Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Sabahın Olimpiya çempionları

Sabahın Olimpiya çempionları

28.08.2012 [13:01]

Yeniyetmələr arasında Dünya çempionatı gələcəkdə ölkəmizi daha böyük arenalarda uğurla təmsil edəcək gənc və istedadlı güləşçiləri üzə çıxardı
ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən siyasətin nəticəsi olaraq qarşıya qoyulan hədəflərin miqyası bir qədər də genişlənib. Əgər bir müddət əvvəl əsas məqsəd idmanı dirçəltmək, bu sahəyə daha çox insanı cəlb etmək və infrastruktur yaratmaq idisə, artıq bu gün məqsədimiz dünyanın ən böyük idman yarışı olan Olimpiya Oyunlarını qəbul etməkdir. ölkə daxilində idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Yəni, bu gün idman sahəsində böyük yeniyetmə və gənclər ordusu cəmləşib ki, bu dövlətin həyata keçirdiyi idman siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur. Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini də hədəfləyib. Bu məqsədə çatmaq üçün görülən işlər bəhrəsini verməkdədir. Belə ki, dövlət başçısının həyata keçirdiyi siyasətin nəticəsi olaraq bu gün demək olar ki, əksər bölgələrimizdə müasir tipli Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Dövlət başçısı bu məsələni belə dəyərləndirib: “Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya İdman Mərkəzi, idman meydançaları tikilmişdir. ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik”.
Bu gün ölkəmizin hər bir bölgəsi idman və digər infrastrukturla təmin olunub. Kompleks şəkildə həyata keçirilən və bir-biri ilə sıx bağlı olan işlər bütövlükdə ölkəmizin inkişafını təmin edib. Bütün bölgələrimizdə beynəlxalq idman yarışını keçirmək üçün lazım olan müasir idman arenası, hotel, yol-nəqliyyat infrastrukturu yaradılıb. Dövlət başçısının bilavasitə təşəbbüsü ilə yeni-yeni idman arenaları, təlim-məşq toplanışlarının keçirilməsi üçün bazalar, Olimpiya İdman kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. İdmançının yetişməsi, beynəlxalq arenaya çıxaraq ölkəmizi layiqincə təmsil etməsi üçün idman bazasının olması əsas şərtdir ki, Azərbaycan bu sahədə dünyanın bir çox ölkəsinə örnək ola biləcək işlər həyata keçirir.
Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasətin məntiqi nəticəsini bu gün idmançılarımızın dünya miqyaslı yarışlarda əldə etdikləri möhtəşəm qələbələrdə, Bakının ev sahibliyi etdiyi turnirlərdə görürük. Azərbaycan idmançıları dünya arenalarında uğur qazanıb ölkəmizin adını ucaltdıqları kimi, paytaxt Bakımız da Avropanın idman mərkəzi statusunu dünyanın idman mərkəzlərindən biri statusuna dəyişməyə başlayıb. Beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb. ölkəmizdəki geniş iqtisadi inkişaf və sabitlik amili Bakının idman sahəsindəki uğurlarında mühüm rol oynayır.
ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlət başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir. Dövlət başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən idman siyasətinin məntiqi nəticəsini biz bir daha London Yay Olimpiya Oyunlarında gördük. 53 idmançımızın qatıldığı planetin bir nömrəli idman bayramı Azərbaycan üçün böyük zəfərlə başa çatdı. İkisi qızıl olmaqla qazanılan 10 medal Azərbaycanın idman ölkəsi imicini daha da möhkəmləndirməklə yanaşı, dövlətimizin nüfuzunu bir qədər də artırdı. London Olimpiadasını analiz edəndə qazanılan qələbənin dövlət siyasəti ilə nə dərəcədə bağlı olduğu və dövlətin bu sahədə həyata keçirdiyi siyasətin doğru olduğu bir daha ortaya çıxır. ölkəmizdə inşa edilən müasir Olimpiya İdman Kompleksində məşq edərək idmançı kimi yetişən Toğrul Əsgərov qızıl medal qazanmaqla dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasətin doğru yolda olduğunu sübut etdi. Toğrul qazandığı qızılla sübut etdi ki, Azərbaycanda böyük idmançı nəsli yetişir və bu yeni nəsil gələcəkdə Azərbaycanın adını dünyanın beynəlxalq arenalarında uğurla təmsil edəcəklər. Yeni idmançı nəslini biz Olimpiadadan dərhal sonra Bakıda keçirilən yeniyetmə güləşçilər arasında Dünya çempionatında gördük. Azərbaycan London Olimpiadasında 7 medal qazandığı güləş növündə böyük potensiala və yeni idmançı nəslinə malikdir. Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən yeniyetmələr arasında güləş üzrə Dünya çempionatı neçə-neçə yeniyetmə və böyük gələcək vəd edən idmançıları üzə çıxardı. Həmin idmançılar müstəqil Azərbaycan dövlətində doğulmuş, ölkəmizdə son illər inşa edilən Olimpiya İdman komplekslərində məşq edərək bu gün dünya çempionu olan güləşçilərdir. Hansı ki, sabahın olimpiya çempionları olacaq həmin yeniyetmə güləşçilərimiz indidən dünyada bir nömrə olduqlarını qazandıqları qələbə və dünya çempionu adıyla sübut etdilər.
Bir daha diqqətə çatdıraq ki, yeniyetmə güləşçilərin dünya birinciliyində yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Yarışların sonuncu günündə çempionatda 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıb. Həmin gün Azərbaycan idmançıları yarışlarda dörd qızıl medal qazanıblar. Mikayıl Rəhmanov (46 kq), Kərim Cəfərov (54 kq), Ruhin Mikayılov (63 kq) və İslam Abbasov (76 kq) dünya çempionu adına layiq görülüblər. Bir gün əvvəl isə Elnur Həsənovla (50 kq) Murad Məmmədov (58 kq) qızıl medala sahib olublar. 100 kiloqram çəki dərəcəsində qızıl medalı Türkiyə güləşçisi Əmrə Səlahəddin Muyan qazanıb. ümumi komanda hesabında 84 xal (6 qızıl, 1 gümüş və 1 bürünc medal) toplamış Azərbaycan yığması birinci yeri tutub. Sonrakı yerləri Gürcüstan (62 xal) və Rusiya (61xal) komandaları tutublar.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən əvvəl döşək üzərinə sərbəst və qadın güləşçilərimiz çıxıb. Sərbəst güləşçilərimiz 8 medal qazanmaqla komanda hesabında ikinci nəticə göstərmişdi. 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız ümumilikdə 74 xal toplayaraq Rusiyadan sonra ikinci pillənin sahibi olmuşdu. Sərbəst güləşçilərimizdən Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) qızıl, Ruslan Surxayev (50 kq), çermen Baqayev (85 kq) və Səid Həmidov (100 kq) gümüş, Məhəmmədhüseyn Həsənov (54 kq), Şamil Sadullayev (69 kq) və Məhəmmədhacı Muxutov (76 kq) bürünc medal qazanıblar. Yeniyetmələrin Dünya çempionatında qızların yarışları da komandamız üçün uğurlu olub. Yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla 57 xalla komanda hesabında 4-cü olub. Komandamıza qızıl medalı Səbirə Əliyeva (70 kq) qazandırıb. Gümüş medal Türkan Nəsirovanın (43 kq), bürünc medal isə Raqnetta Qurbanzadənin (65 kq) aktivinə yazılıb.
Anar Miriyev
Paylaş:
Baxılıb: 1326 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30