müzakirələr apardıqlarını xatırlayan səfir Armando Xuan Xose Maffei indiki səfəri zamanı  ölkəmizdə gedən möhtəşəm quruculuq işlərinin onda çox böyük təəssüratlar oyatdığını deyib. Azərbaycanın Argentinada səfirliyinin fəaliyyət göstərməsinin önəmini vurğulayan Armando Xuan Xose Maffei ölkəsinin gələn il iqamətgahı Azərbaycanda olmaqla diplomatik nümayəndəliyinin fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı ölkəmizdə inkişaf proseslərinin sürətlə getdiyini və bütün sahələri əhatə etdiyini vurğulayıb. Azərbaycanda sabit maliyyə və siyasi sistemin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq sistemində fəal rol oynadığını bildirib və Argentina ilə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30