London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq
04.07.2012 [23:20]
Bir müddət sonra Londonda dünyanın ən böyük idman yarışı olan Yay Olimpiya Oyunları start götürəcək. Bu möhtəşəm idman bayramında ölkəmizi 53 idmançı təmsil edəcək. Qeyd edək ki, Olimpiadaya vəsiqə qazanan idmançılarımız təmsil olunduqları idman növündə ən güclülərdən sayılırlar. Ona görə də, Azərbaycan idmançılarının London Olimpiadasında böyük uğurlara imza atacaqları gözlənilir. Doğrudur, Olimpiadının əsas devizi orada iştirakdır. Amma bütün dünyanın böyük maraqla izləyəcəyi idman bayramında qələbə qazanaraq ölkənin bayrağını ucaltmaq, dövlət himnini səsləndirmək böyük şərəf və qürur verən bir hadisədir.
Azərbaycan dünya olimpiya hərəkatının ən fəal və lider üzvlərindən biridir
Yeri gəlmişkən, əksər beynəlxalq eskpertlər tərəfindən Azərbaycan idmançılarının favorit göstərilməsinin arxasında məhz həyata keçirilən böyükmiqyaslı iş dayanır. Məsələ ondadır ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Məhz bu kontekstdə Olimpiya hərəkatı geniş vüsət alıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Xüsusilə, dövlət başçısı İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi idman sahəsinə göstərdiyi özəl diqqət Azərbaycanı dünya Olimpiya hərəkatının ən fəal və lider üzvlərindən birinə çevirib. Yeri gəlmişkən, qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi beynəlxalq konqreslərdə dəfələrlə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər analoji qurumlar üçün nümunə göstərib. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında idmanın inkişaf etdirilməsini, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafı fonunda dəyərləndirmək lazımdır. çünki ölkə iqtisadi cəhətdən inkişaf etməsə, ayrıca hansısa bir sahənin, o cümlədən, idmanın inkişafından danışmaq mümkün deyil. Ona görə də, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Yuxarıda da qeyd etdiyimiz kimi, bu inkişafdan idmana da pay düşüb.
İdmanın inkişafı dövlət siyasətidir
Dövlət başçısının Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində vurğuladığı kimi, ölkəmizdə idmanın inkişafı dövlət siyasətidir: “Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir”.
2012-ci ilin altı ayı ərzində ölkəmiz artıq 28 beynəlxalq yarışa ev sahibliyi edib
Bu, bir həqiqətdir ki, idmanın kütləviliyini təmin etməklə, həm də ölkədə sağlam nəsil formalaşdırılır. Bunun üçün isə mütləq müasir maddi-texniki bazanın olması şərtdir. Bu gün ölkəmizdə idman sahəsində əldə edilən uğurların arxasında dayanan amillərdən biri də dövlət başçısının təşəbbüsü və xüsusi nəzarəti altında Azərbaycanda yaradılan müasir idman obyektləridir. Bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, ölkəmizdə hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Xatırladaq ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilib. Cari ilin altı ayı ərzində isə ölkəmiz artıq 28 beynəlxalq yarışa ev sahibliyi edib. Artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir. Bu sıradan Naxçıvan Muxtar Respublikasında keçirilən şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da region ölkələri arasında idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır. Bütün bunlar ölkədə müasir idman infrastrukturunun yaradılması sayəsində mümkün olub. Belə ki, idmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilib, 8 mərkəzdə isə tikinti davam edir. Bu sahədə dövlət başçısını qarşıya qoyduğu əsas hədəf hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksinin olmasıdır ki, Azərbaycan bu hədəfə addım-addım yaxınlaşmaqla yanaşı, artıq bu siyasətin ilk meyvələrini toplamaqdadır.
Yeni gənc idmançı nəsli yetişib
Məsələ ondadır ki, Londonda ölkəmizi təmsil edəcək idmançılarımızın bir çoxu yeni inşa edilən Olimpiya komplekslərində yetişən gənclərdir. Prezident həmin toplantıda sözügedən məqama toxunaraq bildirib ki, aparılan bu siyasət idmanın ardıcıllıqla inkişaf etdiyini göstərir: “Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində başlamışlar. Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar”.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət gənc nəslin idmana marağını hədsiz artırıb. Beynəlxalq yarışlarda gənclərin əldə etdiyi qələbələr bu maraqla bağlıdır. Bu isə onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir və gənclər idmana böyük maraq göstərirlər. Dövlət başçısı bu sahədə siyasəti elə qurub ki, bundan sonra da ölkəmizdə bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişəcək.
Mükəmməl idarəçilik sistemi və uğurlu statistika
Azərbaycanda idmanın inkişafını, Olimpiya hərəkatının geniş vüsət almasını təmin edən amillərdən biri də dövlət başçısı İlham Əliyev tərəfindən bu sahədə mükəmməl idarəçilik sisteminin yaradılmasıdır. Əslində, sözügedən sahədəki ziddiyyətlər içində boğulan dövlətlərin təcrübəsi hamımıza bəllidir. Həmin dövlətlərdən fərqli olaraq isə Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərirlər. Məhz bu idarəçilik sistemi, düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət həm Azərbaycanın, həm də idmanımızın inkişafını təmin edib.
Beləliklə, inkişaf edən Azərbaycanın 53 idmançısı planetin bir nömrəli idman yarışına yola salınıb. ölkəmiz həmin idmançılardan böyük uğurlar, qələbələr, üçrəngli bayrağımızın Londonda dalğalandırılmasını gözləyir. Statistik göstəricilər də qələbəmizin sayının çox olacağını göstərir. Belə ki, müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Bundan başqa, Atlanta Olimpiadası ərəfəsində idmançılarımız 71, Sidney Olimpiadası ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262, Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım dinamikasına əsasən Londonda qazanacağımız medalların sayı daha çox olacaq. Pekin Olimpiadasında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaq. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz yarışların idarəçiliyinə cəlb olunacaq. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaq. Prezident İlham Əliyev məhz bu dinamikanı nəzərə alaraq idmançılarımızın Londonda daha çox medal qazanacağını bildirib: “Bu rəqəmlər bizi bir məntiqi nəticəyə gətirib çıxarır ki, London Yay Olimpiya Oyunlarında da idmançılarımızdan daha da gözəl nəticə və daha çox medal gözləyirik. Ancaq idmanda hər şey ola bilər, qələbə də, məğlubiyyət də. Ancaq mən əminəm və inanıram ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik”.
Bütün Azərbaycan xalqı Londonda idmançılarımızın mübarizəsini və qazanacaqları parlaq qələbələri səbrsizliklə gözləyir. Dövlət başçısının qeyd etdiyi kimi, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

