Azərbaycan son 20 ildə yüksək inkişaf yolu keçib
20.08.2011 [10:59]
Azərbaycanda həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması və digər pozitiv meyillər dünyanın nüfuzlu analitik nəşrləri və beynəlxalq iqtisadi mərkəzləri tərəfindən təqdir olunmaqdadır. Qeyd olunan nüfuzlu nəşrlər Azərbaycanı sistemli islahatlar həyata keçirən, əlverişli biznes mühitinin yaxşılaşdırılması sahəsində qətiyyətli addımlar atan və dünya iqtisadiyyatına inteqrasiya prosesində yüksək aktivlik nümayiş etdirən ölkə kimi səciyyələndirirlər. Eyni zamanda, respublikamızın dünyanın enerji təminatında aparıcı ölkəyə çevrilməsi, zəngin enerji resurslarının nəqlində diversifikasiya siyasətini gücləndirməklə enerji bazarına öz töhfəsini verməsi diqqətə çatdırılır.
Fransanın dünyaca məşhur olan çoxtirajlı “La Lettre Diplomatique” jurnalı avqust ayında nəşr olunan növbəti sayında Azərbaycanın iqtisadi-siyasi-sosial həyatı, respublikamızın son 20 ildə keçdiyi inkişaf yolu barədə geniş material dərc edib. ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilən “Neft və qaz potensialının iqtisadiyyatın şaxələndirilməsi prosesində rolu” adlı məqalədə Azərbaycanın zəngin neft və qaz ölkəsi kimi dünyada artan nüfuzu, dünyanın enerji xəritəsində yeri və enerji resurslarının diversifikasiyası ilə bağlı yürüdülən siyasətin mühüm nəticələri əhatəli və dolğun şəkildə öz əksini tapıb. Fransız nəşri, həmçinin, Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Jan-Lui Dumon, Azərbaycan-Fransa Ticarət Palatasının prezidenti Ardavan Amir-Aslani, Fransanın tunellər və yeraltı sahə üzrə cəmiyyətinin prezidenti Alan Balan, Bordo Siyasi Elmlər İnstitutunun Qafqaz regionu üzrə elmi-tədqiqatçısı Samuel Lusak və Paris Universitetinin professoru Edmond Juvenin müsahibələrinə də geniş yer verib.
“La Lettre Diplomatique” ümumilikdə, ölkəmizlə bağlı zəngin təəssürat yaradan yazılarında Azərbaycanın sürətli inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayan neft resurslarından daxil olan vəsaitlərin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsini və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasətin effektiv nəticələr verməsini təqdir edir. Jurnalda ötən əsrin 90-cı illərindən bu günədək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti barədə təfərrüatlı məlumatlar verilir, düşünülmüş neft strategiyasını həyata keçirən Azərbaycanın regionun ən qüdrətli ölkəyə çevrilməsi qeyd olunur. Respublikamızın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb.
“La Lettre Diplomatique” jurnalında o da vurğulanır ki, Azərbaycanda ilk ixrac neftinin nəqlinə başlanması enerji siyasətində tamamilə yeni səhifə açıb. Cənubi Qafqazın lider ölkəsi ötən əsrin sonlarından başlayaraq ixrac neftinin ilbəil nəqlini genişləndirməyə başlayıb. Bakı-Tbilisi-Ceyhanın işə düşməsindən sonra enerji siyasəti zənginləşməyə başlayıb və Azərbaycan Avropa bazarlarına neft ixracını gücləndirməklə regionda yeni iqtisadi əməkdaşlıq formatı yaradıb. Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 milyard ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trilyon kubmetr təşkil edir.
Fransız nəşrində respublikamızın qeyri-neft bölmələrindəki inkişaf meyillərinə, makroiqtisadi yüksəlişə və dərin maliyyə sabitliyinə də geniş yer verilib və hökumətin həyata keçirdiyi mükəmməl iqtisadi islahatların mühüm nəticələr verdiyi diqqətə çatdırılır. Materialda qeyd edilir ki, son 8 ildə Azərbaycanda ümumi daxili məhsul (üDM) 3 dəfə artıb və 2009-cu ildə - qlobal iqtisadi böhran ilində dünyada neftin qiyməti 4 dəfə ucuzlaşsa da, ölkə iqtisadiyyatı 9,3 faiz, ötən il isə 5 faiz artıb, davamlı inkişaf və üDM-in strukturunun şaxələndirilməsi təmin edilib. Eyni zamanda, o da bildirilir ki, bu il Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edir. Bu dövr, xüsusilə də, müstəqilliyin bərpa edilməsinin ilk illəri Azərbaycan üçün çox çətin olub. Lakin buna baxmayaraq, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının uğurlu və hərtərəfli inkişafına səbəb olub. Bunun nəticəsidir ki, son 15 ildə ölkəyə qoyulan investisiyaların məbləği 100 milyard ABŞ dollarına çatıb. Bunların təxminən yarısı xarici sərmayələrdir və son illərdə iqtisadiyyata qoyulan investisiyaların əksəriyyəti qeyri-neft sektorunun payına düşür.
“La Lettre Diplomatique” jurnalında Azərbaycan və Fransa arasında strateji əməkdaşlıq münasibətlərinin mövcudluğu, son illər siyasi, iqtisadi və digər sahələrdə güclü münasibətlərin yaradılması qeyd olunur. Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərləri dövlətlərarası əlaqələri gücləndirib, Prezident İlham Əliyev və Nikola Sarkozi arasında keçirilən görüşlər iki ölkə arasında iqtisadi və siyasi sahədə əməkdaşlığın inkişafında yeni mərhələ açıb. Eyni zamanda, hər iki ölkənin yüksək vəzifəli şəxsləri müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalayıb ki, bu da iqtisadi əməkdaşlıq üçün dərin əsaslar yaradıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31

