Vaxt yetişib!
12.11.2022 [10:10]
İlham Əliyevdən Türk dünyasına çağırış
Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlı öz ana dilində təhsil ala bilmir
Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik
Mübariz ABDULLAYEV
Eyni kökdən - təmiz qandan, dünyada ləyaqət və şərəf, güc və məğrurluq simvolu kimi qəbul edilən qədim türk soyundan gələn xalqlar üçün xoşbəxt bir dövr yetişib. Belə ki, zaman-zaman müxtəlif güc mərkəzləri və türkfob qüvvələr tərəfindən aralarına nifaq salınan, bir-birlərindən məqsədli şəkildə uzaqlaşdırılan, yadlaşdırılan bütün türk xalqlarının yenidən bir araya gəlmələri üçün tarixi fürsət yaranıb. Söhbət, həm də taleyin gərdişi, qonşuluqda yerləşən imperiyaların maraqları və sövdələşmələri nəticəsində ikiyə bölünən Azərbaycanın və azərbaycanlıların uzun sürən ayrılıqdan sonra talelərini birləşdirmək kimi milli ideyanın hər ötən gün daha çox zərurətə çevrildiyindən gedir.
Bəhs olunan ümummilli ideyanın üzərindən tozu silən, onu gündəliyimizə çıxaran və 50 milyonluq dünya azərbaycanlılarının şürunu yeniləyən, bizləri haqqımız olan birliyimizə doğru getməyə cəsarətləndirən Lider - Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun dövlət başçısı kimi 19 il bundan əvvəl ilk dəfə and içərkən söylədiyi “Mən 50 milyonluq dünya azərbaycanlılarının Prezidentiyəm” tezisi bu çətin, lakin labüd olan, başqa variantları istisna edən yolda bir başlanğıc oldu. Ötən 19 ildə tamam fərqli mənzərə və mühit formalaşıb. Bir tərəfdən, İlham Əliyevin gündəmə gətidiyi milli ideya bizim xəyallarımızdan real həyat arzumuza, devizimizə çevrilib. Əgər bir zamanlar bu istək xəyalımızın bir küncündə qalmışdısa, indi onu tez-tez səsləndiririk, bununla bağlı müzakirələr aparırıq, “niyə də yox” sualını veririk. Prezident İlham Əliyevin davranışları, ideyaları, yüksək tribunalardan verdiyi mesajlar inamımızı və cəsarətimizi artırıb.
Birləşməyimiz, tarixi sərhədlərimizin bütövləşməsi üçün yaranan tarixi fürsət, həm də dünyada yeni bir düzənin formalaşması prosesinin başlaması ilə bağlıdır. İndi dünyada tamam fərqli mənzərə formalaşmaqdadır. Yavaş-yavaş olsa da, imperiyaların süqutu, tarixi ədalətin bərpası prosesi gedir. O taya, bu taya bölünən Azərbaycan və azərbaycanlılar nə üçün bu proseslərin içində olmasınlar?
Prezident İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söylədiyi fikirləri xatırladaq: “Düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik”. Dövlət başçımızın fikirləri dünən TDT-nin Səmərqənd Zirvə görüşündəki çıxışında da geniş yer aldı və müzakirələrə yol açdı.
Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Bu coğrafiyada müxtəlif sahələrdə inteqrasiyanın dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Ancaq Prezident İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında Türk dünyasının daha geniş anlamda qəbul edilməsinin mesajını verib. İndi Türk Dövlətləri Təşkilatının missiyası yalnız Türk dövlətlərinin məsələləri ilə məşğul olmaqla məhdudlaşa bilməz. Azərbaycanın dövlət başçısı bu missiyanın daha geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayır: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.
Arazın o tayında qalan azərbaycanlılar Prezident İlham Əliyevin qədim Türk torpağı olan Səmərqənddə ifadə etdiyi narahatlıqları bilavasitə öz həyatlarında yaşayırlar. Onların sayı təxminən 40 milyon nəfərdir. Ancaq rejim bu sayda soydaşlarımızın milli kimliklərini ortaya qoymaq kimi fundamental hüquqlarını tanımaq istəmir. Halbuki qonşu ölkədə bir ovuc erməninin milli dildə təhsil almaq, qəzet və jurnallar dərc etmək hüquqları tam təmin edilib. Qonşu ölkədə nə üçün Azərbaycan dilində məktəblərin açılması əngəllənir? Rejim nədən qorxur, nədən ehtiyatlanır? Prezident İlham Əliyev soydaşlarımızın milli dildə təhsil almaq hüququndan məhrum qalmalarına görə narahatlığını ifadə edib. “Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” deyən dövlətimizin başçısı vurğulayıb: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.
Son günlərdə Təbrizdə və digər tarixi Azərbaycan şəhərlərində baş verən hadisələr göstərir ki, artıq geriyə dönüş yoxdur, milyonlarla insan haqqını-milli kimliyinin təsdiqlənməsini, buxovların qırılmasını, tarixi sərhədlərin bütövləşməsini istəyir. O cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın təşkilatlanması, onların hüquqlarının təmin olunması Azərbaycan dövlətinin gündəliyində yer alır. Bunun nəticəsidir ki, son illərdə dünya azərbaycanlılarının ana Vətənlə əlaqələri daha da güclənib. Bu istiqamətdə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

