Nikola Sarkozi Prezident İlham Əliyevə məktub göndərib
17.10.2011 [12:16]
Fransa Respublikasının Prezidenti Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: “Cənab Prezident, əziz İlham! Bu qədər zəngin və uğurlu səfərdən sonra Bakıda mənə göstərilmiş səmimi və əla qəbula görə Sizə ən dərin minnətdarlığımı bildirmək istəyirəm. 2009-cu ilin dekabrında Parisə səfəriniz zamanı Sizə bildirdiyim kimi, mən ölkənizin iqtisadi uğurunun bir sıra aspektlərini və rəhbərliyiniz altında Bakıda həyata keçirilmiş dəyişiklikləri öz gözlərimlə görmək məqsədilə Azərbaycana səfər etməyimi arzulayırdım. Vaxtımın məhdud olmasına baxmayaraq, gördüklərim məndə böyük təəssürat yaratdı. Mən, həmçinin, Bakıda Fransız Liseyinin yaradılmasına verdiyiniz həlledici dəstəyə görə Sizə, eləcə də, xanımınıza təşəkkürümü bildirirəm. Bu layihə həm Azərbaycanda yaşayan və övladlarına öz dili və mədəniyyəti çərçivəsində təhsil vermək istəyən fransız icması, həm də ölkənizə xidmət etmək naminə fəal həyata başlamazdan öncə universitetlərimizə daxil olmağı arzulayan gənc azərbaycanlılar üçün faydalı olacaqdır. Mən ölkələrimiz arasında artıq intensiv xarakter daşıyan münasibətləri gücləndirəcək strateji tərəfdaşlığın qurulması təklifimi təkrar edirəm. Gələcək səfərlərinizdən birində Parisdə Sizi yenidən qəbul etmək ümidi ilə Sizə bir daha öz minnətdarlığımı bildirir, ən dərin hörmət və ehtiramımı, eləcə də dostluq hisslərimi qəbul etməyinizi xahiş edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

