2011-ci il Azərbaycanda hərbi sənayenin intensiv inkişafı ilə yadda qaldı
28.01.2012 [00:22]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycanın artan iqtisadi imkanları müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli baza yaradıb. Respublikamızın maliyyə imkanlarının artması müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verib. Bu isə son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi və həmin sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı ötən il hərbi sahəyə ayrılan büdcə vəsaitinin 3 milyard 413 milyon olmasına diqqət çəkərək 2012-ci ildə bu məbləğin artırılacağını bildirib: “Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır”.
Azərbaycanda hərbi sənaye sahəsi yeni hesab olunsa da, bu sahənin zəngin tarixi var. Məlum olduğu kimi, 1970-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafı respublikada hərbi sənaye kompleksinin yaradılmasına da öz mənfi təsirini göstərib. Həmin dövrdə Azərbaycanda böyük imkanların olmasına baxmayaraq, yalnız 4 hərbi təyinatlı müəssisə fəaliyyət göstərib. Həmin müəssisələrdə çox az sayda hərbi təyinatlı məhsul istehsal edilib ki, onların da son tamamlanma işləri respublikadan kənarda aparılıb. Əslində, Azərbaycanda yaradılmış hərbi-sənaye müəssisələrinin fəaliyyətində asılılığın yaradılması keçmiş Sovet imperiyasının respublikamıza qarşı düşünülmüş şəkildə həyata keçirdiyi siyasətin bir hissəsi idi.
1969-cu ildə uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi-sənaye sahəsinin inkişafına da təkan verdi. Məhz Onun səyi nəticəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə isə Bakı şəhərində Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində istismara verildi. Bütövlükdə 1970-1982-cı illərdə respublika ərazisində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı (Şirvan) və b. şəhərlərdə) onlarla müdafiə təyinatlı elmi və istehsal müəssisəsi yaradıldı. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə 3 yeni müəssisənin - Radiomaşınqayırma zavodu (“Robot”), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı və Elektron Hesablama Maşınları zavodunun “II növbəsi”nin tikintisi, elektron sənayesi üzrə 4 zavodun - Gəncədə “Büllur” zavodu, Xaçmaz, Siyəzən və Lənkəranda isə “Kondensator” zavodlarının tikintisi, müdafiə sənayesi üzrə Azov Optika-Mexanika (“Alov”) zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektromexanika İnstitutunda yaradılan yeni istehsal sahələri bazasında “Nord” EİB, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və s. həyata keçirildi. Həmçinin, Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək “Ulduz” EİB, Əli Bayramlı “Araz” zavodu (Şirvan “Araz”), “Rabitə” Elmi Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodlar tikilib istismara verildi.
Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra isə Ulu öndərin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırılıb. İlk növbədə, müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşan keçmiş ittifaqın hərbi sənaye kompleksi üçün fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə, 1993-cu ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradılıb. 2003-cü ildə Milli Ordunun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə, ümummilli lider tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin tarixdən etibarən respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlayır. Bu siyasətin davamı olaraq respublikamızın müharibə vəziyyətində olmasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən həmin ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradılıb.
ötən 7 il ərzində mühüm işlərin görülməsi nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində əhəmiyyətli nəticələr əldə olunub. MSN-nin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Son iki ildə bu müəssisələrdə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılıb. Bütün hərbi müəssisələrdə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında məhsullar yaradılır. “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri və “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilə bilər. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil müasir texnologiyalar istehsal olunur.
Eyni zamanda, respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin texniki imkanlarının daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir. Məsələn, “İqlim” və “Dalğa” kimi elm-istehsalat müəssisələrinin fəaliyyətə başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Bu strateji obyektlər quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalına görə mühüm əhəmiyyətə malikdir. Məsələn, “İqlim” müəssisəsində istehsal olunan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. Eləcə də, “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsullar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, “İnam”, “Qürur” tapançaları və “İstiqlal” snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə, böyük üstünlüyə malikdir. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi dövlətlərin anoloji silahını geridə qoyur. ölkəmizin istehsal etdiyi motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq iqtidarındadır. Həmçinin, Müdafiə Sənayesi Nazirliyi yeni növ mülki avadanlığın istehsalına da başlayıb.
