Yeni sənaye müəssisələrinin yaradılması ölkəmizin ixrac potensialını artıracaq
19.05.2012 [12:44]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi, Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Məlum olduğu kimi, Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün ölkədə aparılan sosial-iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru, yəni, kənd təsərrüfatı, istehsal sənayesi, turizm, xidmət, informasiya kommunikasiya texnologiyaları (İKT) sahələri sürətlə inkişaf edir.
ümumilikdə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. ümumi daxili məhsul (üDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə, sənayenin çəkisi də artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri sözügedən sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin edib. Qeyri-neft sektorunda məhsul istehsalı 2010-cu illə müqayisədə ötən il 11,1 fazi artıb. Emal sənayesində 7,1 faiz artım olub. Sənayə istehsalının üDM-də payı 58,2 faiz təşkil edib, faktiki qiymətlərlə 34,6 milyard manatlıq üDM istehsal olunub. Qeyd edək ki, 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının nəticələrinə görə, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul artımı 0,5 faiz qeydə alınıb. Qeyri-neft sektorunda ümumi daxili məhsul artımı isə 7,7 faiz təşkil edib. Eyni zamanda, ölkəmizdə qeyri-neft sənayesində 16,5 faiz artım müşahidə olunub.
Azərbaycanda aparılan sənayeləşmə siyasəti, sosial infranstrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin, bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilib, 100-dək sənaye müəssisəsinin tikintisi isə davam etdirilir. Əldə olunmuş nailiyyətlərdə dövlət proqramlarının, xüsusilə, Azərbaycanın strateji inkişafına təsir göstərən regional inkişaf proqramlarının böyük əhəmiyyəti var. İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib, hazırda isə, 200-dən çox müəssisə tikilməkdədir.
Aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilib. Hazırda, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən, Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodlarının, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də, müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Eyni zamanda, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Bu tip sənaye şəhərcikləri “Yoxsulluğun azaldılması və dayanıqlı inkişaf üzrə 2008-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən salınır. Belə sənaye obyektlərindən biri 2009-cu ilin sonundan Sumqayıtda fəaliyyət göstərir ki, burada hazırda 2000-dək işçi çalışır. 17 zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında (STP) respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Hazırda Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri aparılır.
Aprelin 16-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qeyd edib ki, bu il texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır: “İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir. Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq”.
ümumiyyətlə, ölkənin iri kimya və neft-kimya müəssisələrindən “Etilen-polietilen”, “Səthi aktiv maddələr”, “Sintezkauçuk” və “üzvi sintez” zavodları, “Sumqayıt Superfosfat” ASC, “Azərbaycan məişət malları” ASC və “Sumqayıt aşqarlar” ASC Sumqayıt şəhərində yerləşir və fəaliyyət göstərir. Şəhər üzrə istehsal olunan sənaye məhsulunun 60 faizindən çoxu kimya və neft-kimya sənayesi müəssisələrinin payına düşür.
Cari il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Gəncə alüminium zavodunun qeyri-neft sektoruna qoyulan böyük sərmayə olduğunu bildirib. Qeyd edək ki, zavodun işinin birinci fazasında 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaq. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaq və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına bu həcmi 200 min tonadək artırılacaq. Burada istehsal olunan məhsulların isə xarici və daxili tələbatı ödəyəcəyi nəzərdə tutulub. Bununla yanaşı, ölkədə metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər aparılır. Gəncədə həm də regional inkişaf üçün böyük əhəmiyyəti olacaq poladəritmə kompleksinin tikintisi də uğurla gedir.
Bundan əlavə, 2012-ci ilin aprelin 24-də dövlət başçısının iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan Azgüntex zavodunun açılışı olub. Sözügedən zavodda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti isə artıq istifadəyə tam hazırdır. Müəssisədə gələcəkdə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən günəş panelləri beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min Günəş paneli istehsal olunacaq. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulub. Hazırda, avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 milyon LED çipi və 12 milyon LED lampası hazırlanacaq.
ümumilikdə, parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaq. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsi, həm də onların tətbiqinin xeyli asanlaşması deməkdir.
Beləliklə, ölkəmizdə sənaye müəssisələrinin yaradılması respublikada qeyri-neft sektorunun inkişafına, eləcə də, Azərbaycanda uzunmüddətli məhsul istehsalına və xarici ölkələrə yeni ixrac potensialının artırılmasına təkan verəcək.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

