Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

16.11.2024 [11:28]

Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının vaxtı açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarış noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edəcəyi ölkə çempionatında müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Cüdo azarkeşləri yarış günlərində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) ilə görüşmək imkanı əldə edəcəklər. Arenaya giriş sərbəst olacaq.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30