/ / 2011-ci ildə bölgənin ən güclü ordusu - Azərbaycan ordusunun büdcəsi 3 milyard 413 milyon dollar olub
2011-ci ildə bölgənin ən güclü ordusu - Azərbaycan ordusunun büdcəsi 3 milyard 413 milyon dollar olub
01.02.2012 [12:00]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları torpaqlarının 20 faizi işğal altında olan bir ölkə kimi çox vacib sahədə - ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli baza yaradıb. Bu isə öz növbəsində son illərdə hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi, həmin sahənin dinamik inkişafı üçün əlverişli zəmin formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub.
Təsadüfi deyil ki, ordu quruculuğu ölkə üçün prioritet əhəmiyyət daşıyan sahələrdən biri elan olunub. Yəni, müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması dövlətin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi isə, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Təsadüfi deyil ki, müstəqillik dövründə, konkret olaraq 1993-cü ilin iyunundan sonra hərbi sahədə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycan ordusunun qüdrətinə əminliyini ifadə edib: “Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir”.
Azərbaycanda hərbi sahənin inkişafına göstərilən diqqətin göstəricisi olaraq son illərdə bu bölməyə ayrılan vəsaitin həcminin artırılmasını xüsusilə vurğulamaq lazımdır. Belə ki, son 8 ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi 25 dəfəyədək artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2011-ci ildə bu rəqəm 3 milyarddan çox olub. 2012-ci ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi isə 3 milyard 474 milyon dollar təşkil edir.
Məlum olduğu kimi, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, daha dəqiq desək 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırılıb, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Digər tərəfdən, demək olar ki, ölkəmizdə hər il keçirilən hərbi təlimlər artıq ənənəvi hal alıb. Sadalanan məsələlərə paralel olaraq, milli ordunun maddi-texniki bazasının genişləndirilməsi də daim diqqət mərkəzindədir.
Təbii ki, bu istiqamətdə ilk növbədə, milli ordunun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider tərəfindən 2003-cü ildə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. çünki məhz həmin tarixdən respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlayır. Bu siyasətin davamı olaraq respublikamızın müharibə vəziyyətində olmasını nəzərə alan və həmin sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən sözügedən ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradılıb.
ötən 7 il ərzində mühüm işlərin görülməsi nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində əhəmiyyətli nəticələr əldə olunub. MSN tabeliyində müdafiə təyinatlı məhsullar istehsal etməklə Azərbaycan öz ordusunu gücləndirməklə bərabər, dünyada da bu sahədə istehsalçı ölkə kimi tanınmağa başlayıb. Belə ki, ölkəmiz iştirak etdiyi beynəlxalq sərgilərdə yerli məhsulları nümayiş etdirməklə bir sıra dövlətlərin şirkətlərinin marağına səbəb olub və artıq bu istiqamətdə əməkdaşlıq əlaqələri də qurulub. Hazırda Azərbaycan müdafiə təyinatlı 650 çeşiddə məhsul istehsal edir. Nazirliyin nəzdində fəaliyyət göstərən istehsalat sahələrində müxtəlif kalibrli atıcı silahlar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən “Zəfər” və “Zəfər-K”, “İnam” adlı tapançalar istehsal olunur.
Beləliklə, görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində xeyli işlər görülüb. Təsadüfi deyil ki, Azərbaycan ordusu istər maddi-texniki baxımdan, istərsə də hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsinə görə, bölgənin ən güclü ordusudur. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş aparmaq, ölkəni istənilən hücumdan müdafiə etmək gütrətindədir. O da məlumdur ki, ordumuz işğalçı Ermənistan ordusundan dəfələrlə güclüdür.
