Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Xorvatiya arasında əlaqələr çox uğurla inkişaf edir

Azərbaycanla Xorvatiya arasında əlaqələr çox uğurla inkişaf edir

13.03.2012 [01:34]

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç ölkəmizə rəsmi səfərə gəlib
Dünən Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç ilə birgə görüşü olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin təkbətək görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacaqdır. Biz ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Bu, çox səmimi və açıq müzakirələr oldu. Əminəm ki, səfərinizin nəticələri çox uğurlu olacaq və əməkdaşlığımız genişlənərək bir çox sahələri əhatə edəcəkdir.
Bu gün müzakirə etdiyimiz kimi, aramızda çox fəal siyasi dialoq mövcuddur. Siyasi münasibətlərimizin səviyyəsi əladır. Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcəkdir. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcəkdir.
Əminəm ki, səfərinizin nəticələri uğurlu olacaq və ölkələrimiz  bir-birinə daha yaxın olacaqdır.
Dəvətimizi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə çox minnətdarıq. Bu haqda biz əvvəlki görüşlərimizin birində razılığa gəlmişdik. ümidvaram ki, Sizin maraqlı və məhsuldar səfəriniz olacaqdır.
ölkəmizə xoş gəlmisiniz”.
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Cənab Prezident, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdaram. Mən və nümayəndə heyətimiz burada olmağımızdan çox məmnunuq. Buna səbəb təkcə siyasi əməkdaşlıq deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olmasıdır. Bir sözlə, nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız vardır. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. ölkələrimizin kəşməkəşli tarixi olubdur. Tarixi baxımdan təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır. Bu gün biz üç saziş imzalayacağıq. Bu da vacibdir və iqtisadi əməkdaşlığımıza şərait yaradacaqdır. Qonaqpərvərliyinizə görə minnətdaram. Tam əminəm ki, nəinki bu görüş, o cümlədən bu gün keçirəcəyimiz digər görüşlər də səmərəli olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzalayıblar.
“Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və  Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Radimir çaçiç imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, ölkələr arasında əlaqələr çox uğurla inkişaf edir: “Bildirmək istəyirəm ki, mən artıq bu haqda Sizə öncədən məlumat verdim ki, məhz Sizin regionunuzda Xorvatiya birinci ölkədir ki, Azərbaycan öz səfirliyini açdı. Bu da onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yaxşı inkişaf edir. Şadam ki, münasibətlərimizin çox yaxşı dinamikası və potensialı mövcuddur. Siyasi münasibətlərimiz əladır. Biz beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq edirik. Azərbaycan NATO ilə həyata keçirilən proqramlarda fəal iştirak edir, Avropa İttifaqı ilə əməkdaşlıq edir. Mən Sizi Avropa İttifaqına üzvlük məsələniz münasibətilə təbrik etmək istərdim. Hesab edirəm ki, hətta Avropa İttifaqının üzvü olan Xorvatiya yenə də Azərbaycana, Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasında dəstəyini davam etdirəcəkdir”.
“Bizim çox geniş iqtisadi və siyasi əməkdaşlığımız mövcud olacaqdır” - deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bu, əsasən planlarımızın həyata keçirilməsindən sonra baş verə bilər: “Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında məlumat verdim. Artıq 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən 4 qətnaməni qəbul etmişdir. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz, həmçinin ATƏT-in Minsk qrupunda həmsədrlik edən ölkələrə bildirdik ki, bu status-kvo qəbul edilməzdir. Biz ümidvarıq ki, torpaqlarımızın işğalına son qoyulacaq və təcavüzkar məcbur ediləcək ki, bu işğala son qoysun”.
Prezident İvo Yosipoviçin söyləyib ki, ölkələr arasında olan siyasi münasibətlər əladır: “Yəni indi bizim qarşımızda duran vəzifə iqtisadi əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlıdır. Bu səbəbdən Azərbaycana belə bir mühüm nümayəndə heyəti ilə gəlmişik. Cənab çaçiç bizim hökumətin üzvüdür, Baş nazirin birinci müavinidir. O, iqtisadi məsələlərlə xüsusi olaraq məşğul olur. Həmçinin, çox məmnunam ki, bu gün biz sərmayədarlarımızın, bizim podratçıların, müəssisə rəhbərlərinin forumunda iştirak edəcəyik. O insanlar istəyirlər ki, əməkdaşlıq etsinlər və onların bəziləri artıq Azərbaycan hökuməti və Azərbaycan müəssisələri ilə əməkdaşlıq barədə danışıqlar aparırlar”.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
*  *  *
