Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi olub
11.10.2011 [01:00]
Dünən Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev Fransa dövlətinin başçısı Nikola Sarkozini qarşılayıb.
Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşılayıblar.
Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında” Saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalayıblar.
Dövlət başçıları mərasimdə çıxış ediblər. Prezident İlham Əliyev ali qonağı salamlayaraq deyib ki, ilk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir: “Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır. Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu var: “Bu əlaqələrin inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra da dəstəyini göstərəcək. Əlbəttə, regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Bu gün də bu məsələlərlə bağlı biz Sizinlə çox geniş və səmimi söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır. Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır”.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar vardır və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır. çünki bu, bizim torpaqlarımızdır və bizim torpaqlar işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar - yəni, məsələnin həlli üçün hüquqi baza vardır. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq, münaqişəyə son qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq yaranacaqdır”.
Fransa Prezidenti Nikola Sarkozi çıxış edərək deyib ki, bu məktəbin yaradılması qərarı təkcə iki ölkə arasındakı yüksək səviyyədə olan diplomatik və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda, Azərbaycanın göstərdiyi münasibətlərdəndir. Bu, həmçinin Azərbaycanın dinamizmini və onun dünyaya açıqlığı arzusunu ifadə edir: “Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, həm strateji tərəfdaşlıqda özünü əks etdirir, həm də qeyd edim ki, mədəniyyətdə”.
Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxıblar. Sonra Fransız Liseyinin təməli qoyulub. Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxıblar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı töküblər.
Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Fransa Prezidentinin diqqətinə çatdırılıb ki, bu təhsil ocağı Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.
Sonra Azərbaycanın və Fransanın dövlət başçıları ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşüblər, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Nikola Sarkozini yola salıblar.
* * *
Dünən Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında FİA Qrupunun Azərbaycanda fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və Fransa tərəfdən İnkişaf Agentliyinin direktoru Jak Muanvil imzalayıblar.
* * *
Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri dünən başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