Nazirlər Kabinetində keçirilən sözügedən iclasda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın hərbi sənaye potensialının gücləndiyini vurğulayıb: “Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik”.
Qeyd edək ki, ötən il bütün dünyada hökm sürən qlobal maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycanda müdafiə sənayesi sektoru da inkişaf etməsi ilə diqqəti cəlb edib. Həmin il ölkəmizin müdafiə sənayesi sektorunda yaddaqalan dövr kimi səciyyələndirilə bilər. Belə ki, MSN fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeli birlik və müəssisələrində 40-dan artıq yeni istehsal sahəsi yaradılıb. Bunlardan 10-u 2011-ci ildə isifadəyə verilib. Təkcə ötən ildə nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co.” Müəssisəsi, “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, Bakı “Cihazqayırma” zavodu, Optika-Mexanika İstehsalat Birliyinin Xaçmaz “Kondensator” zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olub.
2011-ci ilin ilkin nəticələrinə görə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 2010-cu illə müqayisədə 2,5 dəfə artıb, çeşidlərinin sayı isə 650-yə çatdırılıb. Müqayisə üçün bildirək ki, görülmüş işlər nəticəsində, 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmində 2007-ci il qeydə alınandan 23,0 dəfədən çox artım müşahidə edilib. Ən müasir tökmə prosesi ilə həyat keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan keçirilib və istehsalına başlanıb.
Eyni zamanda, nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılıb. Məhz bunun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2011-ci ildə mülki məmulatların istehsal həcmində 1,8 dəfədən çox, 2010-cu illə müqayisədə isə 14 faiz artım müşahidə edilib. İstehsal olunan məhsulların çeşid sayı 400-ü keçib. Respublikada qarşıdakı illərdə Dövlət Müdafiə Sifarişi Proqramına əsasən, müxtəlif növ müdafiə təyinatlı məmulatların istehsalı da planlaşdırılır. Proqram çərçivəsində 2016-cı ilə qədər müdafiə sənayesinin inkişafı ilə bağlı ən modern müdafiə təyinatlı məhsulların istehsalı nəzərdə tutulub.
Hazırda respublikamız aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin firma və şirkətləri ilə sıx əməkdaşlıq təmaslarına malikdir. Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya, Polşa və digər dövlətlərlə müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlığa dair razılaşmalar əldə edilib və həmin ölkələrin bir neçəsi ilə artıq birgə layihələrin icrasına başlanılıb.
Artıq nazirliyin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. Təkcə o faktı qeyd etmək kifayətdir ki, ilk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan “IDEF-2009” sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan nazirlik ötən ilin dekabrın 12-14-də sayca 7-ci olan Küveytdə keçirilən “Körfəz Müdafiə və Aerospeys” sərgisində 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. İndiyədək MSN-in qatıldığı beynəlxalq sərgilərdə (“IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010”, “IDEX-2011” və “IDEF-2011” sərgilərində təmsil olunub-red.) Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə “İstiqlal” snayper tüfəngi, “Zəfər” və “İnam” tapançaları sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanıb.
Bütün bunlar deməyə əsas verir ki, hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycan bir neçə ildən sonra regionda və xarici bazarlarda həm də hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək. Bu fakt həm də Azərbaycana daxili potensialı hesabına işğal altında olan torpaqlarını azad etmək imkanını verir.
öz növbəsində ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən 2011-ci ildə hərbi sənayenin inkişafı istiqamətində aparılan islahatları və onların nəticələrini yüksək qiymətləndiriblər.