Dünən “Hilton Baku” otelində Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Dövlətimizin başçısı Xorvatiya Prezidenti İvo Yosipoviçi qarşılayıb. Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edərək deyib ki, bizim çox yaxşı sərmayə mühitimiz var: “Azərbaycan hələ Sovet İttifaqı vaxtlarında iqtisadiyyatını inkişaf etdirmiş, müstəqillikdən sonra məhz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci yeri tutmuşdur. Son bir il ərzində Azərbaycan 20 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmişdir. Onun 7 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə baxımından hələ də cəlbedici bir məkandır. Son illər ərzində əsas sərmayələr məhz neft və qaz sektoruna yatırılmışdır. Bütün bunlar maliyyə vəsaitlərini toplamaq imkanı yaratdı. İndi isə biz sərmayələri artıq qeyri-neft sektoruna qoymağı planlaşdırırıq. Bir sözlə, bizim bu şaxələndirmə işimiz Azərbaycanda davamlı inkişafın təmin edilməsinə yönəlibdir”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan neft və qaz hasil edən ölkə kimi, bu sahədə bir çox səylər göstərib və bu, bizə iqtisadiyyatımızı şaxələndirmək imkanı yaradıb: “Bir neçə il bundan öncə biz iqtisadi siyasətimizdə yeni bir istiqaməti - “qara qızıl”ın insan kapitalına çevrilməsi”ni özümüz üçün strategiya kimi seçdik və hazırda bu sahədə artıq uğurlar müşahidə olunur. İndi biz informasiya texnologiyaları sahəsinin inkişafı üçün sərmayələr qoyuruq. Biz kosmos sənayesi yaradırıq. ümid edirik ki, biz cari ilin sonuna qədər ilk telekommunikasiya peykimizi buraxacağıq. Biz, eyni zamanda, kənd təsərrüfatı sahəsinə sərmayələrin qoyulmasında maraqlıyıq. Bizim bunun üçün bütün iqlim şəraitimiz və münbit sərmayə mühitimiz vardır. Xarici və yerli sərmayələr qorunur ki, bu da sərmayədarları cəlb edir”.
ölkəmizə səfərindən məmnun qaldığını deyən Xorvatiya Prezidenti İvo Yosipoviç hazırda Azərbaycan ilə Xorvatiya arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirib. Bu münasibətlərin iqtisadi əməkdaşlığımıza da şamil olunmasının vacibliyini vurğulayan Xorvatiya Prezidenti məhz iqtisadi əlaqələrin güclənməsinin bütün sahələrdəki əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. ölkəmizə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair üç sazişin imzalandığını önə çəkən Prezident İvo Yosipoviç Xorvatiyanın Azərbaycan sərmayəsinə hər zaman açıq olduğunu bildirib.
Prezident İlham Əliyev biznes foruma yekun vuraraq deyib: “ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Mən artıq bu gün səhərki görüşümüz çərçivəsində bildirdim ki, biz ölkənizdə sərmayə imkanlarını nəzərdən keçirəcəyik. Qeyd etdiyiniz kimi, biz ümumi təşəbbüslərlə çıxış edəcəyik. Bizim məqsədimiz çox aydındır, şəffafdır. Bizim məqsədimiz nəinki biznes əlaqələri qurmaq, o cümlədən dostluğu da gücləndirməkdir. Bu, yalnız o vaxt edilir ki, biznes dairələri, həmçinin sosial məsuliyyəti də dərk edirlər. Bu, əslində bütün razılaşmaları qəbul edən ölkənin hakimiyyət orqanları ilə əldə olunduğu təqdirdə baş tutur. Təşkil edilmiş bu tədbirə görə çox sağ olun. Biznes dairələri əmin ola bilərlər ki, biz onları hər zaman dəstəkləyəcəyik”.
*  *  *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç dünən Heydər Əliyev Fondunda olublar. Xorvatiya dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident İvo Yosipoviç və xanımı Ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.
Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıblar.
Qonaqlara  Fondun xatirə hədiyyəsi təqdim olunub.
Sonda Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.
Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.
*  *  *
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti İvo Yosipoviç dünən Milli Məclisə gəlib. Prezident İvo Yosipoviç əvvəlcə Azərbaycan parlamentinin iclas zalı ilə tanış olub, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraiti, burada tətbiq edilən müasir texnologiya ilə maraqlanıb.  Ali qonaq parlamentdəki Heydər Əliyev xatirə zalına da baxıb.
Xorvatiya Prezidentinə Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilib.
Qonaq xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Xorvatiya Prezidenti İvo Yosipoviç Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb.
*  *  *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç  və xanımı Tatyana Yosipoviç dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Xorvatiya Prezidenti Ulu öndərin məzarı önünə əklil qoyub. Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və  xanımı Tatyana Yosipoviç Şəhidlər Xiyabanını da ziyarət ediblər.
*  *  *
ölkəmizə rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç dünən Azərbaycan Televiziyasına müsahibə verib.
Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30