Rusiya və Azərbaycan dostluq körpüləri salırlar
09.05.2012 [17:19]
Rusiyanın “İzvestiya” qəzetinin 2012-ci il 5 may tarixli nömrəsində jurnalist Natalya Tyukayevanın “Rusiya və Azərbaycan dostluq körpüləri salırlar. Heydər Əliyev Fondunun Həştərxan torpağında layihələri” sərlövhəli geniş məqaləsi dərc edilib. AzərTAc məqaləni təqdim edir. Yeni Rusiyanın beynəlxalq münasibətlərinin regionlar səviyyəsində dinamik irəliləyişi bu münasibətlərin inkişafının səciyyəvi cəhətidir. Müxtəlif - ticari-iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanması Rusiya ərazilərinin təcrübəsində möhkəm yer almışdır. Bu ərazilər öz geosiyasi mövqeyinə və tarixən yaranmış ənənələrə görə qonşu xarici ölkələrlə əlaqələrin təkmilləşdirilməsi üçün geniş imkanlara malikdir. Avropadan Asiyaya gedən yolda mühüm nəqliyyat marşrutlarının kəsişdiyi məkanda yerləşən Həştərxan vilayəti Xəzər hövzəsi ölkələri ilə qarşılıqlı faydalı əlaqələri fəal inkişaf etdirir. Bu regionda onun əsas tərəfdaşlarından biri də Azərbaycandır.
“Biznesə xeyir-dua”
Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında tərəfdaşlıq münasibətləri qədim ənənələrə malikdir. Son onilliklərdə qarşılıqlı fəaliyyətə dair onlarca saziş və protokol imzalanıb, bu isə əmtəə dövriyyəsinin artırılmasına və iki ölkənin biznes qurumlarının inteqrasiyasına yönəlmiş bir sıra müştərək layihələri həyata keçirməyə imkan verib. Həştərxanın hakimiyyət orqanları Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Bunu belə bir fakt da təsdiqləyir ki, vilayətin qubernatoru Aleksandr Jilkin 2005-ci ildə bu regionun rəhbəri seçiləndən dərhal sonra özünün ilk xarici səfərini məhz Bakıya etmişdi. Elə həmin vaxt o, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.
Xəzər dənizinin bioloji ehtiyatlarından birgə istifadə edilməsi və onların qorunub saxlanması, maliyyə-bank və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, təhsil və mədəniyyət sferalarında əlaqələrin inkişaf etdirilməsi - bunlar qonşuların nəzərdə tutduğu planların heç də tam olmayan siyahısıdır. İlk danışıqlar zamanı Həştərxan nəqliyyat qovşağının imkanlarından ölkələrimiz arasında yük dövriyyəsinin artırılması, Həştərxan vilayətinin gəmiqayırma tərsanələrində Azərbaycanın sifarişlərinin yerləşdirilməsi üçün istifadə edilməsi layihələrini müzakirə etmək mümkün olub.
Bu ideyalar münbit torpağa düşmüş toxum kimi səmərə verib: Bakı ilə Həştərxan arasında avtobus reysi açılıb, Həştərxan vasitəsilə Azərbaycandan Rusiya və Ukraynanın şəhərləri ilə dəmir yol əlaqəsi tənzimlənib, aviamarşrut bərpa olunub. Bakı ilə Rusiyanın Həştərxan yaxınlığındakı Olya limanı arasında bərə yolunun açılması layihəsi hərtərəfli işlənib hazırlanmaqdadır. Prezident İlham Əliyev ilə qubernator Aleksandr Jilkinin son görüşlərindən birinin yekunu kimi Azərbaycan və Həştərxan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında yeni saziş imzalanıb. Qeyd edilib ki, bu saziş hər iki tərəfin biznesinə bir növ “xeyir-dua” olmalıdır.
Rəsmi səviyyədə uğurlu əlaqələr həştərxanlı sahibkarların və onların Azərbaycandan olan tərəfdaşlarının ticari-iqtisadi əməkdaşlığını fəallaşdırmağa şərait yaradıb: keçən ilin yekunlarına görə əmtəə dövriyyəsi 1,8 dəfə artaraq 25,7 milyon dollara çatıb. Azərbaycan Respublikası Həştərxan müəssisə və firmalarının məhsullarının ixracı üzrə aparıcı kontragent ölkələr beşliyinə daxildir.
