/ / Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib
25.04.2012 [00:20]
Dövlətimizin başçısına məlumat verilib ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılıb.
Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verilib. Bildirilib ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcək. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanıb. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaq.
Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzib. Bildirilib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə park ölkəmizin sənaye nəhənglərindən birinə çevrilməkdədir.
Dövlətimizin başçısı polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bildirilib ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılıb. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.
Qeyd edilib ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilib. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.
Diqqətə çatdırılıb ki, zavodda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılıb. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılıb. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcək. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaq. Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir.
Müəssisənin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Prezidenti STP-nin ağır maşınqayırma zavodunun açılışında da iştirak edib. Diqqətə çatdırılıb ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Zavodda 900 nəfər işlə təmin olunub.
Müəssisədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda, həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcək.
Qeyd edilib ki, zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.
* * *
STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında da iştirak edən Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və torna dəzgahları vasitəsilə müvafiq ölçülərə gətirilir. Xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalı sahəsində isə hidroturbin, alternativ enerji qurğularının hissələri yüksək dəqiqliklə və keyfiyyətlə istehsal olunur. Avadanlığın işlək detallarının dəqiq emalı sahəsində müxtəlif ölçülü valların, reduktor hissələrinin hazırlanması həyata keçirilir. Zavoddakı bütün “CNC” markalı torna və frez dəzgahları Yaponiya istehsalıdır. Bu avadanlıq əslində yüksək dəqiqliyə malik üç, dörd və beş oxlu emal mərkəzləridir. Mükəmməl kompyuter proqramları ilə təchiz olunmuş bu dəzgahlar eyni anda bir neçə əməliyyatı həyata keçirməyə imkan verir.
Bildirilib ki, zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi 58 dəzgah quraşdırılıb. Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Burada, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrin emalı, yığımı yerinə yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif ölçülü kalibrlər, matrisa və s. istehsal olunur. Müəssisədə, həmçinin STP-nin polimer məhsulları istehsalı və kabel zavodları üçün də müxtəlif ölçülü detallar hazırlanır. Zavod İsveçrə, İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Gələcəkdə fəaliyyətini genişləndirəcək bu müəssisənin işçiləri bir sıra ölkələrdə ixtisasartırma kurslarında iştirak edirlər. Daxili bazardakı tələbatı ödəyən zavod məhsullarını xarici ölkələrə də ixrac edəcək.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23

