Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikası Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikası Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

06.03.2012 [00:20]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Münasibətlərimizin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan Respublikası Baş nazirinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikov əməkdaşlığımızı  genişləndirməyin önəmini vurğulayıb.
Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30