Həştərxanda Azərbaycan xalqının ümummilli liderinə abidə
Bu gün Azərbaycan hökumətinin maliyyə köməyi və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın cənubunda iri sosial layihələr həyata keçirilir. Bu işdə Bakı şəhərinin Nərimanov rayonu və ümumrusiya Azərbaycanlılar Konqresinin (üAK) Həştərxan şöbəsi çox fəal iştirak edir. Postsovet dövründə Həştərxanda ucaldılmış ilk abidələrdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əzəmətli tunc monumentidir. Həştərxanın mərkəzində Volqa körfəzinin yenilənmiş sahil küçəsindəki mənzərəli bağda ucaldılmış bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzi olmuşdur. Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev Həştərxan ilə Bakı arasında tarixən yaranmış dostluq münasibətlərinin səmərəli inkişaf etdirilməsi üçün çox iş görüb. Ərazilərimiz arasında tərəfdaşlıq əlaqələrinin bərpa edilməsinin təməlini məhz Heydər Əliyev qoyub.
Abidənin açılış mərasimi 2010-cu ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Dmitri Medvedevlə danışıqlar aparmaq üçün Həştərxana səfəri ilə bir vaxta düşüb. O vaxt şəhərin yüzlərlə sakini İlham Əliyevi sahil küçəsində, abidənin yanında qarşılamışdı. Atasına layiq oğul olan İlham Əliyev bütün Həştərxan sakinlərinə mehriban qonşuluq və səmimiyyət, bütün azərbaycanlılara əziz olan bir insanın abidəsi üçün gözəl yer ayrılmasına görə təşəkkürünü bildirib. Vilayətin rəhbəri Aleksandr Jilkin öz növbəsində deyib: “Əminəm ki, bu abidə respublikanın Prezidentinə və millətin liderinə dərin ehtiram əlaməti, Rusiya və Azərbaycan xalqlarının dostluğuna əyani sübut olacaqdır”.
Əlamətdar haldır ki, Azərbaycan tərəfi yaxınlıqdakı binaların fasadlarının yenilənməsi və bağın abadlaşdırılması işlərini də maliyyələşdirib. Bu gün həmin bağ şəhərimizin bəzəyi, həştərxanlıların sevimli istirahət yerlərindən biridir. Bağın milli koloritini birinci olaraq qiymətləndirən keçən ilin may ayında keçirilmiş “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda beynəlxalq forumun iştirakçıları olublar. Forum çərçivəsində Heydər Əliyevin adını daşıyan bağın təntənəli açılış mərasimi olub. Buraya birinci olaraq gələnlər şəbəkəli fənərlərlə işıqlandırılan, naxışlı skamyalar qoyulmuş yaşıl xiyabanı, plitələr döşənmiş cığırları, aşağıdan işıqlandırılan gözəl fəvvarəni heyranlıqla seyr ediblər. Bağın yaşıllaşdırılması üçün dünyanın bütün guşələrindən gətirilmiş iyirmiyə yaxın müxtəlif bitki növlərindən - mavi küknar, katalp və qara şam ağaclarından, ilin bütün fəsillərində göz oxşayan qızılgüllərdən istifadə edilib. İndi yeni evlənənlər buraya toy gəzintisinə gəlir, burada milli bayram şənlikləri, məktəblilərin buraxılış müsamirələri keçirilir. Bütün bunlar ona dəlalət edir ki, bu bağın açılması iki ölkə arasında münasibətlərin tarixində daha bir parlaq səhifə, Rusiya-Azərbaycan dostluğunun xoş bir əlaməti olub.
Dostluq körpüsü
Bu ilin iyun ayında Həştərxanda daha bir mühüm Rusiya-Azərbaycan layihəsi başa çatdırılacaq: Volqa körfəzi üzərindən salınacaq Dostluq Körpüsü Heydər Əliyev bağı ilə Birinci Pyotr meydanı memarlıq kompleksinin park zonasını birləşdirəcək. Nəticədə şəhərin mərkəzi hissəsindəki mənzərəli ərazi bütünlüklə gəzinti zonasına çevriləcək. Uzunluğu 50 metrdən çox, eni 6 metr olan piyada körpüsü rus və Azərbaycan milli naxışları ilə bəzədiləcək. Körpünün layihələndirilməsi və tikintisi ilə əlaqədar bütün xərcləri Azərbaycan hökuməti öz üzərinə götürüb. Körpü praktiki olaraq hazırdır, yalnız kommunikasiya xətlərinin qoşulması və ətraf ərazinin abadlaşdırılması qalır.
