Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunun ilk günündə 4 medal qazanıblar

Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunun ilk günündə 4 medal qazanıblar

03.08.2025 [20:30]

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60 kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

Paylaş:
Baxılıb: 401 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31