Böyük hədəf: 5 ildə 20 yol layihəsi
07.09.2023 [10:00]
Azərbaycanın şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə həyat qayıdır. İşğal dövründə erməni vandalları bu yerləri başdan ayağa viran qoymuşdular - mülki infrastruktur, yaşayış evləri də daxil olmaqla hər şey vəhşicəsinə dağıdılmışdı. İndi babalarımızın ruhları dolaşan bu torpaqlar öz sahiblərinin əlindədir və onlar 30 illik həsrətdən sonra böyük sevinc hissi ilə bura gələrək doğma yerləri canlandırırlar. Qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd yerlərinə qayıdışını tez və layiqli şəkildə təmin etməyi hədəfləyən qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına zəruri infrastruktur quruculuğu ilə start verdi. Bunsuz Qarabağı dirçəltmək, Böyük Qayıdış proqramını reallaşdırmaq mümkün olmazdı. Müharibənin başa çatmasından sonrakı dövrdə bəhs olunan ərazilərdə çoxlu sayda infrastruktur layihələri böyük uğurla icra olunub və yenilərinin də həyata keçirilməsi təmin edilir.
İqtisadi və sosial önəm daşıyan yol infrastrukturunun yenilənməsi
İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğunun mühüm bir istiqaməti burada yol şəbəkəsinin bərpasını əhatə edir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayrılıb. Dövlətimizin başçısı 5 sentyabr 2023-cü il tarixində yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Xudafərin - Qubadlı - Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.
İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsi heç də təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır.
2026-cı ilədək reallaşdırılacaq yol layihələri
İşğaldan azad olunmuş ərazilərin tez bir zamanda yüksək səviyyədə bərpasına Azərbaycanın iradəsi də, gücü də var. Burada yeganə rəqib tez ötən zaman və ərazilərin minalardan tam təmizlənməməsidir. Ərazilər minalardan təmizləndikcə yol layihələrinin də əhatə dairəsi genişlənir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planında AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. 2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri aşağıdakılardır:
1. Talış-Tapqaraqoyunlu-
Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),
3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı),
5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),
6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),
8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7 km, 4 hərəkət zolaqlı),
9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı),
10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı),
11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi,
12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı).
2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yollarının layihələri:
1. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),
2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri
2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yollarının layihələri:
1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ),
2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı),
3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).
2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolunun layihəsi:
1. Ağdam şəhərinin daxili yollarının tikintisi.
Sərhədlərimizdə möhkəmlənirik
Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yol layihələrinin statistikası kifayət qədər zəngindir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3 250 metrə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.Təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir. aparılır.
Yeni çəkilən yollar, həmçinin qalib Azərbaycanın Ermənistanla sərhəd bölgələrində daha da möhkəmlənməsi baxımından da böyük önəm daşıyır. Yeni salınan yollar, o cümlədən təminat yollarının qurulması sərhəd zastavalarının daha səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradır, hərbçilərimizin manevr imkanlarını artırır.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09
