/ / Birinci xanım Mehriban Əliyeva dördüncü dəfə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Birinci xanım Mehriban Əliyeva dördüncü dəfə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25.12.2015 [09:50]
Dekabrın 24-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki xarakterli altıncı ümumi yığıncağı keçirilib. Birinci xanım Mehriban Əliyeva dördüncü dəfə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra gimnastika ailəsinin hesabat dövründə dünyasını dəyişən üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mandat komissiyası Federasiya üzvlərinin 93 faizinin yığıncaqda iştirakını təsdiq etdikdən sonra AGF-in vitse-prezidenti Altay Həsənov ötən beş ildə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Altay Həsənov bildirib ki, 2002-ci ildə Mehriban Əliyevanın Federasiyanın prezidenti seçilməsindən sonra Azərbaycanda gimnastikanın təbliği, kütləviləşdirilməsi və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Hazırda Azərbaycanda gimnastikanın yeddi növü üzrə idmançılar yetişirlər və onlar beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Bu ilin gimnastlarımız üçün uğurlu olduğunu vurğulayan Altay Həsənov birinci Avropa Oyunlarında idmanın bu növü üzrə 7 medal qazanıldığını xatırladıb. Vitse-prezident Oleq Stepkonun beş medalla Azərbaycan gimnastikası tarixində yeni rekord müəyyənləşdirdiyini vurğulayıb. Qeyd olunub ki, Oleq Stepko və Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına artıq lisenziyalar qazanıblar. Azərbaycan ilk dəfə olaraq Olimpiya Oyunlarında ən az iki gimnast ilə təmsil ediləcək.
Federasiya rəsmisi hesabat dövründə istifadəyə verilən Milli Gimnastika Arenasında bir çox ölkənin gimnastlarının da təlim-məşq toplanışı keçirdiklərini diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq idman qurumlarında da yüksək səviyyədə təmsil olunduğunu söyləyən A.Həsənov AGF-in baş katibi Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasının vitse-prezidenti seçildiyini xatırladıb.
Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət və qayğı göstərildiyini deyən A.Həsənov bildirib ki, Bakı ilə yanaşı, on bölgədə gimnastika bölmələri fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Azərbaycanda gimnastikanın müxtəlif növləri üzrə dünya kuboku uğrunda üç turnir, 2018-ci ildə batut gimnastikası üzrə Avropa birinciliyi, bir il sonra isə bədii gimnastika üzrə dünya çempionatı təşkil olunacaq.
Sonra Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə seçkilər keçirilib.
Səsvermənin yekunlarına əsasən, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yekdilliklə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Federasiyanın vitse-prezidenti vəzifəsinə yenidən Altay Həsənov, İcraiyyə Komitəsinin üzvlüyünə isə Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman Arenasının direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva seçiliblər.
Yığıncaqda, həmçinin son illərdə ölkəmizdə gimnastikanın inkişafındakı xidmətlərinə görə idmançı, məşqçi və mütəxəssislərin bir qrupuna AGF-in təsis etdiyi xatirə medalları təqdim olunub. AGF-in İcraiyyə Komitəsinin sabiq üzvü Arif Qafarov qızıl, idman gimnastı Oleq Stepko və onun şəxsi məşqçisi Pavel Netreba gümüş medallarla təltif ediliblər. Bürünc medallara isə Mariana Vasilyeva, Marina Durunda, Anastasiya Prosolova, İlya Qrişunin, Petro Paxnyuk, Eldar Səfərov, Vladimir Şulenin, qrup hərəkətləri komandası və digərləri layiq görülüblər.
Hesabat-seçki yığıncağı başa çatdıqdan sonra Mili Gimnastika Arenasının əsas zalında gimnastlarımızın iştirakı ilə “Yeni il gecəsində yuxu” adlı qala-konsert keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

