Milli inkişafın Azərbaycan modeli
24.12.2011 [21:22]
Respublikamızın sosial-iqtisadi siyasətinin konseptual əsaslarını yaradan ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın inkişaf tarixində yeni mərhələnin əsasını qoyub. Azərbaycan Prezidenti siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni tərəqqiyə dərin təməllər yaradan inkişaf xəttini dərinləşdirərək yeni mərhələyə çatdırıb. Prezident İlham Əliyev idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib.
Cənab İlham Əliyevin zəngin idarəçilik formullarının tətbiq edilməsi sayəsində 2003-cü ildən sonrakı dövrlərdə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu dövrü Azərbaycanın siyasi, iqtisadi, sosial, ictimai, humanitar, elmi-mədəni həyatında tamamilə yeni proseslərin, ölkə iqtisadiyyatında yeniləşmə və keyfiyyət dəyişikliklərinin baş verdiyi bir tarixi dövr kimi xarakterizə etmək olar.
Cənab İlham Əliyev birinci prezidentliyi dövründə respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə mühüm dəyişikliklərlə müşayiət olunan genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasına impuls verən əhəmiyyətli addımlar atıb. Belə ki, 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi strategiyanın daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan strateji proqramların gerçəkləşməsi Azərbaycanın siyasi və iqtisadi həyatında yeni üfüqlər açdı. Miqyas baxımından bütün ölkə ərazisini əhatə edən yeni inkişaf konsepsiyası sosial çalarların dərinləşməsi və əhalinin yaşayış imkanlarının hədsiz dərəcədə yaxşılaşmasına təkan vermiş oldu. Bu makroiqtisadi konsepsiyanın qarşıdakı illərdə daha da geniş vüsət alması iqtisadi, siyasi və sosial bölmələrdə islahatların bütün komponentləri ilə məzmun baxımından dərinləşməsinə baza yaratdı. Dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadi həyatında dinamizm elementlərini sürətləndirən tamamilə yeni bir iqtisadi inkişaf modelinin əsasını qoydu.
Beləliklə, 2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də inkişaf meyarları baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu illər ərzində respublikamızın bütün regionlarının simasının dəyişməsi, böyük infrastruktur şəbəkələrinin yaradılması, iqtisadiyyatın modernizasiyasının sürətlənməsi, Bakı-Tbilisi-Ceyhan, Oğuz-Qəbələ-Bakı kəmərlərinin və digər nəhəng trans-kommunikasiya dəhlizlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlinin qoyulması, eləcə də, Xəzər regionunda əməkdaşlıq formatının genişləndirilməsi, türkdilli dövlətlərlə yeni əməkdaşlıq platformasının yaradılması, yeni enerji yataqlarının kəşf olunması sözügedən dövrün başlıca uğurlarının təntənəsi hesab oluna bilər.
İqtisadiyyatın modernizasiyası və davamlı inkişaf bumu...
Prezident İlham Əliyev dövlət idarəçilik sistemində modernləşmənin çoxkomponentli elementlərini yaratmaqla ictimai-siyasi və sosial-iqtisadi sferalarda dinamikliyə impuls verən strategiyanı həyata keçirməyə başladı. Qloballaşan dünyada siyasi idarəetmə sistemlərinin yeni təzahürlərinin meydana çıxdığı ərəfədə Azərbaycanın yeni Siyasi lideri mükəmməl funksional idarəetmə modeli yaratmaqla respublikamızın inkişaf konsepsiyasının yeni formullarını yaratdı.
Prezident İlham Əliyev respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa müvəffəq olub. Həmin iqtisadi hədəflər “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Qeyd olunan sənədin uğurla icra olunması, regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək, makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış olub.
Prezidentliyinin birinci beşilliyində regionların inkişafını fəaliyyətinin ana xəttinə çevirən İlham Əliyev ikinci dəfə dövlət başçısı postuna seçildikdən sonra da bu sahəyə diqqəti gücləndirib. 2003-2008-ci illərdə ölkənin ümumi inkişafı üçün yüksək effekt verən bu konsepsiyanı davam etdirmək məqsədi ilə dövlət başçısı 2009-cu ilin aprel ayında, həmin siyasətin məntiqi davamı olaraq 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Yeni proqram iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur.
