Güləş üzrə yığma komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib
08.01.2019 [09:58]
Yanvarın 7-də Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AGF-in baş katibi Orxan Məmmədov çıxış edərək millilərdə çalışan mütəxəssislərə tapşırıqlarını çatdıraraq deyib: “Bu il əsas diqqət böyüklərdən ibarət yığmalara ayrılacaq. Çünki əsas hədəf dünya çempionatından Olimpiadaya maksimum sayda lisenziya qazanmaqdır. Fevralda keçiriləcək gənclərin ölkə çempionatında fərqlənənləri əsas milliyə cəlb etmək olar. Bütün məşqçilər işə ciddi yanaşmalı, nizam-intizama riayət etməlidir. İşində nöqsana yol verəcək məşqçilərlə yollar ayrılacaq. Bundan sonra Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, məşqçilər üçün də lisenziya alınacaq. Lisenziyası olmayan məşqçilər yarışlarda iştirak edə bilməyəcək. Millinin məşqçilər korpusunda yer almayan şəxsi məşqçilər hazırlıq prosesində iştirak etməməlidirlər. Sekundant məsələsi də baş məşqçinin qərarına uyğun müəyyənləşməlidir. Hazırlıq prosesində kənar şəxslər yer almamalıdır. Hərbi xidmətdə olan güləşçilər üçün icazə məktubuna görə müraciət bir ay əvvəl verilməlidir. Bu il Avropa çempionatına da ciddi yanaşmaq lazımdır. Çünki qitə birinciliyi Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya verəcək”.
AGF-in yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov yığmalarda nizam-intizamın əsas şərt olduğunu qeyd edib: “Dünya çempionatına cəmi 8-9 ay qalıb. Məşqçilərin taleyi bu yarışdan asılıdır. Əsas diqqət Olimpiya çəki dərəcələrində çıxış edən güləşçilərə ayrılmalıdır. Əsas kəmiyyət yox, keyfiyyətdir. İntizama riayət etməyən, qaydaları pozan güləşçilər komandadan uzaqlaşdırılacaqlar. Onların yerinə gənclərdən, yeniyetmələrdən perspektiv vəd edən güləşçilər yığmaya cəlb ediləcək”.
AGF-in sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov bu il federasiyanın hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, uğur qazanmaq üçün bütün kollektivin birgə səmərəli fəaliyyətinin vacibliyini qeyd edərək deyib: “Heç bir məşqçi həmkarının uğursuzluğuna sevinməməli, bunu arzulamamalıdır. Kollektiv bir ailə şəklində fəaliyyət göstərməlidir. Heç kim əvəzedilməz deyil. Hər məşqçi işinə görə cavab verməlidir. Dövlətin, birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda maliyyə problemimiz yoxdur, maaşlar vaxtında verilir. Bizə isə bu etimadı doğrultmaq qalır. Güləşçilərimiz heç bir ölkənin idmançılarından geri qalmırlar. Sadəcə, onlarla doğru işləmək lazımdır”.
AGF-in yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev çıxışında güləşçilərin intizam məsələsinə toxunaraq deyib: “Ehtiyac yaranarsa, idmançılarla fərdi qaydada işləmək lazımdır. Çatışmazlıqların, səhvlərin, müəyyən fəndlərin üzərində davamlı şəkildə çalışmaq çox vacibdir. İndi hər çəki dərəcəsində cəmi 16 güləşçi Olimpiadada çıxış edəcək. Bütün dünyanın diqqəti Olimpiya Oyunlarında olacaq. Rio Olimpiadasında 18 medal qazanmışıq. Tokioda da ən azı bu nəticəni təkrarlamağa çalışmalıyıq. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Olimpiya çempionluğuna real namizədlər üzərində daha çox işləmək lazımdır. Arzu edirəm ki, Olimpiadaya maksimum sayda lisenziya qazanacağıq”.
İclasda dopinq məsələsinə də geniş yer ayrılıb. Qeyd olunub ki, ötən il ən çox cəzalananlar güləşçilər olublar. Bu da güləş üzrə informasiya kasadlığından irəli gəlir. Güləşçilər hər hansı dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimi ilə məsləhətləşməlidir. Bu baxımdan həkimlə idmançılar arasında sıx münasibət olmalı, yığmaların məşqçiləri prosesi ciddi nəzarət altında saxlamalıdırlar. Qəbul edilən qida və mayelərə ciddi fikir vermək vacibdir. Gigiyenik qaydalara da tam riayət edilməlidir.
İclasda digər mühüm məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

