/ / Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın inkişaf tarixi məhz, 1993-cü ilin 15 iyunundan başlayır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın inkişaf tarixi məhz, 1993-cü ilin 15 iyunundan başlayır
10.06.2011 [10:04]
Tarix təkrar oluna bilərdi...
Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında müstəqillik əldə etsə də, bu ali dəyəri bir sıra səriştəsiz siyasətçilərin əməlləri ucbatından itirmək təhlükəsilə qarşı-qarşıya durmuşdu. Müstəqilliyin ilk illərində ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. A.Mütəllibovun, Yaqub Məmmədovun hakimiyyəti vaxtında olduğu kimi, AXC-Müsavatın dönəmində də xaos və böhran pik həddə çatmışdı. Siyasi fəaliyyətin mürəkkəbliyindən xəbərsiz, dövlətçiliyin, dövləti yaşatmağın nə qədər çətin olduğunu dərk etməyən, universitet auditoriyalarından yenicə ayaqları kəsilmiş səriştəsiz, bacarıqsız siyasətçilərin cəhdlərinin uğursuz olacağı elə ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri 1992-ci ilin iyulundan sonra hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan AXC-Müsavat komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi. Sovetlərin dağılmasından sonra düzəni pozulmuş dövlətin yeni nizamda irəliləməsi üçün proqramlar, layihələrə və hər şeydən önəmlisi düşünən beyinlərə ehtiyacı var idi. Amma bu beyinlər dövlət üçün düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, siyasi mübahisələrin qaynar nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. ölkənin borcları durmadan artır, vətəndaşların rihaf halı getdikcə pisləşirdi. Bahalaşma, aclıq baş alıb gedirdi. Bu da azmış kimi hər məmur bir silahlı qruplaşma formalaşdırıb, hərəyə bir dövlət yaradacağını bəyan edirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə bir-birinin ardınca məğlubiyyətlər yaşanır, acı da olsa, düşmənin işğal etdiyi rayonların sayı artırdı. Xarici qüvvələr isə səbrsizliklə parçalanmağa doğru gedən Azərbaycandan pay almaq üçün fürsət gözləyirdilər.
Bu hadisələrin məntiqi nəticəsi olaraq, xarici qüvvələrin xidmət orqanlarının dəstəyi ilə Gəncədə Surət Hüseynovun başçılığı ilə qiyam baş qaldırmışdı. Surət Hüseynovun rəhbərliyi altındakı silahlı qrup Bakıya yaxınlaşırdı. İlk hədəf dövlət strukturlarını ələ keçirmək, dövlətin süqutunu elan etmək idi. AXC-Müsavat hakimiyyəti isə baş verənləri sadəcə izləyirdi. çünki onlar hadisələrin qarşısını almaqda aciz idilər. Bu acizlik isə onları heç də istəmədiyi bir qərarı qəbul etmək məcburiyyətində qoymuşdu - Heydər Əliyevə sığınmaq...
Ulu öndər Heydər Əliyev təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi...
ümummilli lider xilaskarlıq missiyasını yerinə yetirdi...
1993-cü il 9 iyun tarixində Azərbaycan xalqının xilaskarı - ümummilli lider Heydər Əliyev Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev məhz, Azərbaycanda özbaşınalığın, xaosun hökm sürdüyü bir şəraitdə hakimiyyətə gəldi...
1993-cü il 13 iyunda Bakıya 4 gün öncə gəlmiş Heydər Əliyev Gəncəyə Surət Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Burda haşiyə çıxıb bir məqamı xüsusi vurğulamaq lazımdır. ümummilli lider Heydər Əliyev Gəncədə özünə qarşı sui-qəsdin təşkil olunacağını bilirdi. Amma buna baxmayaraq, Ona çevrilmiş gözlərdəki ümidləri doğrultmaq üçün hər şeyi gözə aldı.
ümummilli lider Heydər Əliyev siyasi bacarığını ortaya qoyaraq başladığı işi tamamladı. Bu həm bir sonluq, həm də bir başlanğıc idi.
Və 1993-cü il 15 iyun - Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev sədr seçildi.
Bununla da, Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev dövlətçiliyi xilas etməli, möhkəmləndirməli, onu inkişaf etdirməli idi. Şərait çox mürəkkəb, görüləcək işlər çox idi. Zəngin idarəçilik təcrübəsi olan Ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər şeyin kökündə sabitlik dayanır. Sabitlik olmayan yerdə qarşıya qoyulan heç bir məqsədə çatmaq mümkün deyil. Buna görə də, dövlətin parçalanmasının qarşısını almaq atılacaq ilk addım idi. ümummilli lider buna nail oldu. Bütün qiyamları yatırdı, Dağlıq Qarabağ münaqişəsində atəşkəsi əldə etməyə nail oldu.
Sonra güclü dövlət yaratmaq üçün iqtisadiyyatı inkişaf etdirməyə ehtiyac duyulurdu. Bunun üçün vasitə də var idi - neft. Amma bu neftdən düzgün istifadə, onun təhlükəsiz ixracını təşkil etmək lazım idi. Ulu öndər Heydər Əliyev öz şəxsi təşəbbüsləri ilə bu problemi də aradan qaldırdı. Düzgün neft strategiyası Azərbaycanın yolunu açdı. Beynəlxalq neft müqavilələri imzalandı, “qara qızıl”ın ixracının səmərəli təşkili üçün yeni neft kəmərləri inşa olundu. İqtisadiyyatın bütün sahələri üzrə inkişaf, canlanma başladı.
Bir sözlə, ümummilli lider Heydər Əliyev dağılmaqda olan, parçalanan Azərbaycandan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, stabil, inkişaf edən Azərbaycan yaratdı. Təkcə elə bu səbəbə görə də, Onun Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi Milli Qurtuluş Günüdür, ya da başqa formada ifadə etsək, dövlətçiliyimizin qurtulduğu gündür. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günündə xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu, həm də Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi.
Müasir Azərbaycan Ulu öndərin şah əsəridir...
Hazırda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılması nəticəsində Cənubi Qafqazın ən qüdrətli dövləti olan müasir Azərbaycan ən stabil və dinamik inkişaf edən ölkə kimi region iqtisadiyyatının 75, maliyyə kütləsinin 90 faizinə malikdir. Hazırda ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, eyni zamanda, hakimiyyətin qətiyyətli siyasi iradəsi Azərbaycanı daha işıqlı zirvələrə doğru aparır. Hər dəfə siyasi kampaniyalar zamanı, seçkilərdə Sədri cənab Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi söylənilən fikri bir daha sübut edir. Beləliklə də, bütün söylənilənləri nəzərə alaraq, inkişaf edən müasir Azərbaycanın Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu əminliklə demək olar.
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52