2011-ci ilin ötən ayları ərzində Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzləri və ucqar yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, proqramın icrası çox uğurla davam etdirilir. Cari ildə geniş və əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib.
Prezident İlham Əliyev proqram çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq respublikanın rayonlarına səfər edib. Son bir ildə ölkə başçısının regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfərləri mütəmadi xarakter daşıyıb. Dövlət başçısı bölgələrdə və paytaxtda yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Tərəqqi və zənginləşmə mərhələsinin başlanğıcı
Cənab İlham Əliyevin ikinci prezidentlik dövrü respublikamızda inkişaf tempinin tam yeni meyarlar kəsb etməsi ilə səciyyələnir və bu mərhələdə orta gəlirli dövlət statusuna malik ölkə kimi Azərbaycan tərəqqi və zənginləşməyə yol açan innovativ iqtisadiyyat quruculuğu istiqamətində dərin islahatların müəllifi kimi diqqəti cəlb edir. Bu mərhələ iqtisadi idarəetmə sistemində institusional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meyilli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, regionların tarazlı inkişafı sahəsində sosial-iqtisadi tərəqqiyə nail olan Azərbaycanın keçid dövrünü tam arxada qoyması ilə də xarakterizə oluna bilər. Nəzərə almaq lazımdır ki, bu dövrdə ölkəmiz qlobal maliyyə böhranı şəraitində sistemli islahatların davamlılığını təmin etməklə yeni inkişaf fazasına doğru pozitiv nəticələr əldə edib.
Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Cənab İlham Əliyevin ikinci dəfə prezidentlik fəaliyyətinin başlanğıcı dünyanı bürüyən qlobal maliyyə böhranının şiddətli dövrünə təsadüf edib və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilməyiblər. ABŞ-da və Avropanın ən inkişaf etmiş dövlətlərində iqtisadi fəallıq 5 dəfədən çox aşağı düşüb və iqtisadi geriləmə 2009-cu ilin birinci yarısınadək davam edib. Azərbaycan iqtisadiyyatı isə böhran meyillərinə məruz qalmayıb.
2009-cu ildə respublikamız inkişaf tempinin qorunub saxlanması sosial-iqtisadi infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaradıb. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi ssenariləri əhatə edir və bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə edilməsinə səbəb olub. ötən bir ilin iqtisadi mənzərəsi onu göstərdi ki, Azərbaycan makroiqtisadi və maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqla yanaşı, həyata keçirilən uğurlu pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər nəticəsində valyuta bazarını da böhran dalğasından xilas edib.
ölkəmizdəki yüksək inkişaf tempi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Fitç İbka”, “Standard ənd Poor’s” kimi ən nüfuzlu iqtisadi qurumların, reytinq agentliklərinin, eləcə də, “Financial Times”, “The Economist” kimi iqtisadi nəşrlərin hesabat və qiymətlərində öz müsbət əksini tapmaqdadır. Həmin qurumlar Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatların mühüm nəticələrini təqdir edir, respublikamızın inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacağını bildirirlər.
Regionların tarazlı və sürətli inkişafı; Azərbaycan iqtisadiyyatında modernləşmə formulu
Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da dərinləşdirib və Azərbaycanın davamlı iqtisadi inkişafının, uzunmüddətli sabitliyinin, dünya dövlətləri içərisində yüksək nüfuz sahibi və geniş əməkdaşlıq mərkəzlərindən biri olmasının təminatçısına çevrilib.
Yuxarıda da qeyd etdiyimiz kimi, İlham Əliyev ikinci dəfə dövlət başçısı postuna seçildikdən sonra da bu sahəyə diqqəti gücləndirib. 2003-2008-ci illərdə ölkənin ümumi inkişafı üçün yüksək effekt verən bu konsepsiyanı davam etdirmək üçün dövlət başçısı 2009-cu ilin aprel ayında həmin siyasətin məntiqi davamı olaraq “2009-2013-cü illərə dair regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Yeni proqram iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur.
2009-cu ilin ötən ayları ərzində Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzləri və ucqar yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının ilk ili çox uğurlu olub. Cari ildə geniş və əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib.
ümumiyyətlə, dövlət başçısı son 8 ildə respublikamızın bütün rayonlarına bir neçə dəfə səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür. Bu tendensiya, eyni zamanda, Prezident İlham Əliyevin böyük xarizmatik şəxsiyyət olmasını, siyasi peşəkarlığını, yüksək idarəetmə məharətini təsdiqləyir.