Azərbaycan və Ermənistan ordularının hərbi-texniki təchizatı səviyyəsindəki böyük fərq özünü hər iki ölkənin keçirilən hərbi paradlarında da göstərib. Azərbaycanda ötən il və ondan öncə baş tutan hərbi paradlarda ölkəmizin hərbi qüdrəti, ordumuzun ən müasir texnikaya malik olması, habelə, milli hərbi sənayemizin istehsalı olan yüksək keyfiyyətli silahlarla təchiz edilməsi bir daha geniş ictimaiyyətə nümayiş olunub. Halbuki eyni sözləri Ermənistanda keçirilən hərbi parad haqqında söyləmək mümkün deyil. Xatırladaq ki, həmin paradda iştirak edən hərbi texnikanın qoşqular vasitəsilə, yaxud yük maşınlarının üzərində hərəkətə gətirilməsi həmin texnikanın, ümumiyyətlə, istifadəyə yararlı olmasını şübhə altında qoymuşdu. Azərbaycanın keçirdiyi möhtəşəm paradlara “cavab” olaraq “əzələ” nümayiş etdirmək istəyən işğalçı Ermənistan, əslində, bununla öz gücsüzlüyünü göstərdi. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi və hərbi cəhətdən inkişafı Ermənistan siyasi dairələrində və ictimaiyyətində ciddi təşviş yaradır. Azərbaycan Silahlı Qüvvələri istər maddi-texniki, istərsə də mənəvi-psixoloji hazırlıq səviyyəsinə görə yüksək döyüş qabiliyyətinə malikdir. Bu isə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesində əsas şərtlərdən sayılır. O mənada ki, öz qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə mane olan Ermənistan problemin sülh yolu ilə həllinə imkan vermir. Bu isə, Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək üçün digər yollara əl atmaqdan başqa yol qoymur. Bu baxımdan, ölkəmizdə gedən ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad olunması üçün hər an başlaya biləcək müharibədə qalibiyyət əldə etmək istiqamətində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev sözügedən müşavirədə çıxışı zamanı ötən il hərbi sahəyə ayrılan hərbi büdcənin 3 milyard 413 milyon olmasına diqqət çəkərək, bu məbləğin işğalçı Ermənistanın ümumi büdcəsindən 2 dəfə çox olduğunu vurğulayıb. Həmçinin, Azərbaycanın artan hərbi qüdrətinin işğalçı Ermənistanda təlaş yaratdığını bildirib: “Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər”.
öz növbəsində ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə ordunun gücləndirilməsi istiqamətində aparılan islahatları və onların nəticələrini yüksək qiymətləndiriblər.
Politoloq Elman Nəsirov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran bir nömrəli problem torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasıdır: “Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin timsalında ifadə olundu ki, biz bütün imkan və potensialımızdan istifadə edirik ki, bu problemin həllinə nail ola bilək. Təbii ki, bu istiqamətdə iqtisadi potensialın artırılması nə qədər xüsusi önəm kəsb edirsə, hərbi potensialın artırılması və ordu quruculuğu işinin davam etdirilməsi də məhz bir o qədər əhəmiyyət kəsb edir. Məhz elə buna görə də, hərbi sahəyə ayrılan xərclərin həcmi mütəmadi surətdə artmaqdadır. Azərbaycanda dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən diqqət 2012-ci ilin ümumi büdcəsində hərbi sahəyə ayrılan vəsaitin həcmində də öz əksini tapıb. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini ötmüşdür”.
“Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Məhz buna görə də, dövlətin hərbi sahəyə, ordu quruculuğuna göstərdiyi diqqət qanunauyğundur. çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi aktual olsa da, İrəvan problemin həlli istiqamətində qeyri-konstruktiv mövqe sərgiləyir. Ermənistan danışıqlara sadəcə danışıqlar xatirinə gedir. ötən il baş tutmuş Kazan və Soçi danışıqları Ermənistanın məlum mövqeyini bir daha sərgilədi. Cari ildə baş tutmuş Soçi danışıqlarının fonunda Azərbaycan bir daha belə bir mövqe nümayiş etdirdi ki, rəsmi Bakı münaqişənin dinc yolla həllində maraqlıdır. Amma eyni zamanda, biz güclənirik, hərbi gücümüzü də artırırıq. çünki İrəvanın mövqeyində heç bir dəyişiklik yoxdur. Bu da torpaqlarımızın işğaldan azad olunması üçün son məqamda hərbi yola istinad olunmasını şərtləndirir. Əgər danışıqlar nəticə verməsə, məhz bu zaman Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi yola baş vuracaq”, - deyə politoloq qeyd edib.
