/ / Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak edib
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak edib
23.04.2012 [11:00]
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə istifadəyə verilib. Beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi isə Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1999-cu ildə istismara buraxılıb. Son illərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilib, radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb. 2003-cü ildən isə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı istifadəyə verilib. Bundan sonra bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələ hava limanları işə salınıb. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib. Qarşıdakı iki ildə ən müasir təyyarələrin alınması nəzərdə tutulub.
Dövlətimizin başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendlərə baxıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işlərinə 2011-ci ilin aprelindən başlanılıb. İstifadəyə hazır olan yeni uçuş-enmə zolağı dünyanın ən ağır və müasir təyyarələrini qəbul edə biləcək.
Qeyd edilib ki, yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Ən müasir standartlara cavab verən perronun sahəsi 309 min kvadratmetrdir. Ərazini yağış və qrunt sularından mühafizə etmək üçün açıq yağış kanalı, drenaj və kollektor xətləri, o cümlədən təzyiqli su xətti və üç nasos stansiyası inşa olunub.
Prezident İlham Əliyev yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı açılış münasibətilə sifarişçi -”Azərbaycan Hava Yolları” QSC-nin və yenidənqurma işlərini həyata keçirən “Azvirt” MMC-nin kollektivlərini təbrik edib.
Azərbaycan Prezidenti yeni uçuş-enmə zolağı ilə tanış olub. Tanışlıq avtomobil ilə davam etdirilib.
Yeni uçuş-enmə zolağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə mövcud aerovağzal kompleksində aparılan yenidənqurma işlərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq mövcud aerovağzal kompleksinin fasadında əsaslı bərpa və yenidənqurma işləri görülüb. Başa çatmaq üzrə olan yenidənqurma nəticəsində aeroport binası daha da müasir görkəm alıb.
Diqqətə çatdırılıb ki, müvafiq marşrutlar üzrə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn təyyarələrdəki sərnişinlərin yüklərinin qəbulu bölməsində ən müasir avadanlıq quraşdırılıb. Mövcud aerovağzal kompleksinin gömrük sahəsində də əsaslı yenidənqurma işləri görülüb. Kompleksin döşəməsi və tavanı tamamilə yenilənib. Bütün işlərin yüksək zövq və ən son elmi-texniki yeniliklər əsasında aparıldığı kompleksdə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada xidmət sahələri genişləndirilib, texniki baxımdan müasirləşdirilib. İşıqlandırma sistemi də orijinallığı və müasirliyi ilə diqqəti cəlb edir. Viza və pasport qeydiyyatı şöbələri də müasir görkəm alıb.
Prezident İlham Əliyevə gömrük bəyannaməsinin elektron formatda doldurulması üçün yeni quraşdırılan avadanlığın üstünlükləri barədə məlumat verilib.
Bildirilib ki, gömrük sahəsində yüklərin qəbulu prosesi təkmilləşdirilib və ən müasir standartlara uyğunlaşdırılıb. Sərnişinlər gömrük sahəsindəki Azərbaycan və paytaxt Bakının xəritələri vasitəsilə respublikamızın turizm imkanları, mehmanxanalar, metro stansiyaları, ölkəmizdəki mövcud aeroportlar və onları maraqlandıran digər suallar barədə dolğun məlumat əldə edə biləcəklər. Kompleksdə yeni monitorlar quraşdırılıb, çıxışların sayı iki dəfə artırılıb. Gözləmə salonları əsaslı şəkildə genişləndirilib, sərnişinlərə təklif olunan xidmətlərin sayı artırılıb və keyfiyyəti daha da yaxşılaşdırılıb. ümumilikdə, mövcud aerovağzalın istər “Cənub”, istərsə də “Şimal” terminallarında hərtərəfli yenidənqurma işləri görülüb, sərnişin və yükdaşımalarla bağlı xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırılıb.
Daha sonra yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, inşaat işləri cədvəl üzrə aparılır və dünyadakı ən son yeniliklərə əsaslanır. İstər yeni layihəsinin orijinallığına, istərsə də ən son elmi-texniki yeniliklərə əsaslanmasına görə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada nadir hava limanlarından biri olacaq.
Bildirilib ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcək. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək və ildə 3 milyon sərnişinə xidmət göstəriləcək.
Prezident İlham Əliyevə məlumat verilib ki, yeni terminalın binasının tikintisi ilə yanaşı, ümumi sahəsi 63 min kvadratmetrə çatacaq vağzalətrafı meydan da tamamilə yenidən qurulacaq. Bundan başqa, uçuşları idarə edəcək yeni naviqasiya qülləsi, yanğından mühafizə binası, enerji mərkəzi və digər tikililərin inşası aparılır, yeraltı və yerüstü kommunikasiya xətləri yeniləşdirilir.
Yenidənqurma işləri ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23

