Azərbaycanda gənclər və idman sahələrində qazanılan nailiyyətlər yüksək qiymətləndirilib
04.06.2016 [09:26]
İyunun 3-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolson və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti, professor Kristof Breuer ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Baronessa Nikolson ilə görüşdə nazir Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, Gənclər evləri, eyni zamanda, qeyri-hökumət gənclər təşkilatları barədə ətraflı məlumat verib. Respublikamızda hər iki sahə üzrə həyata keçirilən yerli və beynəlxalq layihələr, Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” Avropa Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası və digər yarışlardan bəhs edən A.Rəhimov birinci Avropa Oyunları zamanı Azərbaycan mütəxəssislərinin ingilis həmkarları ilə sıx əməkdaşlığından, bu ölkədən olan atletlərin “Bakı-2015”də yüksək nəticələr qazanmasından söz açıb.
Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” layihəsinin Böyük Britaniyada da reallaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb. A.Rəhimov ümumilikdə gənclərin müxtəlif sahələrdə əməkdaşlığından, bununla yanaşı, idmançıların qarşılıqlı təlim-məşq toplanışlarına qatılması imkanlarından danışıb, bütün bunların yüksək nəticələr verə biləcəyini qeyd edib.
Baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını söyləyib. O, xüsusilə Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə həyata keçirdiyi layihələri, onların “Formula-1” Avropa Qran-prisinə cəlb olunmalarını yüksək qiymətləndirib. Qonaq bu sahədə də hərtərəfli əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Köln Almaniya İdman Universitetinin vitse-prezidenti, professor Kristof Breuer ilə görüşdə isə nazir Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər olunduğunu qeyd edib. Nazir akademiyanın tədris proqramında yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln İdman Universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini söyləyərək deyib: “Biz idmanın istər tibb, istərsə də digər sahələrində sözün əsl mənasında, peşəkarların yetişməsini istəyirik. Təcrübə öz yerində, lakin elmi biliklərə əsaslanan hər bir sahədə inkişaf köklü şəkildə gedə bilər”.
Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Akademiyada yeni islahatların aparıldığını, fakültələrin sayında və əhatə dairəsində dəyişikliklərin edildiyini müsbət qiymətləndirib. Qonaq qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

