Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
08.02.2012 [21:23]
Səfir Raden Prayono Atiyanto fəxri qarovul dəstəsinin qarşısından keçib.
Raden Prayono Atiyanto etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərinə daim qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib. Azərbaycanın İndoneziyada bir neçə il bundan əvvəl səfirliyinin fəaliyyətə başladığını vurğulayan Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə səfirliyinin açılmasını əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı Azərbaycan ilə İndoneziya arasında əlaqələrin iqtisadi, investisiya qoyuluşu, birgə layihələr və ticarət sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Raden Prayono Atiyantonun İndoneziyanın ilk səfiri kimi Azərbaycanda diplomatik fəaliyyətə başlamasının önəmini qeyd edən Prezident İlham Əliyev ona uğurlar arzulayıb.
Səfir Raden Prayono Atiyanto İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu deyib. ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün İndoneziya Prezidentindən xüsusi tapşırıq aldığını deyib.
Dövlətimizin başçısı Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

