Bakıda “Olimpiya tarixi, idman siyasəti” kitabının təqdimatı olub
22.12.2016 [09:54]
Dekabrın 21-də Bakıda “Olimpiya tarixi, idman siyasəti” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu kitab üç dildə nəfis şəkildə çapdan çıxıb.
Təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Kitabda Olimpiya Oyunlarının yaranması, Olimpiya hərəkatının inkişafı, onun xalqlar arasında əlaqələrin möhkəmlənməsində rolu, Olimpiya dəyərləri, Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumat toplanıb. Müəllif qədim dövrdə Olimpiya hərəkatını, eləcə də onun tənəzzülü ilə yanaşı, Olimpiya Oyunlarını bərpa edən Pyer de Kubertenin bu sahədə fədakar əməyini geniş şəkildə oxucuların diqqətinə çatdırıb. Bu gün Olimpiya Oyunlarının keçirilməsi hər bir ölkə üçün böyük bayrama çevrilir. Bu mötəbər yarışda idmançılar öz gücünü, iradəsini, Vətənə olan sevgisini nümayiş etdirmək şansı qazanırlar. Kitabda idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları qələbələrə, Azərbaycan idmanının uğurlarına geniş yer verilib”.
Nazir bildirib ki, Xəzər İsayev idman nəzəriyyəçisi, vətənpərvər ziyalı kimi Olimpiya hərəkatı ilə yanaşı, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu sahəyə dövlət qayğısını xüsusi qeyd edib. Nəşrdə idmanın maddi-texniki bazasının yenidən qurulması, müasir standartlara cavab verən Olimpiya İdman komplekslərinin tikintisi, həmin arenaların açılış mərasimlərində Ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin iştirakı barədə də geniş məlumat əksini tapıb. A.Rəhimov vurğulayıb ki, “Olimpiya tarixi, idman siyasəti” kitabı idmansevərlər və tələbələr üçün maraqlı, zəngin məlumatların toplandığı qiymətli vəsaitdir.
Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərin nəşrdə geniş təqdim olunmasını xüsusi vurğulayıb. Qeyd edib ki, kitabda ölkəmizdə inkişafda olan Olimpiya hərəkatı haqqında ətraflı məlumat verilib. Ölkə idmanına göstərilən dövlət qayğısı, idman infrastrukturunun yaradılmasına və yenidən qurulmasına kitabda geniş yer verilib. Bu inkişafın nəticəsidir ki, Azərbaycan millisi XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanıb.
Vitse-prezident deyib ki, kitabda mötəbər idman yarışlarını əks etdirən fotoşəkillər oxucuda böyük təəssürat yaradır. İdmanın geniş coğrafiyanı əhatə etməsi, müxtəlif xalqları mənəvi birliyə dəvət etməsi onun beynəlmiləlçiliyini, sülhməramlı olduğunu bir daha sübut edir. İdmanda Olimpiya çempionu adından daha yüksək fəxri ad yoxdur.
Kitabda Olimpiya hərəkatının mükəmməllik və dostluq carçısı kimi təqdim olunduğunu diqqətə çatdıran Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin bəhrələrindən danışıb. Rektor bildirib ki, bu uğurlu siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bakıda və regionlarda Olimpiya İdman kompleksləri istifadəyə verilib. Mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan ötən il birinci Avropa Oyunlarını peşəkarlıqla təşkil edərək dünyanın diqqətini özünə cəlb etdi.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Adil Əliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin şöbə müdiri Fərid Mansurov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışlarında kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda müəllif Xəzər İsayev kitabın hazırlanmasında və nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.
Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda AZƏRTAC-ın materiallarından da istifadə edilib. Kitab haqqında rəyi gənclər və idman naziri Azad Rəhimov yazıb. “Ön söz”ün müəllifi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

