Azərbaycan-Rumıniya arasındakı münasibətlər strateji xarakter daşıyır
19.04.2011 [09:44]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər. Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, ölkələrarası münasibətlər strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır: “Bu gün Sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdik və bir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir”.
Rumıniya Prezidenti Trayan Besesku isə səmimi qəbul üçün minnətdarlığını bildirərək söyləyib ki, Azərbaycanla-Rumıniya arasında çox müfəssəl əlaqələr var.
Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzalayıblar.
Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Rumıniya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və bu gün imzalanmış sənəd bunu bir daha təsdiq edir: “Siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz və Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır. Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq. İki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyiniz böyük xidmətlərə görə bu yüksək mükafatı mən bu gün Sizə təqdim edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim edib.
Prezident Trayan Besesku dövlətimizin başçısının Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirib. O qeyd edib ki, bu, dövlət başçılarına verilən ali mükafatdır. Trayan Besesku xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.
Qeyd edək ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı “Rumıniya Ulduzu” ordeni ilə təltif olunub. Rumıniya qanunvericiliyinə görə, “Sadiq Xidmət” milli ordeni bundan əvvəl “Rumıniya Ulduzu” ordeni ilə təltif edilən şəxslərə təqdim olunur.
Prezident Trayan Besesku “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqını dövlətimizin başçısına təqdim edib.
Ali ordenlərlə təltif olunma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanla Rumıniya arasında siyasi dialoq çox güclüdür: “Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır. Enerji sahəsində əməkdaşlıq inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac edilir. Azərbaycanın Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir. Qaz sahəsində də uğurlu əməkdaşlıq üçün gözəl şərait mövcuddur”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Rumıniya-Azərbaycan əlaqələri Azərbaycan-Avropa əlaqələrinə də güclü təsir göstərəcək: “Bir sözlə, münasibətlərimiz, əlaqələrimiz çoxşaxəlidir, hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin inkişafı üçün hər iki tərəfdə güclü siyasi iradə mövcuddur. Mən əminəm ki, əlaqələrimizin inkişafı, eyni zamanda, Qara dəniz və Xəzər dənizi regionlarının əməkdaşlığına da müsbət təsir göstərəcəkdir. Buna da böyük ehtiyac vardır. Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji layihələri və iqtisadi layihələr dəstəklənməlidir. Bu istiqamətdə Rumıniya və Azərbaycan əlaqələri xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələrin hazırda ən yüksək zirvədə olması bizi çox sevindirir”.
Rumıniya Prezidenti Trayan Besesku çıxış edərək söyləyib ki, Azərbaycan ilə əməkdaşlıq etmək Rumıniya üçün çox əhəmiyyətlidir: “çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolunu oynayır. Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır. Zənnimcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bu günə qədər bütün təşəbbüslərimiz reallığa çevrilmişdir. Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir. Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir”.
Dünən Azərbaycan Respublikasının Prezi
denti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları mərasimdə nitq söyləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32