Politoloq Elşad Mirbəşiroğlu isə deyib ki, hərbi təhlükəsizlik milli təhlükəsizlik sisteminin mühüm istiqamətlərindən biridir və bu istiqamətdə dövlət tərəfindən strateji səciyyəli əhəmiyyətli işlər görülməkdədir: “Müstəqillik dövründə hərbi sahədə-istər hərbi təhlükəsizliyin təmin olunması, istərsə də ordu quruculuğu istiqamətlərində fundamental islahatlar həyata keçirilib. İstər Ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu strategiyasının fonunda ordunun maddi-texniki təminatı yaxşılaşdırılıb, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, bu sahədə zəngin qanunvericilik bazası formalaşdırılıb, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlik əhəmiyyətli işlər görülüb. Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib”.
Politoloq qeyd edib ki, 2012-ci ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcminin 3 milyard 474 milyon dollar civarında olması bu sahəyə göstərilən yüksək diqqətin nümunəsidir: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən və sülh yolu ilə həllinə tərəfdardır. Amma İrəvan özünün təcavüzkar və qeyri-konstruktiv mövqeyində israrlıdır. Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin sülh yolu ilə həlli məsələsi dalana dirənib. Məhz buna görə də, danışıqların səmərə və ya nəticə verməyəcəyi təqdirdə Azərbaycan silahlı müdafiə metoduna istinad edəcək. Bu, ölkəmizin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş ali hüququdur. ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında əks olunub ki, ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər. Məhz torpaqlarımızın işğaldan azad olunması naminə hərbi sahəyə və ordu quruculuğuna göstərilən diqqət daha da artmaqdadır”.
E.Mirbəşiroğlunun sözlərinə görə, bu gün Ermənistan ordusu güclənən, müasirləşən Azərbaycan Silahlı Qüvvələri ilə heç bir parametr və kriteriya əsasında müqayisə oluna bilməz: “Dövlətin ali səviyyəli diqqətinin və xüsusi strategiyasının fonunda Azərbaycan ordusu mütəmadi olaraq öz gücünü artırır, daha da modernləşir. Dağınıq strukturu və pərakəndəliyi ilə Ermənistan ordusu bu ölkəni məhvə aparan vasitədir. Pərakəndəlik, komplektləşə bilməmək, fərarilik, intihar halları və s. işğalçı ölkə ordusunun qanunauyğun göstəriciləridir. 2012-ci ildə ölkəmizdə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi işğalçı Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Eyni zamanda, döyüş hazırlığı, ordunun maddi-texniki təminatı səviyyəsi, kadr resursları və digər parametrlər baxımından Azərbaycan işğalçı ölkəni dəfələrlə geridə qoyur”.
Hərbi-Analitik və Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədovun sözlərinə görə, bu gün dövlət tərəfindən ordu quruculuğu prosesinə çox ciddi diqqət yetirilməkdədir: “İstər orduda maddi-texniki təminatın yaxşılaşdırılması, istərsə də kadr potensialının formalaşdırılması baxımından mühüm işlər görülməkdədir. Eyni zamanda, hərbi büdcəyə ayrılan vəsaitin də həcmi əhəmiyyətli dərəcədə artıb. Bu isə ordu quruculuğu prosesini sürətləndirən mühüm faktordur. Tam əminliklə demək olar ki, bu gün Azərbaycanda ordu quruculuğu prosesi yeni keyfiyyətdə davam etdirilir”.
İ.Məmmədovun sözlərinə görə, ölkəmizdə hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb: “Eyni zamanda, hərbi qanunvericiliyin zənginləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülüb”.
“Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvələridir. Azərbaycan ordusu öz potensialına, kadr ehtiyatlarına görə Ermənistanı dəfələrlə üstələyir. ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən dəfələrlə çoxdur. Hərbi qüdrətini daim artıran Azərbaycanda müdafiə sənayesi sahəsində də əhəmiyyətli nəticələr əldə olunub. Olduqca qısa zaman kəsiyində yeni texniki vasitələrin alınması, müdafiə təyinatlı məhsulların sərgilərə çıxarılması, inkişaf etmiş ölkələrlə müqavilələrin bağlanması və digər göstəricilər bu sahədə sürətli irəliləyişi təmin edən təqdirəlayiq hallar kimi səciyyələndirilməlidir” - deyə, o vurğulayıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

