/ / “Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton üzrə Nərimanov rayon birinciliyinə yekun vurulub
“Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton üzrə Nərimanov rayon birinciliyinə yekun vurulub
09.12.2015 [09:47]
Beynəlxalq Olimpiya Komitəsinin, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, Təhsil nazirliklərinin birgə həyata keçirdiyi “Olimpiya hərəkatı” proqramı çərçivəsində dekabrın 8-də badminton üzrə Nərimanov rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, “ABU Arena”da keçirilən yarışda rayonun 22 məktəbindən 100-dən artıq qız və oğlan şəxsi və qarışıq-qoşa formatda güclərini sınayıblar.
Əvvəlcə iştirakçıların paradı olub və dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən MOK-un Marketinq departamentinin rəhbəri Mehman Kərimov layihənin Bakının 350-dək orta məktəbini əhatə etdiyini vurğulayıb. Qeyd olunub ki, layihə çərçivəsində idmanın dörd növü - atletika, badminton, basketbol 3x3 və velosiped üzrə yarışlar keçirilir. Bu yarışlardan bəziləri uğurla başa çatıb. Layihənin məqsədi yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və onların fəal fiziki hazırlığa cəlb olunmasından ibarətdir.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əlşad Nəsibov layihənin əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.
Olimpiya sistemi üzrə keçirilən yarışda 212 nömrəli orta məktəbin komandası birinci yeri tutub. Birincilikdə 258 nömrəli məktəb ikinci, 45 nömrəli məktəbin komandası isə üçüncü olub.
Qeyd edək ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edəcək. Proqram gələn ilin əvvəlində “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

