Sülh imzalanacaq?
20.04.2023 [10:45]
İrəvan Azərbaycanın şərtlərini qəbul edir...
Bizim iradəmizə heç kim təsir edə bilməz
Vətən müharibəsinin nəticələri regionda yeni siyasi reallıqlar formalaşdırıb. Tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələlərə aydınlıq gətirəcək. Nəzərə alsaq ki, Ermənistan artıq ötən ilin oktyabrında keçirilmiş Praqa Sammitində və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib, proses daha rahat şəkildə inkişaf etməlidir.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18-də keçirilmiş növbədənkənar sessiyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.
Ermənistan hökumətinin başçısı bildirib ki, Azərbaycan ilə tezliklə sülh müqaviləsinin imzalanmasını arzulayır və belə bir inkişafın mümkün olduğuna inanır. N.Paşinyan regionda yenidən qarşıdurmanın yaranmasının da ciddi problemlər doğura biləcəyini vurğulayıb. Bildirib ki, regionumuz yenidən “partlayarsa”, bu, həm Rusiya, həm də Qərb üçün ən azı enerji baxımından problemə çevrilə bilər.
Xatırladaq ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. O vaxta qədər isə tərəflər müəyyən təkliflər və bəyanatlarla sülh ilə bağlı fikirlərini bildiriblər. Məhz 2022-ci ilin martından sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə ediblər. Ermənistan, daha doğrusu, baş nazir Paşinyan isə bundan öncə də dəfələrlə “sülh istədiyini” iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb...
Ermənistan sülh istədiyini desə də...
Bu mənada, artıq uzun müddətdir ki, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan müəyyən “qaranlıq məsələlərə” ümid edirdi. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyürdü”. Təbii ki, bəzi regionda marağı olan ölkələr, hətta region ölkələri Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışırdı. Amma nəticədə bütün bu cəhdlər boşa çıxdı - artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keç?rilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil.
Ermənistan “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir
Aparılan danışıqların vasitəçiləri sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Bu amil həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürülür - Ermənistan da bunu qəbul edir və etməlidir də. Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib: “Yəni, qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.
Bunu hər kəs eşitsin...
Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Beləliklə, Paşinyan sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Ermənistanın yeni manipulyasiyaları, sülhü ləngitmə kimi variantlara əl atması ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bildirib ki, mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz: “Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

