Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

08.02.2012 [21:24]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Altin Kodranın etimadnaməsini qəbul edib. Səfir Altin Kodra fəxri qarovul dəstəsinin qarşısından keçib. Altin Kodra etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və enerji sahələrində  inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə müxtəlif beynəlxalq forumlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdə diplomatik  fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və digər sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirən Altin Kodra bunun üçün səylərini əsirgəməyəcəyini deyib.
Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30