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. İşsizliyin yüksək həddə olduğu ölkələrdə işçi qüvvəsindən yarımçıq istifadə nəticəsində iqtisadi sistem özünün istehsal imkanlarından tam istifadə edə bilmir. İşsizlik, həmçinin, insanların həyati vacib maraqlarına ciddi zərbə vurur və onları yaşayış uğrunda mübarizə aparmaq hüdudlarına gətirib çıxarır. Beləliklə, işsizliyin səviyyəsi hər bir ölkədə iqtisadiyyatın ümumi vəziyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir.
Prezident İlham Əliyev məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin müəllifi kimi çevik və operativ addımlar atmaqla insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olub. Azərbaycanda ümumi makroiqtisadi artım templəri əyani şəkildə istehsal müəssisələrinin rentabelli fəaliyyətini göstərir, eyni zamanda, insanların məşğulluğunun təmin olunduğunu şərtləndirir. Bu amillər isə son nəticədə işsizliyin səviyyəsinin aşağı düşdüyünü ifadə etmiş olur.
İnsanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsinə yönəlib.
Orta təbəqə və zənginləşmədə milli elita faktoru...
Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. Büdcə artımları ilə bağlı həyata keçirilən sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır. Sosial rifah çoxkomponentli məzmun daşımaqla həm də formaca genişspektrlidir. Sosial yüksəlişin təkanverici faktoru kimi liberal islahatların məqsədyönlülüyünü və azad rəqabət şəraitində ölkədəki yaşayış imkanlarını yaxşılaşdıran sosial qrupların gəlir əldə etmək münasibliyini də xüsusi olaraq nəzərə almaq gərəkdir. Bu isə nəticə etibarilə yaxşı yaşayışın simvollarından biri olan orta təbəqənin formalaşması ilə sıx bağlıdır.
2003-2011-ci illər Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər. 2003-cü ildən başlayaraq iqtisadiyyatda yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyillərini daha da sürətləndirdi, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. ümumiyyətlə, Prezident İlham Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və dövlət başçısı buna ötən illərin güclü sosial müdafiə konsepsiyasının uğurlu nəticələri ilə nail oduğunu təsdiq etmiş olur.
Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eyni zamanda, qaçqın və məcburi köçkünlərlə bağlı siyasət Azərbaycan dövlətinin ali strateji məqsədlərindən biridir. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışının, həyat şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyevin fəaliyyətinin əsas leytmotivi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı siyasəti gücləndirməkdən ibarət olub. Onun həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri kimi qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinə diqqət və qayğı həmişə ön yerdə dayanıb. Müharibənin acı nəticələrini yaşayan Azərbaycan hökuməti qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət vətəndaşların qayğıya daha çox ehtiyacı olan hissəsinin dövlət qayğısı ilə əhatə olunmasını təmin edir. ölkədə cəmiyyətin bir hissəsi olan əlillərə və şəhid ailələrinə dövlət qayğısı ilbəil güclənir. Belə ki, əlillərin pensiya və müavinətlərinin vaxtında ödənilməsi, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təmin edilib. Bu ilin ötən dövründə əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, həmçinin onlara maddi və texniki yardımın təşkili üzrə ayrılan xərclər yüksəlib.
Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin bütün aztəminatlı təbəqəsinə, o cümlədən, əlil pensiyaçılara dövlət qayğısı ilbəil artıb, onların sosial müdafiəsi daha da gücləndirilib. ölkəmizdə formalaşan yeni sığorta-pensiya sistemi əlillərin etibarlı sosial müdafiəsini təmin edib. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir çox qanunlar qəbul olunub. Eyni zamanda, vaxtaşırı əlillərə mənzil, maşın və sair kimi vasitələr hədiyyə edilir, ildən-ilə onlara verilən pensiya və təqaüdlər artırılır.
İnnovativ və industrial iqtisadiyyatın astanasında...
