Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11.03.2011 [00:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Edmond Hacinaston Albaniyanın Baş naziri Sali Berişanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayaraq Azərbaycanda gedən sürətli inkişaf proseslərini respublikamızın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi dəyərləndirib. Nazir Albaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. Edmond Hacinaston bildirib ki, Azərbaycan ilə Albaniya arasında mövcud olan siyasi münasibətlər əlaqələrimizi həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirə bilər. ölkələrimizin bir-birini dəstəkləməkdə davam edəcəyini vurğulayan qonaq qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün də böyük imkanların olduğunu deyib. ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Albaniyanın yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Albaniya Prezidenti ilə dostluq münasibətində olduğunu bildirib. Azərbaycan ilə Albaniya arasında fəal dialoqun  mövcudluğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birini dəstəkləməsinin və güclü əməkdaşlıq əlaqələri yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun ölkəmizə səfərinin azərbaycanlı həmkarları ilə əməkdaşlığımızın inkişafına dair gələcək planların müzakirə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Albaniyanın Baş naziri Sali Berişanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Baş nazirə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 884 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30