Məsələn, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədovun sözlərinə görə, dünyada az ölkələr var ki, onların Müdafiə Sənayesi Nazirliyi var: “Bu, çox vacib bir amildir. Ona görə ki, I Qarabağ müharibəsi - 1994-cü ilə qədər olan dövrdə biz çətinliklərlə qarşılaşmışıq. Həmin vaxt bütün silah-sursatı xarici ölkələrdən almağa məcbur olurduq. Lakin bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Onun davamçısı Prezident İlham Əliyevin apardığı çox uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı ilə yanaşı, hərbi sahədə də müsbət nəticələr əldə edilib. Bu gün Azərbaycan regionda hərbi qüdrətə malik ölkədir. Bu uğurlar isə yalnız Azərbaycanın ordusunda həyata keçirilən islahatlar ilə deyil, respublikamızın Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti nəticəsində əldə olunub. Bu gün sözügedən nazirlik təkcə müdafiə və hərbi xarakterli 600-dən çox məhsul istehsal edir. Həmin məhsulların bir çoxunun xarici ölkələrdə də maraqla qarşılanması sevindirici haldır”.
Millət vəkilinin sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması üçün ən mühüm amillərdən biri də elə Milli Ordunun daxili ehtiyatları hesabına təminatının təşkilidir ki, bunada nail olunubdur.
Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, Azərbaycanda Müdafiə Sənayesinin yaradılması dövlət tərəfindən atılan mühüm bir addımdır: “çünki nazirliyin yaradılmasına qədərki dövrdə Azərbaycan silah-sursat təminatının təşkilinə görə xarici ölkələrdən asılı idi. Eyni zamanda, gərəkli texnika və texnologiyanın müasirləşməsi, təmir, bərpasını daxili imkanlar hesabına təşkil etmək mümkünsüz idi. Artıq MSN çoxlu adda yeni hərbi məhsullar istehsal etməklə yanaşı, Azərbaycanın xarici məkana çıxışını təmin edib və bu aspektdə mühüm aparıcı dövlətlərdən birinə çevrilib. Bir sözlə, Azərbaycan artıq öz hərbi ehtiyaclarını ödəməkdədir. Bu, bir tərəfdən ordumuzun güclənməsini göstərir. Eyni zamanda, siyasi məna kəsb edir. Yəni bütövlükdə Azərbaycan özünə arxalanan bir siyasət yürütməkdədir”.
Azərbaycanın gələcəkdə də hərbi sənaye sahəsində daha böyük təcrübəyə yiyələnəcəyinə əminliyini ifadə edən millət vəkili bildirib ki, bütün bunlar adekvat olaraq ordunun gücündə təzahür edəcək: “Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq bu sferaya önəm verməsi sübut edir ki, bu məsələ ətrafında gələcəkdə də dövlətin planları, proqramları nəzərdə tutulub və Azərbaycan regionda aparıcı dövlət kimi statusunu qoruyub saxlayacaq”.
Z.Oruc bir daha vurğulayıb ki, Azərbaycan bu sahədə təkcə öz daxili tələbatının ödənilməsini nəzərdə tutan məhsulların istehsalına önəm vermir, həm də dünya konykturasını ciddi şəkildə nəzərə alır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, bu gün Azərbaycan dövləti öz Milli Ordusunu silah-sursatla təmin edə bilir: “ötən il də bu istiqamətdə mühüm işlər görülüb. Beynəlxalq sərgilərdə Azərbaycanın hərbi silahları nümayiş etdirilib və dünyanın bir çox xarici dövlətləri və şirkətləri tərəfindən yüksək qiymətləndirilib. Hətta bizim bir çox məhsullarımız, məsələn, “İstiqlal” kimi silahlarımız hərbi ekspertlər tərəfindən yüksək dəyərləndirilib”.
Onun sözlərinə görə, çox qısa zaman çərçivəsində yaradılmasına baxmayaraq, MSN dinamik inkişaf edib: “Baxmayaraq ki, cəmi 7 il keçib, bu müddət ərzində yüksək keyfiyyətli, nazirliyin tabeliyində olan müəssisələr tərəfindən dünya standartlarına cavab verən müxtəlif çeşiddə məhsullar istehsal olunub”.
Emin Həsənli deyib ki, Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin hərbi sənayesi də güclənir: “Bütün sahələrdə olduğu kimi, müdafiə sənayesinin inkişafı və ordu quruculuğu prosesi, kadr hazırlığı daim dövlətin diqqət mərkəzindədir. Hər il hökumət tərəfindən dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması dövlətin bu sahəyə diqqət və qayğısını bir daha təsdiq edir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