Hazırda liberal bazar iqtisadiyyatına keçidi tam təmin etmiş Azərbaycan növbəti islahatların astanasındadır. Yeni onilliyin ilk ili Azərbaycanın yüksək inkişaf etmiş ölkə kimi mövqeyinin daha da artmasına zəmin yaradıb. Respublikamızın müasir iqtisadi inkişaf yolu yeni çoxşaxəli islahatlar strategiyasına, güclü və inkişaf etmiş dövlətin iqtisadi əsaslarının daha da möhkəmlənməsinə əsaslanır. Azərbaycan yeni inkişaf və intibah ssenarilərini həyata keçirməklə bərabər, yeni çağırışların və meqainkişafın sabahkı tələblərini nəzərə alaraq təmkinli, ölçülüb-biçilmiş, praqmatik, eyni zamanda, bütün hədəfləri müəyyən edə biləcək uzaqgörənliklə reformaların yeni platformasını formalaşdırıb. Bu platforma çoxsistemli konseptlər məcmusu olmaqla yanaşı, tam praqmatikliklə proqnozlaşdırılmış onilliyin yeni pozitiv meyarlarına yaxınlaşdıran strategiyalar bazasına söykənir.
Yeni əsrin ikinci onilliyi ölkəmizin iqtisadi inkişaf dinamikası baxımından daha yeni meyarlar kəsb etməsi ilə səciyyələndirilə bilər. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Hazırda ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 41 milyard dolları ötüb. Strateji valyuta ehtiyatlarının həcminin artması ölkəmizdə effektiv pul siyasətinin həyata keçirilməsinin göstəricisi kimi səciyyələndirilə bilər. Bu tendensiya həm də ölkəmizdə qeydə alınan yüksək və sürətli iqtisadi artımın məntiqi nəticəsi kimi də dəyərləndirilməlidir.
Güclü maliyyə ehtiyatlarımız respublikamızın uzunmüddətli, davamlı inkişafına dərin baza yaradır. Prezidentin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərmişdir ki, Azərbaycanın əsas məqsədi özünün “qara qızıl”ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur.
Hazırda Azərbaycan yeni inkişaf onilliyinin astanasındadır. Bu, innovativ və klasterial iqtisadiyyatın, indistriual cəmiyyətin quruculuğu fazasının başlanğıcıdır. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Cənab Prezident İlham Əliyevin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyası əsasında ölkəmizi irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş tranzit yaratmaqdan ibarət idi və O, buna nail olmaqdadır. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan, suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Respublikamız özünəməxsus milli innovasiya sistemini formalaşdırmaqla onun əsas komponentlərini də müəyyən edib. İnnovasiya prosesində elm, təhsil, istehsalat və bazar arasında əlaqələrin gücləndirilməsi, elmi-texniki məhsul bazarının təmin olunması, intellektual mülkiyyət obyektləri də daxil olmaqla yeniliklərin kommersiyalaşması mexanizminin yaradılması, investisiyanın əsas katalizatoru kimi innovasiya rəqabətinin və innovasiyanın əhəmiyyətinin gücləndirilməsi, regionların innovasiya inkişafının əsas istiqamətlərində maliyyə və kadr ehtiyatlarının konsentrasiyasının təmin edilməsi başlıca meyarlardır.
İnnovativ iqtisadiyyat rəqabətədavamlı iqtisadiyyatın bərqərar olmasına gətirib çıxarır, dünya iqtisadi sistemində güclü ixracqabiliyyətli transmilli korporasiyaların dominatlığını möhkəmləndirir, ölkənin milli ixrac potensialının qlobal bazarlarda üstünlüyünü təmin etmiş olur. Yeni texnologiyalar iqtisadi səmərəliliyi artırmaqla yanaşı, milli istehsalın rəqabət qabiliyyətini yüksəltmiş olur.
Postneft dövründə innovativ iqtisadiyyatın əsas aparıcı sahəsi kimi sənaye, informasiya-kommunikasiya texnologiyaları milli inkişafın təkanverici bölmələri olmaqla yanaşı, güclü maliyyə rezervlərinə malik iqtisadi sektorlara çevriləcək. Bu pozitiv proqnozları yeni onilliklə bağlı inkişaf ssenariləri də ehtiva etmiş olur. Proqnozlara görə, Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. üDM-nin həcmi 2012-ci ildə 60 milyard dollar, 2013-cü ildə 65 milyard dollar, 2014-cü ildə isə 70 milyard dollardan çox olacaq. Bu tendensiya sosial sektorda da dinamizmi artıracaq, orta aylıq əməkhaqqı 2014-cü ildə 551 manat, 2015-ci ildə 600 manata bərabər olacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