Ən yaxın planlar sırasında Azərbaycan xalqından həştərxanlılara yeni hədiyyə nəzərdə tutulur: Mələksima knyaz Vladimirin adını daşıyan məbədin yanında ona abidə ucaldılacaq. Heykəltəraşlar arasında müsabiqə keçirilmiş, abidənin maketi hazırlanıb. Tuncdan töküləcək abidənin hazırlanması üçün sifarişi yerinə yetirəcək firma artıq məlumdur.
Yenilənmiş məktəb
Keçən ilin payızında Həştərxandakı Bakinskaya küçəsində yerləşən 11 nömrəli məktəbin həyətində təntətənəli mərasimdə ilk zəng çalınıb. Şəhərin bu rayonunda yaşayan həştərxanlılar bu hadisəni təqribən yarım il idi ki, gözləyirdilər. Məktəbin açılış mərasimində şagirdlər və onların valideynləri ilə bərabər Azərbaycandan gəlmiş böyük nümayəndə heyəti də iştirak edirdi. Hələ 1937-ci ildə tikilmiş bu tədris müəssisəsinin yenidən qurulması işləri 2011-ci ilin may ayında başlanıb. Bu işlərin görülməsi ilə bağlı bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürüb. Binada əsaslı təmir aparılıb, kommunikasiya xətləri dəyişdirilib, bundan əlavə iki korpus tikilib. Həmin korpusların birində akt və idman zalları, digərində yeməkxana yerləşir. İndi Heydər Əliyevin adını daşıyan bu məktəb şəhərdə ən yaxşı məktəblərdən biridir. 19 millətdən olan uşaqların təhsil aldığı bu məktəbə Bakı şəhərinin Hərimanov rayonu hamilik edir. Hər il məktəbin 10 nəfər əlaçı şagirdinin hər biri respublikadan 15 min rubl, ən yaxşı 5 müəllimin hər biri 30 min rubl mükafat alacaq. Hər il yayda məktəbin 20 şagirdi və 20 pedaqoqu Azərbaycanda istirahət edəcək.
Əməkdaşlığın yeni üfüqləri
2010-cu ildə əhalinin siyahıyaalınması məlumatlarına görə Rusiyada təqribən 600 min azərbaycanlı yaşayır. Həştərxan icması ən çox saylı və sıx birləşmiş icmalardan biridir. Bu icmanın fəaliyyəti mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlib. öz növbəsində həştərxanlılar da icmanın nümayəndələrinin qonaqpərvər, xeyirxah və həssas insanlar olmasını yüksək qiymətləndirirlər. Azərbaycanlılar öz namuslu əməyi ilə vilayətin iqtisadiyyatının möhkəmlənməsinə, onun elminin və mədəniyyətinin inkişafına imkan daxilində töhfə verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üAK-ın Həştərxan bölməsinin ikitərəfli, xüsusən Bakı şəhərinin Nərimanov rayonu ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə işinin nəticələrini qiymətləndirərək xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə üAK-ın Həştərxan şöbəsinin sədri Ədalət Hüseynovu “Tərəqqi” medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Həştərxan ilə Bakı arasında təhsil sahəsində fəal əməkdaşlıq nizamlanır. Məsələn, hər iki şəhərin ali məktəbləri təhsil texnologiyalarını mübadilə edirlər. Həştərxanın ali məktəblərində Azərbaycandan xeyli tələbə təhsil alır. Respublika Təhsil Nazirliyinin dəstəyi ilə Həştərxan Dövlət Universitetində milli dilin öyrənilməsi üzrə fakültələr açılması planlaşdırılır.
Mədəniyyət sahəsində də sıx əlaqələr yaradılıb: bədii kollektivlər qarşılıqlı qastrol səfərləri edir, Azərbaycan ansamblları Həştərxanda ənənəvi beynəlmiləl Novruz və Sabantuy bayramlarında, vilayət festivalları və müsabiqələrində, Həştərxan vilayətinin Nərimanov rayonu günlərinin bayram edildiyi şənliklərdə iştirak edirlər.
Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Aleksandr Jilkinlə görüş zamanı bildirib ki, o, Heydər Əliyev Fondunun himayəsi ilə Həştərxan torpağında müştərək layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir. Bundan əlavə, tərəflər maliyyə-iqtisadi sahədə əlaqələri tənzimləmək niyyətindədirlər. Həştərxanda Azərbaycan Respublikasının konsulluğu açılacaq, bu isə qarşılıqlı faydalı iqtisadi əlaqələri daha da fəallaşdırmağa imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

