Azərbaycan inkişaf meyarlarına görə, Avropa dövlətlərinin standartlarına çatmaqdadır
05.10.2011 [22:53]
Azərbaycan ötən 20 illik müstəqillik tarixi dövründə çoxsistemli və təmkinli islahatlar strategiyasını uğurla həyata keçirərək bir çox inkişaf etmiş dövlətlərin meyarlarına yaxınlaşıb. Respublikamız enerji sektorunun yüksək inkişafına nail olmaqla, eyni zamanda, neft-qaz gəlirlərinin digər iqtisadi bölmələrə transformasiyasını reallaşdırmaqla, həm ümumi iqtisadi inkişafı təmin edib, həm də güclü sosialyönümlü iqtisadi platforma yaradıb. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə sürətlə modernləşən dövlət kimi tanınır. Azərbaycanın müstəqillik tarixinin ən mühüm uğuru isə respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsidir.
Prezident İlham Əliyev “Gülüstan” sarayında keçirilən dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq tədbirdə bildirib ki, respublikamız hazırda özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkə kimi tanınır. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən islahatçı ölkədir: “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu rəqəm bundan sonra da artacaqdır. Bilirsiniz ki, bizim ölkələr Sovet İttifaqının süqutundan sonra yaranmış dövlətlərdir. Təbii ki, qonşuluq məsələləri ilə bağlı müəyyən statistika böyük maraq doğurur. Lakin dəfələrlə ictimaiyyətə bildirilmişdir və mən şəxsən bunu bir neçə dəfə qeyd etmişəm ki, Azərbaycan müasir dövlətə çevrilib. Güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir. Dünya İqtisadi Forumunun rəyinə görə Azərbaycan rəqabətlilik baxımından dünyada 55-ci, MDB məkanında isə birinci yerdə olan dövlətdir. Bu da həyata keçirdiyimiz islahatların göstəricisidir. Bizim başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır. Biz Avropa institutları ilə bütün sahələr üzrə əməkdaşlığa müstəsna əhəmiyyət veririk”.
ölkəmizin sürətli inkişafının əsas meyarları kimi liberal bazar iqtisadiyyatının bütün prinsiplərinin həyata keçirilməsi, azad sahibkarlığın və rəqabət mühitinin təmin olunması, cəmiyyətdə sosial bərabərliyə və orta təbəqənin formalaşmasına impuls verən mükəmməl proqramların reallaşması, həmçinin, düşünülmüş çevik iqtisadi islahatların aparılması mühüm rol oynayıb. Hazırda ölkəmizdə bazar iqtisadiyyatının bütün formaları və əlamətləri mövcuddur. ölkə dövlət mülkiyyətinin inhisarı ilə çoxdan vidalaşıb və hazırda iqtisadi vahidlərin, təsərrüfatçılıqla məşğul olan subyektlərin mütləq çoxluğu iqtisadiyyatın qeyri-dövlət sektorunu gücləndirir.
Dövlət başçısı qeyd edib ki, liberal iqtisadiyyatın inkişafı ölkə iqtisadiyyatında özəl sektorun payının artımını sürətləndirib və özəl bölmənin çəkisi 75 faizi ötüb. Liberal iqtisadi siyasət və siyasi islahatlar, ölkədə mövcud olan problemlərin həllinə səbəb olub və cəmiyyətdə çox münbit sosial bərabərlik mühiti yaradıb. Eyni zamanda, liberal iqtisadiyyatın hökmranlığı sabit və dayanıqlı orta təbəqə institutunun formalaşmasına əlverişli zəmin yaradıb. Keçid iqtisadiyyatının sona çatması və modernləşmə xətti güclü sahibkarlıq sinfinin formalaşması fonunda ölkəmizdə orta təbəqənin statusunun da möhkəmlənməsinə səbəb olub. Hər hansı bir ölkənin orta sinfinin real mənzərəsini bu ölkənin ümumi makroiqtisadi inkişaf indiqatorlarında, onun vətəndaşlarının sosial rifahını xarakterizə edən göstəricilərdə, insan inkişafı ilə bağlı qiymətləndirmələrdə də görmək olar. Bu mənada Azərbaycanın mühüm makrososial pozitiv nəticələrə nail olmasını tam təfsilatı və detalları ilə görmək mümkündür. Respublikamızda əhalinin məşğulluq potensialı çox güclənib, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə endirilib, ölkədə insanların gəlir əldə etmək imkanları genişlənib. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün respublikamız zəngin və yoxsul təbəqə arasında fərqi azaltmağa müvəffəq olub.
Hazırda Azərbaycan strateji planları dünyada ən zəngin ölkələrdən birinə çevrilmək üçün innovativ iqtisadiyyatın və kibertexnologiyaların tətbiqi dairəsinin genişləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmiz ən modern texnologiyaları, yüksək inkişaf indiqatorlarına səbəb olan meyarları tətbiq etməyi hədəf seçib: “Biz ölkənin inkişaf meyarlarını Avropa dövlətlərinin standartlarına çatdırmağa çalışırıq. Zənnimcə, biz buna nail olacağıq. Eyni zamanda, biz Avropaya, belə demək olarsa, əliboş gəlmirik. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorçuluqla mübarizə, nəqliyyat məsələlərində bir çox işlər təklif edə bilərik. ötən illər ərzində bir çox məsələləri müzakirə etmişik. Neft, qaz və yanacaqla bağlı məsələlər danışıqlarımızda başlıca rol oynayırdı. Bu gün isə mən çox şadam ki, biz getdikcə neft və qaz haqqında daha az danışırıq. Mən çox şadam ki, bu gün Azərbaycana təkcə enerji resurslarını nəql edə bilən tərəfdaş deyil, müasir bir ölkə kimi baxırlar”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35

