Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Neftçi” üçün tarixi oyun

“Neftçi” üçün tarixi oyun

04.10.2012 [02:24]

Aropa Liqasında mübarizə aparan “Neftçi” bu gün ikinci görüşünə çıxacaq. İlk turda Belqradda “Partizan”la qolsuz bərabərliyə qalan “ağ-qaralar” bu dəfə evdə oynasa da, daha ciddi sınaq qarşısındadır. Çünki rəqib 2 il öncə Çempionlar Liqasının qalibi olan məşhur İtaliya “İnter”idir. İndiyədək avrokuboklarda “Böyük beşlik” təmsilçilərindən bizə hazırda Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan “Monpelye” (Fransa) və “Borussiya” (Dortmund) rəqib olub. Sözsüz ki, Milan klubu “Qarabağ”la qarşılaşmış bu komandalarla müqayisədə daha məşhurdur. Ölkəmiz ilk dəfə belə güclü klubu qonaq edəcək. 36 yaşlı Andrea Stramaççoninin çalışdırdığı komanda son 2 turda qazandığı qələbələrlə öz sözünü deyib. İndi “İnter”i növbəti turda - oktyabrın 7-də “Milan”la derbi matç gözləyir. Bunadək ölkəmizə səfər etməli olan komanda həmşəhərliləri ilə prinsipial oyun üçün bir sıra əsas futbolçular qorumaq fikrindədir. İstənilən halda, bu, “Neftçi” üçün tarixi oyun, tarixi şansdır. Yəni, belə rəqiblə oyunda uğurlu nəticə tarixə düşəcək və çempionumuz qrup mərhələsində çıxışı ilə diqqəti yenidən özünə cəlb edəcək. Yer aldığımız H qrupunda vəziyyət elədir ki, ilk turdakı oyunlar heç-heçə nəticələndiyindən, bütün komandalar 1 xala malikdir. “İnter”in Avroliqadan daha çox A seriyasını düşünməyi isə “ağ-qaralar”ın rəqibini cəzalandırmasına imkan verə bilər. Qeyd edək ki, bu gün saat 21:00-da başlayacaq “Neftçi” - “İnter” oyununu Bernie Raymond Blomun başçılıq etdiyi hollandiyalı hakimlər idarə edəcək.
Paylaş:
Baxılıb: 1413 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30