Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / AFFA İntizam Komitəsi dörd klubu cərimələyib

AFFA İntizam Komitəsi dörd klubu cərimələyib

30.04.2025 [12:54]

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” – “Zirə” oyununda nominal meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan”la matçda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib.

“Sabah” – “Qarabağ” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat ziyana düşüb. Ağdam təmsilçisi isə azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat cərimə ödəyəcək.

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30